Ənsədən başa yayılan “elektrik cərəyanı” kimi ağrı nəyin əlamətidir?
Tibb 17 İyun 2026, 10:30
347
Bir çox insan başın arxa hissəsindən başlayaraq yuxarıya doğru yayılan kəskin ağrıları adi baş ağrısı və ya miqren hesab edir. Halbuki bu cür şikayətlər bəzi hallarda nevroloji mənşəli fərqli bir problemin – ənsə nevralgiyasının (oksipital nevralgiya) əlaməti ola bilər.
Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, bu vəziyyətdə problem beynin özündə deyil, başın arxa hissəsini hissiyyatla təmin edən oksipital sinirlərin qıcıqlanması, iltihablaşması və ya sıxılması ilə bağlı olur.
Nəticədə xəstələr boyundan başlayaraq ənsəyə, oradan isə başın təpə hissəsinə, bəzi hallarda isə göz arxasına qədər yayılan ağrılardan şikayət edirlər.
Mütəxəssislər bildirirlər ki, ənsə nevralgiyası zamanı ağrı adi baş ağrısından fərqli xarakter daşıyır. Xəstələr ağrını çox vaxt “elektrik cərəyanı vururmuş kimi”, “yanıcı”, “deşici” və ya “sancıcı” hiss kimi təsvir edirlər. Ağrı qəfil başlayıb qısa müddətli tutmalar şəklində ola bildiyi kimi, bəzi hallarda daha uzunmüddətli və davamlı xarakter də daşıya bilər.
Bu problemin diqqətçəkən xüsusiyyətlərindən biri də gündəlik hərəkətlər zamanı ağrının güclənməsidir. Belə ki, saç daramaq, başı yastığa qoymaq, boynu çevirmək, uzun müddət eyni vəziyyətdə oturmaq və hətta baş dərisinə toxunmaq belə ağrının artmasına səbəb ola bilər. Bəzi xəstələr başın arxa hissəsində toxunmaya qarşı həssaslığın yarandığını da qeyd edirlər.
Nevroloqlar vurğulayırlar ki, ən çox rast gəlinən problemlərdən biri bu vəziyyətin miqren və ya gərginlik tipli baş ağrısı ilə qarışdırılmasıdır.
Nəticədə pasiyentlər aylarla, hətta illərlə düzgün olmayan müalicə ala bilirlər. Halbuki ənsə nevralgiyasında ağrının yaranma mexanizmi tamamilə fərqlidir.
Əgər miqren daha çox beyin damarları və sinir sisteminin müəyyən mexanizmləri ilə əlaqədardırsa, ənsə nevralgiyası periferik sinirlərin zədələnməsi və ya qıcıqlanması nəticəsində meydana çıxır. Bu səbəbdən də diaqnostika və müalicə yanaşmaları fərqli olur.
Həmçinin oxuyun
Mütəxəssislərin sözlərinə görə, problemin səbəbi boyun fəqərələrində degenerativ dəyişikliklər, osteoxondroz, travmalar, əzələ spazmları, uzun müddət düzgün olmayan vəziyyətdə işləmək və ya digər nevroloji amillərlə bağlı ola bilər. Buna görə də yalnız ağrıkəsici qəbul etməklə problemi tam həll etmək mümkün olmur.
Diaqnoz dəqiq müəyyənləşdirildikdən sonra müxtəlif müalicə üsullarından istifadə edilə bilər. Müalicəyə dərman terapiyası, fizioterapiya, xüsusi reabilitasiya proqramları və boyun əzələlərinin rahatlaşdırılmasına yönəlmiş metodlar daxil ola bilər. Daha mürəkkəb hallarda isə sinir blokadaları kimi müasir müdaxilə üsullarından istifadə olunur ki, bu da ağrının azalmasına və xəstənin həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir.
Nevroloqlar xəbərdarlıq edirlər ki, ənsədən başlayaraq başın yuxarı hissəsinə yayılan, elektrik cərəyanını xatırladan ağrılar müşahidə olunursa, bunu sadəcə yorğunluq və ya adi baş ağrısı kimi qiymətləndirmək düzgün deyil. Belə hallarda nevroloji müayinə vacibdir. Çünki əsas məqsəd yalnız ağrını azaltmaq deyil, onun yaranmasına səbəb olan problemi müəyyən edib aradan qaldırmaqdır. Bu isə vaxtında diaqnoz və düzgün müalicə ilə mümkündür.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Üzdəki ləkələr və şişkinlik daxili orqanlarla bağlı ola bilərmi?
İnsanlar əksər hallarda üzdə yaranan ləkələri, sızanaqları və ya şişkinliyi yalnız kosmetik problem kimi qiymətləndirirlər. Halbuki bəzi hallarda dəridə baş verən dəyişikliklər orqanizmdə mövcud olan müəyyən pozğunluqların əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qaraciyərin fəaliyyəti pozulduqda dərinin görünüşündə müəyyən dəyişikliklər meydana çıxa bilər. Belə hallarda dəri əvvəlki parlaqlığını və təravətini itirir, üzdə ləkələr yaranır, dəri tonu qeyri-bərabər görünə bilər. Bununla yanaşı, bəzi insanlarda dəri daha solğun və yorğun təsir bağışlayır.Bağırsaq sistemində yaranan problemlər də üz dərisinə təsirsiz ötüşmür. Həzm sisteminin normal işləməməsi, bağırsaq mikroflorasının pozulması və digər amillər nəticəsində üzdə sızanaqlar, müxtəlif səpkilər və hətta ödem əmələ...
17 İyun 2026, 09:45
Hashimoto xəstəliyi nədir və hansı əlamətlərlə özünü göstərir?
Son illərdə ən çox rast gəlinən qalxanabənzər vəzi xəstəliklərindən biri də Hashimoto tireoiditi hesab olunur. Bu xəstəlik autoimmun xəstəliklər qrupuna daxildir və orqanizmin öz immun sisteminin qalxanabənzər vəzinin hüceyrələrinə qarşı hücum etməsi nəticəsində yaranır.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, normal halda immun sistemi orqanizmi virus, bakteriya və digər yad təsirlərdən qoruyur. Lakin Hashimoto xəstəliyi zamanı immun sistemində pozğunluq yaranır və orqanizm öz toxumalarını yad toxuma kimi qəbul edərək onları məhv etməyə çalışır.Nəticədə qalxanabənzər vəzinin fəaliyyəti tədricən zəifləyir və hormon çatışmazlığı meydana çıxır.Bu proses zamanı qanda əsasən anti-TPO (tiroid peroksidaza qarşı anticisimlər) və anti-TQ (tireoqlobulinə qarşı anticisimlər) adlanan göstəricilər yüksəlir. Həmin...
17 İyun 2026, 08:33
Eqzema yoluxucu deyil, lakin təkrarlana bilər
Eqzema yoluxucu deyil, lakin təkrarlana bilərEqzema dərinin ən çox rast gəlinən iltihabi xəstəliklərindən biridir və müxtəlif yaş qruplarında müşahidə oluna bilər. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu xəstəlik əsasən dəridə quruluq, qızartı, qabıqlanma və qaşınma kimi əlamətlərlə özünü göstərir. Bəzi hallarda isə dəri səthində çatlar, soyulmalar və hətta ağrılı yaralar əmələ gələ bilər.Dermatoloqlar bildirirlər ki, eqzemanın yaranmasında bir neçə amil rol oynayır. Bunların arasında genetik meyillilik, allergik reaksiyalar, güclü stress, immun sisteminin həssaslığı, eləcə də kimyəvi və kosmetik vasitələrin uzunmüddətli istifadəsi xüsusi yer tutur. Xüsusilə məişətdə tez-tez istifadə olunan qab yuyan vasitələr, təmizləyici maddələr, dezinfeksiyaedicilər və müxtəlif kimyəvi məhsullar...
16 İyun 2026, 10:30
Gənclik sızanaqları ilə sızanaq xəstəliyini qarışdırmaq olmaz
Sızanaqlar yeniyetməlik dövrünün ən geniş yayılmış problemlərindən biridir və əksər hallarda insan orqanizmində baş verən təbii dəyişikliklərlə əlaqədardır. Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, gənclik sızanaqları adlandırılan bu hallar əsasən keçid dövrünün əlaməti hesab olunur və əksər insanlarda müxtəlif dərəcələrdə müşahidə edilir.Dermatoloqların sözlərinə görə, yeniyetməlik dövründə orqanizmdə hormonal və endokrin dəyişikliklər baş verir. Bu dəyişikliklər nəticəsində dəri piy vəziləri daha aktiv işləməyə başlayır, nəticədə dəridə sızanaqlar əmələ gəlir. Bu səbəbdən də gənclik sızanaqları əksər hallarda təbii fizioloji proses kimi qiymətləndirilir və ciddi narahatlıq doğurmur.Mütəxəssislər qeyd edirlər ki, belə hallarda əsas məsələ düzgün dəri qulluğu və vaxtında aparılan müalicədir. Sızanaqların müalicəsində yalnız...
16 İyun 2026, 09:15
Dermatoloq açıqladı: Saçı həftədə neçə dəfə yumaq lazımdır?
Saç baxımı ilə bağlı ən çox verilən suallardan biri də saçların hansı tezliklə yuyulmasının daha düzgün olmasıdır. Bir çox insanlar tez-tez saç yumağın zərərli olduğunu düşünsələr də, mütəxəssislər bildirirlər ki, saçların yuyulma tezliyi hər kəs üçün eyni deyil və bu, ilk növbədə saç dərisinin xüsusiyyətlərindən asılıdır.Citypost.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, yağlı saç dərisinə malik insanlarda saçların daha tez-tez yuyulmasına ehtiyac yaranır. Belə şəxslər saçları yağlandıqca, hətta hər gün belə yumaqda narahatlıq keçirməməlidirlər. Çünki saç dərisində yığılan artıq piy, toz və digər çirklər həm narahatlıq yarada, həm də müxtəlif dəri problemlərinin meydana çıxmasına səbəb ola bilər.Mütəxəssislər qeyd edirlər ki,...
16 İyun 2026, 08:30
Ağcaqanad sancması niyə bəzi insanlarda güclü şişkinlik yaradır?
Yay aylarının gəlişi ilə birlikdə ağcaqanad sancmaları da insanların gündəlik həyatında daha çox rast gəlinən problemlərdən birinə çevrilir. Əksər hallarda ağcaqanad sancması yüngül qaşınma və kiçik qızartı ilə müşahidə olunsa da, bəzi insanlarda vəziyyət daha fərqli olur. Göz qapağının tamamilə şişməsi, yanağın qabarması, ətraflarda iri ölçülü şişkinliklərin yaranması və güclü qaşınma halları müşahidə edilə bilər. Bu isə çox vaxt ağcaqanad sancmasına qarşı yaranan allergik reaksiyanın göstəricisi hesab olunur.Citypost.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, ağcaqanad hər insanı sancsa da, hər orqanizm bu sancmaya eyni şəkildə reaksiya vermir. Ağcaqanad qan sorarkən dərinin altına öz ağız suyunu ifraz edir. Bu mayenin tərkibində...
15 İyun 2026, 10:45