Bizə yazın

Baku

-°C

USD

-

Rəşad Mahmudov: Azərbaycan səhiyyəsinin gücü onun insan kapitalındadır

Cəmiyyət 17 İyun 2026, 10:29

316

Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə işçilərini təbrik edib.

Citypost.az xəbər verir ki, Deputat bildirib ki, bu əlamətdar gün cəmiyyətin ən ali missiyalarından birini yerinə yetirən insanlara həsr olunub və onun təməli Ümummilli Lider Heydar Aliyev tərəfindən qoyulub.

Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan səhiyyəsi son onilliklər ərzində mühüm inkişaf yolu keçib. Onun sözlərinə görə, bu inkişaf təkcə yeni tibb müəssisələrinin yaradılması və infrastrukturun yenilənməsi ilə deyil, həm də peşəkarlığın yüksəlməsi, səhiyyənin idarə olunmasının təkmilləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə xarakterizə olunur.

Deputat vurğulayıb ki, Prezident Ilham Aliyev tərəfindən həyata keçirilən səhiyyə islahatları nəticəsində icbari tibbi sığorta sistemi geniş tətbiq olunub, regionlarda müasir xəstəxanalar istifadəyə verilib, yüksək texnologiyalı tibbi xidmətlərin əlçatanlığı artırılıb və kadr hazırlığı istiqamətində mühüm addımlar atılıb.

Rəşad Mahmudovun sözlərinə görə, səhiyyə işçiləri bu sistemin ön sıralarında dayanaraq hər gün insan həyatının qorunması, sağlamlığın təmin olunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm vəzifələr yerinə yetirirlər.

Deputat qeyd edib ki, müasir Azərbaycan həkimi artıq yalnız müalicə edən deyil, həm də səhiyyə mədəniyyətini formalaşdıran, beynəlxalq standartlara uyğun tibbi xidmət göstərən peşəkar modelə çevrilməkdədir.

O bildirib ki, Azərbaycan səhiyyəsinin əsas gücü onun insan kapitalında, peşəkar həkim və tibb işçilərinin əməyindədir.

Rəşad Mahmudov sonda bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara möhkəm iradə, sağlamlıq və fəaliyyətlərində uğurlar arzulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeganə Hacıyeva: Vahid Media və Yayım Şurası media idarəçiliyində yeni mərhələdir

Politoloq Yeganə Hacıyeva Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Vahid Media və Yayım Şurasının yaradılmasını media idarəçiliyində yeni mərhələyə keçid kimi dəyərləndirib.O bildirib ki, ənənəvi media sərhədləri artıq faktiki olaraq aradan qalxıb və televiziya, radio, çap və internet mediası bu gün vahid informasiya ekosistemində fəaliyyət göstərir. Hacıyevanın sözlərinə görə, televiziya kanalları rəqəmsal yayım həyata keçirir, xəbər portalları video kontent istehsal edir, sosial media platformaları isə həm klassik, həm də rəqəmsal medianın funksiyalarını öz üzərinə götürüb.Politoloq hesab edir ki, bu şəraitdə media sahələrinin ayrı-ayrı qurumlar tərəfindən idarə olunması effektivlik baxımından müəyyən çətinliklər yaradır. Vahid tənzimləyici institut isə media siyasətinin daha...

17 İyun 2026, 10:50

İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəyə səfərini məmnunluqla xatırladıb, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə...

17 İyun 2026, 10:41

Haldun Noruvzadə: Motosiklet sürmək yüksək diqqət və məsuliyyət tələb edir  

Gənc fəal Haldun Noruvzadə ötən gün tanınmış vəkil Fərhad Mehdiyevin qızının vəfat etdiyi paytaxtda baş verən ölümcül motoqəza ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, O, ilk növbədə qəza nəticəsində həyatını itirən gənc qızın ailəsinə, xüsusilə atası Fərhad bəyə başsağlığı verib.Haldun Noruvzadə bildirib ki, motosiklet sürmək avtomobil idarə etməkdən daha yüksək diqqət və ehtiyatlılıq tələb edir. Onun sözlərinə görə, motosiklet sürücüsü yolda hərəkət edən digər nəqliyyat vasitələrinin mümkün manevrlərini əvvəlcədən nəzərə almalı və daim ayıq-sayıq olmalıdır.Fəal qeyd edib ki, Bakı yollarında sürücülərin qəfil zolaq dəyişməsi, dönmə işıqlarından istifadə etməməsi və digər qayda pozuntuları motosiklet sürənlər üçün əlavə risk yaradır.Noruvzadənin sözlərinə...

17 İyun 2026, 10:37

Azərbaycanda sentyabrdan su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq 

Bu ilin sentyabrın 1-dən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye...

17 İyun 2026, 10:25

Gömrük nəzarətindən gizlədilən 30 mindən çox siqaret aşkarlanıb 

Tovuz və Biləsuvar gömrük idarələri əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətindən gizlədilən 36 min 720 ədəd siqaret aşkar edilib.Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 3 fakt üzrə yük nəqliyyat vasitələrinə tətbiq edilən gömrük yoxlamaları zamanı gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 12 min 320 min ədəd siqaret aşkar edilib.Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunun idxal nəzarət xəttində isə yoxlamaya cəlb olunan yük nəqliyyat vasitəsinin qoşqusundakı 4 karton qutuda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən cəmi 24 400 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.Faktlarla bağlı araşdırma...

17 İyun 2026, 10:24

Nardar Bayramlı: Tələbələri “avara” adlandırmaq yolverilməzdir

Əməkdar jurnalist Nardar Bayramlı Milli Məclisdə tələbələrin yay tətili dövründə Qarabağın bərpası və quruculuğu işlərində könüllü iştirakına dair səsləndirilən təklifə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, təşəbbüsün özü müsbət qiymətləndirilə bilər. Lakin təklifin təqdim olunma forması ictimai narazılıq yaradıb.N.Bayramlının sözlərinə görə, deputat Aqil Abbas təklifini əsaslandırarkən tələbələrin iki ay ərzində “avaralanmaqdansa” Qarabağın bərpasında iştirak etməsinin daha faydalı olacağını bildirib. Məhz bu ifadə sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub.Əməkdar jurnalist hesab edir ki, tədris ili boyunca ciddi əmək sərf edən və gələcəkdə ölkənin inkişafına töhfə verməyə hazırlaşan tələbələri “avara” kimi təqdim etmək doğru yanaşma deyil.Nardar Bayramlı vurğulayıb ki,...

17 İyun 2026, 10:19