Bizə yazın

Baku

-°C

USD

-

14 min manatlıq qızıl oğurlayanlar saxlanıldı

Cəmiyyət 11 İyun 2026, 16:23

374

Bakının Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub 

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 23 – 30 may 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçirilən “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub.Citypost.az xəbər verir ki, sərgi çərçivəsində Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən “Filateliyada idarəetmə, təhlükəsizlik və inkişafın yeni yanaşmaları” mövzusunda konfrans və işgüzar görüşlər təşkil edilib. Tədbirlər zamanı qanunsuz poçt markası emissiyalarının qarşısının alınması, poçt operatorlarının gəlir dayanıqlığının qorunması, Azərbaycan poçt markalarının Beynəlxalq Rəsmi Nömrələmə Sistemində (The WADP Numbering System – WNS) qeydiyyatı, rəqəmsal filateliya həlləri, e-kommersiya imkanları və filateliya biznesinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.Konfransın açılış nitqi ilə çıxış edən “Azərpoçt” MMC-nin Marka şöbəsinin...

11 İyun 2026, 17:46

 68 nəfər Azərbaycana geri qaytarılıb

Bu ilin may ayında 68 nəfər Azərbaycana readmissiya edilib.Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

11 İyun 2026, 17:43

Bakı Metropoliteni yay qrafikinə keçir 

İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alan Bakı Metropoliteni qatarların hərəkətini yay qrafikinə uyğun təşkil edəcək.Metropolitendən Citypost.az-a verilən məlumata görə, dəyişiklikdən sonra “28 May−Əhmədli” sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.“Bakmil” və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək.Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək.Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması...

11 İyun 2026, 17:27

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir 

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, Olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır.İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək. Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin...

11 İyun 2026, 17:13

Rəşad Məcid: Sosial şəbəkələr uşaqların qorunmasına görə məsuliyyət daşıyacaq

"Müzakirə edilən Qanun layihəsinin icrası uşaqların sosial şəbəkələrin zərərli təsirlərdən qorunması məsələsində həmin platformalardan hüquqi baxımdan məsuliyyət tələb edəcək".Citypost.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, bu məsələyə diqqət çox vacib və lazımlıdır: “Burada uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin,...

11 İyun 2026, 16:51

Rəşad İsmayılov Naxçıvanda vətəndaşları qəbul edib 

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Naxçıvanda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....

11 İyun 2026, 16:40