Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın namizədi BMT Komitəsinin üzvlüyünə seçildi

Cəmiyyət 16 İyun 2026, 09:54

467

İyunun 15-də Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin (ICCPR) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıblar.

Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanıb və Komitəyə üzv seçilib.

BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən qurumdur. Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, Pakta tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir və beynəlxalq insan hüquqları hüququnun inkişafında mühüm rol oynayır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət etdi

Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dəvət məktubunu iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edərkən təqdim edib.

16 İyun 2026, 10:41

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.Citypost.az  xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkənin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş...

16 İyun 2026, 10:36

Toral Ağayev: Klassik mahnılara sonradan siyasi məna yüklənir

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev son dövrlər klassik Azərbaycan mahnılarının yaranma tarixi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb ki, son zamanlar xalq arasında sevilən və artıq klassikaya çevrilmiş bir sıra lirik mahnılara siyasi və ideoloji məzmun yüklənməsi halları müşahidə olunur.Toral Ağayev qeyd edib ki, sovet dövründə xalqdan gizlədilən və haqqında danışılması qadağan olunan mövzuların insanların yaddaşında və milli şüurunda yaşaması danılmaz faktdır. Bununla belə, onun fikrincə, “Şuşanın dağları”, “Küçələrə su səpmişəm”, “Dağlar qızı Reyhan” kimi mahnıların yaranma tarixində milli mübarizə və ya gizli siyasi məzmunun olması ilə bağlı...

16 İyun 2026, 10:20

Media və Yayım Şurası yaradılır

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.Citypost.az-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və...

16 İyun 2026, 10:10

Fövqəladə Hallar Nazirliyi sığınacaqda maarifləndirmə tədbiri keçirib 

Fövqəladə Hallar Nazirliyi tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacaqda fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə sığınacaq sakinlərinə, həmçinin müəssisənin əməkdaşlarına müvafiq biliklərin verilməsi olub.Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə...

16 İyun 2026, 10:08

Deputat icra başçısından yazdı: Bir neçə problem....

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında yazıb ki, bir neçə gün əvvəl rayon tədbirlərinin birində Sabunçu qəsəbə sakinlərinin ona ünvanladıqları problemləri Adil Vəliyevin diqqətinə çatdırıb.Arzuxan Əlizadənin sözlərinə görə, icra başçısı bayram günü həmin ərazidə sakinlərlə görüşəcəyini bildirib və verilən vədə uyğun olaraq qısa müddətdə görüş təşkil olunub.Deputat qeyd edib ki, görüş zamanı sakinlərin müraciətləri dinlənilib, mövcud problemlərin həlli istiqamətində operativ addımlar atılıb. Onun sözlərinə görə, Adil Vəliyev bir sıra mərkəzi və yerli icra qurumlarının rəhbərləri ilə...

16 İyun 2026, 09:55