Hashimoto xəstəliyi nədir və hansı əlamətlərlə özünü göstərir?
Tibb 17 İyun 2026, 08:33
470
Son illərdə ən çox rast gəlinən qalxanabənzər vəzi xəstəliklərindən biri də Hashimoto tireoiditi hesab olunur. Bu xəstəlik autoimmun xəstəliklər qrupuna daxildir və orqanizmin öz immun sisteminin qalxanabənzər vəzinin hüceyrələrinə qarşı hücum etməsi nəticəsində yaranır.
Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, normal halda immun sistemi orqanizmi virus, bakteriya və digər yad təsirlərdən qoruyur. Lakin Hashimoto xəstəliyi zamanı immun sistemində pozğunluq yaranır və orqanizm öz toxumalarını yad toxuma kimi qəbul edərək onları məhv etməyə çalışır.
Nəticədə qalxanabənzər vəzinin fəaliyyəti tədricən zəifləyir və hormon çatışmazlığı meydana çıxır.
Bu proses zamanı qanda əsasən anti-TPO (tiroid peroksidaza qarşı anticisimlər) və anti-TQ (tireoqlobulinə qarşı anticisimlər) adlanan göstəricilər yüksəlir. Həmin anticisimlər qalxanabənzər vəzinin hüceyrələrinə zərər verərək onların sayının azalmasına səbəb olur. Vaxt keçdikcə bu vəziyyət hipotiroidizmə, yəni qalxanabənzər vəzinin funksiyasının zəifləməsinə gətirib çıxarır.
Hashimoto xəstəliyi olan şəxslərdə müxtəlif əlamətlər müşahidə edilə bilər. Ən çox rast gəlinən şikayətlər arasında halsızlıq, tez yorulma, dəri quruluğu, qəbizlik, əsəbilik, diqqət dağınıqlığı, yuxululuq, nəfəs darlığı hissi, ürək ritmində dəyişikliklər və çəki problemləri yer alır. Xüsusilə bir çox pasiyentlər düzgün qidalanmalarına və pəhriz saxlamalarına baxmayaraq arıqlaya bilmədiklərindən şikayət edirlər.
Mütəxəssislər bildirirlər ki, xəstəliyin diaqnostikasında həm laborator, həm də instrumental müayinələr mühüm rol oynayır. Laborator analizlər vasitəsilə qalxanabənzər vəzinin hormon səviyyələri və autoimmun göstəricilər qiymətləndirilir. Instrumental müayinələr arasında isə ultrasəs müayinəsi qızıl standart hesab olunur.
Həmçinin oxuyun
Ultrasəs müayinəsi yalnız Hashimoto xəstəliyinə xas dəyişiklikləri müəyyən etməyə deyil, həm də vəzidə yaranmış düyünləri aşkarlamağa imkan verir. Bu müayinə nəticəsində həqiqi və ya psevdo düyünlərin mövcudluğu barədə də məlumat əldə etmək mümkündür.
Müalicə xəstəliyin mərhələsindən və qalxanabənzər vəzinin funksional vəziyyətindən asılı olaraq müəyyən edilir. Əgər xəstəlik eutiroid mərhələdədirsə, yəni hormon səviyyələri hələ normaldırsa, bəzi hallarda selenium tərkibli preparatlardan istifadə oluna bilər. Lakin vəzin funksiyasında azalma baş veribsə və hipotiroidizm formalaşıbsa, pasiyentə qalxanabənzər vəzi hormonlarını əvəz edən preparatlar təyin edilir.
Həkimlər vurğulayırlar ki, Hashimoto xəstəliyi xroniki xarakter daşısa da, vaxtında diaqnoz qoyulduqda və düzgün müalicə aparıldıqda xəstələr normal həyat tərzini davam etdirə bilirlər. Buna görə də davamlı halsızlıq, səbəbsiz çəki artımı, dəri quruluğu və ya digər oxşar əlamətlər müşahidə edildikdə endokrinoloqa müraciət etmək tövsiyə olunur.Bu, xəstəliyin erkən mərhələdə aşkarlanmasına və mümkün fəsadların qarşısının alınmasına kömək edir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Üzdəki ləkələr və şişkinlik daxili orqanlarla bağlı ola bilərmi?
İnsanlar əksər hallarda üzdə yaranan ləkələri, sızanaqları və ya şişkinliyi yalnız kosmetik problem kimi qiymətləndirirlər. Halbuki bəzi hallarda dəridə baş verən dəyişikliklər orqanizmdə mövcud olan müəyyən pozğunluqların əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qaraciyərin fəaliyyəti pozulduqda dərinin görünüşündə müəyyən dəyişikliklər meydana çıxa bilər. Belə hallarda dəri əvvəlki parlaqlığını və təravətini itirir, üzdə ləkələr yaranır, dəri tonu qeyri-bərabər görünə bilər. Bununla yanaşı, bəzi insanlarda dəri daha solğun və yorğun təsir bağışlayır.Bağırsaq sistemində yaranan problemlər də üz dərisinə təsirsiz ötüşmür. Həzm sisteminin normal işləməməsi, bağırsaq mikroflorasının pozulması və digər amillər nəticəsində üzdə sızanaqlar, müxtəlif səpkilər və hətta ödem əmələ...
17 İyun 2026, 09:45
Eqzema yoluxucu deyil, lakin təkrarlana bilər
Eqzema yoluxucu deyil, lakin təkrarlana bilərEqzema dərinin ən çox rast gəlinən iltihabi xəstəliklərindən biridir və müxtəlif yaş qruplarında müşahidə oluna bilər. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu xəstəlik əsasən dəridə quruluq, qızartı, qabıqlanma və qaşınma kimi əlamətlərlə özünü göstərir. Bəzi hallarda isə dəri səthində çatlar, soyulmalar və hətta ağrılı yaralar əmələ gələ bilər.Dermatoloqlar bildirirlər ki, eqzemanın yaranmasında bir neçə amil rol oynayır. Bunların arasında genetik meyillilik, allergik reaksiyalar, güclü stress, immun sisteminin həssaslığı, eləcə də kimyəvi və kosmetik vasitələrin uzunmüddətli istifadəsi xüsusi yer tutur. Xüsusilə məişətdə tez-tez istifadə olunan qab yuyan vasitələr, təmizləyici maddələr, dezinfeksiyaedicilər və müxtəlif kimyəvi məhsullar...
16 İyun 2026, 10:30
Gənclik sızanaqları ilə sızanaq xəstəliyini qarışdırmaq olmaz
Sızanaqlar yeniyetməlik dövrünün ən geniş yayılmış problemlərindən biridir və əksər hallarda insan orqanizmində baş verən təbii dəyişikliklərlə əlaqədardır. Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, gənclik sızanaqları adlandırılan bu hallar əsasən keçid dövrünün əlaməti hesab olunur və əksər insanlarda müxtəlif dərəcələrdə müşahidə edilir.Dermatoloqların sözlərinə görə, yeniyetməlik dövründə orqanizmdə hormonal və endokrin dəyişikliklər baş verir. Bu dəyişikliklər nəticəsində dəri piy vəziləri daha aktiv işləməyə başlayır, nəticədə dəridə sızanaqlar əmələ gəlir. Bu səbəbdən də gənclik sızanaqları əksər hallarda təbii fizioloji proses kimi qiymətləndirilir və ciddi narahatlıq doğurmur.Mütəxəssislər qeyd edirlər ki, belə hallarda əsas məsələ düzgün dəri qulluğu və vaxtında aparılan müalicədir. Sızanaqların müalicəsində yalnız...
16 İyun 2026, 09:15
Dermatoloq açıqladı: Saçı həftədə neçə dəfə yumaq lazımdır?
Saç baxımı ilə bağlı ən çox verilən suallardan biri də saçların hansı tezliklə yuyulmasının daha düzgün olmasıdır. Bir çox insanlar tez-tez saç yumağın zərərli olduğunu düşünsələr də, mütəxəssislər bildirirlər ki, saçların yuyulma tezliyi hər kəs üçün eyni deyil və bu, ilk növbədə saç dərisinin xüsusiyyətlərindən asılıdır.Citypost.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, yağlı saç dərisinə malik insanlarda saçların daha tez-tez yuyulmasına ehtiyac yaranır. Belə şəxslər saçları yağlandıqca, hətta hər gün belə yumaqda narahatlıq keçirməməlidirlər. Çünki saç dərisində yığılan artıq piy, toz və digər çirklər həm narahatlıq yarada, həm də müxtəlif dəri problemlərinin meydana çıxmasına səbəb ola bilər.Mütəxəssislər qeyd edirlər ki,...
16 İyun 2026, 08:30
Ağcaqanad sancması niyə bəzi insanlarda güclü şişkinlik yaradır?
Yay aylarının gəlişi ilə birlikdə ağcaqanad sancmaları da insanların gündəlik həyatında daha çox rast gəlinən problemlərdən birinə çevrilir. Əksər hallarda ağcaqanad sancması yüngül qaşınma və kiçik qızartı ilə müşahidə olunsa da, bəzi insanlarda vəziyyət daha fərqli olur. Göz qapağının tamamilə şişməsi, yanağın qabarması, ətraflarda iri ölçülü şişkinliklərin yaranması və güclü qaşınma halları müşahidə edilə bilər. Bu isə çox vaxt ağcaqanad sancmasına qarşı yaranan allergik reaksiyanın göstəricisi hesab olunur.Citypost.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, ağcaqanad hər insanı sancsa da, hər orqanizm bu sancmaya eyni şəkildə reaksiya vermir. Ağcaqanad qan sorarkən dərinin altına öz ağız suyunu ifraz edir. Bu mayenin tərkibində...
15 İyun 2026, 10:45
Allergiyanın səbəbi həmişə qurd və ya parazitdirmi?
Allergik xəstəliklərlə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də hər bir allergiyanın qurd və ya parazit infeksiyaları ilə əlaqələndirilməsidir. Bir çox insan dəri qaşınması, səpkilər, uzunmüddətli öskürək və ya digər allergik əlamətlərlə qarşılaşdıqda ilk növbədə bunun səbəbini qurd xəstəliklərində axtarır. Citypost.az xəbər verir ki, hətta bəzi hallarda heç bir müayinə aparılmadan qurd əleyhinə dərmanlardan istifadə edilir.Mütəxəssislər bildirirlər ki, qurd və parazit infeksiyaları həqiqətən də bəzi allergik reaksiyaların yaranmasına və ya mövcud allergik xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər. Lakin hər allergik xəstəliyin səbəbini qurdlarla əlaqələndirmək tibbi baxımdan düzgün deyil və bu yanaşma bir çox hallarda yanlış müalicəyə gətirib çıxarır.Parazitlər orqanizmə daxil...
15 İyun 2026, 09:59