Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
Cəmiyyət 11 İyun 2026, 18:00
579
Elm və təhsil naziri Emin Əmrullayev, həmçinin səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər.
Bu barədə Citypost.az xəbər verir ki Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu – auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub.
Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.
Həmçinin oxuyun
İnteraktiv formatda keçən görüşdə nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar.
Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Qonaqlar həmçinin universitetin tələbə yataqxanasında tələbələr üçün yaradılmış yaşayış şəraiti və təqdim olunan imkanlarla tanış olublar.
Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı musiqi proqramını da izləyiblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən tədbir keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Hacıqabul rayonunda təşkil olunmuş və “Şəhərsalma və Memarlıq İli - qarşıda duran vəzifələr” mövzusunda keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də Hacıqabul Rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı edib.Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq...
11 İyun 2026, 17:59
Qusarın Laza kəndində sürüşmə olub
Qusar rayonunun Laza kəndində sürüşmə qeydə alınıb.Bu barədə Citypost.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Bildirilib ki, 2.2 maqnitudalı sürüşmə yerli vaxtla 14:38-də, 2 km dərinlikdə qeydə alınıb.
11 İyun 2026, 17:54
“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 23 – 30 may 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçirilən “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub.Citypost.az xəbər verir ki, sərgi çərçivəsində Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən “Filateliyada idarəetmə, təhlükəsizlik və inkişafın yeni yanaşmaları” mövzusunda konfrans və işgüzar görüşlər təşkil edilib. Tədbirlər zamanı qanunsuz poçt markası emissiyalarının qarşısının alınması, poçt operatorlarının gəlir dayanıqlığının qorunması, Azərbaycan poçt markalarının Beynəlxalq Rəsmi Nömrələmə Sistemində (The WADP Numbering System – WNS) qeydiyyatı, rəqəmsal filateliya həlləri, e-kommersiya imkanları və filateliya biznesinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.Konfransın açılış nitqi ilə çıxış edən “Azərpoçt” MMC-nin Marka şöbəsinin...
11 İyun 2026, 17:46
68 nəfər Azərbaycana geri qaytarılıb
Bu ilin may ayında 68 nəfər Azərbaycana readmissiya edilib.Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
11 İyun 2026, 17:43
Bakı Metropoliteni yay qrafikinə keçir
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alan Bakı Metropoliteni qatarların hərəkətini yay qrafikinə uyğun təşkil edəcək.Metropolitendən Citypost.az-a verilən məlumata görə, dəyişiklikdən sonra “28 May−Əhmədli” sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.“Bakmil” və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək.Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək.Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması...
11 İyun 2026, 17:27
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, Olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır.İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək. Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin...
11 İyun 2026, 17:13