Nigar Sabirqızı: Trampın vədlərinin reallaşması çətin görünür
Siyasət 16 İyun 2026, 09:53
465
Jurnalist, tanınmış aparıcı Nigar Sabirqızı ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi bəyanatları şərh edib.
Citypost.az xəbər verir ki, jurnalist, sosial şəbəkə hesabında yazıb ki, Trampın iranlılara verdiyi “yardım artıq yoldadır” və “ABŞ işini başa çatdırdıqdan sonra hakimiyyət İran xalqına məxsus olacaq” vədlərinin yaxın vaxtlarda reallaşacağı inandırıcı görünmür.
Nigar Sabirqızı bildirib ki, dünya mediasında da bu fikrin xüsusi vurğulandığını müşahidə etmək mümkündür. Onun sözlərinə görə, İran xalqının taleyini yalnız özünün dəyişə biləcəyi əvvəldən bəlli idi.
“Onlar bunu istəyirmi? Məncə, hamısı yox. Bir neçə ildən bir etirazlara çıxır, qəddarcasına yatırıldıqdan sonra sakitləşir və illərlə susurlar. Onları qınamaq da olmaz. Vəhşi qanunlarla idarə olunan bir ölkədə etiraza çıxmaq da bir cəsarətdir”, – deyə o qeyd edib.
Jurnalist xüsusilə Güney Azərbaycanda yaşayan soydaşların vəziyyətinin acınacaqlı olduğunu vurğulayıb. O hesab edir ki, son hadisələrin fonunda onlar yenidən mövcud rejimlə yaşamaq məcburiyyətində qalacaqlar.
Həmçinin oxuyun
“Yenə də bu rejimlə yaşamaq məcburiyyətində qaldılar”, – deyə Nigar Sabirqızı fikrini tamamlayıb.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Eldəniz Əmirov: ABŞ-İran razılaşması problemin həlli deyil
ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir.Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır. Sadəcə hazırda hər iki tərəf yeni müharibənin iqtisadi və siyasi xərcinin həddindən artıq yüksək olduğunu görür.Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq senarisi yox, idarə olunan gərginlikdir. Yəni tərəflər açıq müharibədən uzaq duracaq, lakin qarşıdurma tam bitməyəcək. Vaxtaşırı böhranlar, sərt bəyanatlar və təzyiqlər davam edəcək.Citypost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşmanı şərh edərəksən...
16 İyun 2026, 10:16
Elbəyi Həsənli: Türkiyəyə qarşı təhlükəli ssenari müzakirə olunur
Dünən İran, bu gün Türkiyə: Müharibə ritorikası artıq Ankaraya yönəlir?Son illər Türkiyəyə qarşı sərt çıxışları ilə tanınan amerikalı analitik Michael Rubin bu dəfə daha da irəli gedib.2026-cı il aprelin 16-da yayımlanan “Destroy the F-16s: Israel Could Launch a Preemptive Attack on Turkey” (“F-16-ları məhv edin: İsrail Türkiyəyə preventiv hücum edə bilər”) adlı məqaləsində Rubin artıq sadəcə Türkiyəni tənqid etmir. O, İsrailin Türkiyəyə qarşı preventiv hərbi zərbə endirməsi ssenarisini müzakirə edir. Elə buradaca qeyd edək ki, cənab Rubin uzun müddət anti-erməni təbliğatı aprıb. Türkiyə və Azərbaycanı açıq şəkildə tərfləməklə məşğul olub. Sonra Amerika erməni lobbisinin təsiri ilə öz mövqeyini 180 dərəcə dəyişib....
16 İyun 2026, 10:12
Seyid Əli Xamenei nəyin naminə öldü? Xəqani Cəfərli AÇIQLADI
Ötən ilin martın 7-də prezident Donald Tramp Fox Business Network kanalına açıqlamasında İranın Ali Rəhbəri Seyid Əli Xamenei məktub yazdığını açıqladı. Martın 8-də Xameneyi ABŞ-ın məsələləri danışıqlar yolu ilə həll etmək istəmədiyini, əksinə öz tələblərini irəli sürmək və dominantlıq yaratmaq istədiyini bildirərək İranın buna razı olmayacağını bəyan etdi. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli yazıb."Martın 12-də Birləşmiş Ərəb Əmirliyinin prezidentinin müşaviri Ənvər Qarqaş Tehranda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşərək Trampın Xameneiyə ünvanlanmış məktubunu İranın Ali Rəhbərinə çatdırmaq üçün nazirə verdi. Məktubla bağlı məlumatların birində qeyd edilirdi ki, Tramp məktubu göndərməzdən öncə İsrail, Səudiyyə Ərəbistanı...
16 İyun 2026, 10:03
Qulu Məhərrəmli: Bir neçə günə mənzərə tam aydın olacaq
Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli İran ətrafında baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında yazıb ki, ABŞ Prezidenti Donald Trampın daha əvvəl İranla bağlı səsləndirdiyi “razılaşmışıq” məzmunlu bəyanatları özünü doğrultmadığından, indi mümkün yeni anlaşmaya da çoxları ehtiyatla yanaşır.Qulu Məhərrəmli bildirib ki, Pakistanın vasitəçiliyi ilə tərəflər arasında razılıq əldə olunub və sənədin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.Professorun sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, Hörmüz körfəzi dərhal açılmalıdır. Bununla belə, İranın nüvə proqramı ilə bağlı məsələlər barədə hələlik aydın məlumat verilmir.“Bu mövzu tərəflər tərəfindən daha çox təbliğat məqsədilə istifadə olunur və əsas “qələbə”...
16 İyun 2026, 10:00
Qulu Məhərrəmli: Rusiyada hərbi təzyiq güclənir
Professor Qulu Məhərrəmli Ukrayna-Rusiya cəbhəsində son günlər müşahidə olunan hərbi gərginliklə bağlı paylaşım edibCitypost.az xəbər verir ki, professor bildirib ki, Ukrayna ordusu son 3–4 gündə əməliyyatların gedişində ciddi dönüş yaradaraq Rusiyaya qarşı aktiv hücumlar həyata keçirir. Onun sözlərinə görə, Krımın faktiki olaraq Rusiya ilə əlaqələrinin zəifləməsi müşahidə olunur.Qulu Məhərrəmli qeyd edib ki, Ukrayna tərəfindən istifadə olunan “Flaminqo” raketləri və dronlar vasitəsilə Sankt-Peterburqdan Moskva və Tatarıstana qədər müxtəlif bölgələr hədəfə alınır, xüsusilə enerji infrastrukturuna ciddi zərbələr endirilir.Professorun sözlərinə görə, hazırda Rusiyanın bir sıra şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnalları verilir, həmçinin yol və nəqliyyat məhdudiyyətləri səbəbindən Krım və...
15 İyun 2026, 09:49
Ceyhun Məmmədov: Uğurların başlanğıcı 15 İyun
Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edibCitypost.az xəbər verir ki, deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.Ceyhun Məmmədov qeyd edib ki, bu gün milli birliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi tarixə düşüb və əldə olunan uğurların təməlində həmin dövrdə atılan uzaqgörən addımlar dayanır.Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün...
15 İyun 2026, 09:45