Hüquqşünas: “Fərhad Mehdiyevin ailə faciəsi ilə bağlı ittihamlarda tələsmək olmaz”
Cəmiyyət 18 İyun 2026, 08:07
338
Hüquqşünas Rəhim Xoyski hüquqşünas və professor Fərhad Mehdiyevin qızının faciəli ölümü ilə bağlı ictimai müzakirələrə münasibət bildirib.
Citypost.az xəbər verir ki, onun sözlərinə görə, övlad itkisi ilə üzləşən ailəyə qarşı əsassız ittihamlar irəli sürmək doğru deyil. Hüquqşünas qeyd edib ki, hadisənin başvermə səbəbləri və məsuliyyət məsələləri yalnız məhkəmə-avtotexniki ekspertizasının nəticələrindən sonra tam aydın olacaq.
R.Xoyski bildirib ki, sürücülük hüququnun olmaması inzibati məsuliyyət yaratsa da, bu hal avtomatik olaraq qəza törədən şəxsin günahkar olması anlamına gəlmir. O vurğulayıb ki, qəzanın baş verməsində nasaz vəziyyətdə saxlanılan avtomobilin təhlükəsizlik qaydalarına əməl edib-etməməsi, qəza nişanının qoyulub-qoyulmaması və digər amillər ekspertiza tərəfindən araşdırılmalıdır.
Hüquqşünasın sözlərinə görə, əgər müəyyən olunsa ki, nasaz avtomobil üçün tələb olunan təhlükəsizlik tədbirləri görülməyib və bu, qəzanın baş verməsinə səbəb olub, həmin şəxs cinayət məsuliyyəti daşıya bilər. Əks halda məsuliyyətin bölüşdürülməsi və ya fərqli hüquqi qiymət verilməsi mümkündür.
Həmçinin oxuyun
Rəhim Xoyski həmçinin ictimaiyyətə müraciət edərək, ailənin yaşadığı ağır faciəni nəzərə almağa və hadisə ilə bağlı etik çərçivədən kənar mülahizələr səsləndirməməyə çağırıb. O bildirib ki, hüquqi qiymətləndirmə yalnız istintaq və ekspertiza nəticələrindən sonra aparılmalıdır.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Belçika AMRAAM raketlərinin istehsalı və Ukraynaya yardımı gücləndirəcək
Belçika öz ərazisində AMRAAM raketləri üçün istehsalat meydançasının yaradılması ilə bağlı danışıqların yekun mərhələsindədir, həmçinin Hörmüz boğazında təhlükəsizliyə töhfəsini və Ukraynaya dəstəyini gücləndirməyə hazırlaşır."Report"un Avropa bürosunun məlumatına görə, bunu Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib."Biz Belçikada AMRAAM raketləri üçün istehsalat meydançası yaratmağa çalışırıq. Danışıqlar davam edir. Ümid edirəm ki, onlar uğurla başa çatacaq", - o bildirib.Nazir həmçinin bildirib ki, artıq NATO-nun Aralıq dənizindəki əməliyyatlarına cəlb olunmuş Belçikaya məxsus minaaxtaran gəmi, regionda gərginliyin artması fonunda operativ şəkildə Hörmüz boğazına göndərilə bilər: "Biz onun ən qısa zamanda Hörmüz boğazına göndərilməsi barədə qərar qəbul...
18 İyun 2026, 12:00
BDU QS reytinqində 565-ci yerə yüksəlib
Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.Bu barədə Citypost.az BDU-dan məlumat verilib. QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə...
18 İyun 2026, 11:48
ABŞ Fars körfəzində hərbi mövcudluğunu saxlayacaq
ABŞ İrana Tehran və Vaşinqton arasında anlaşma memorandumuna əməl etməsi üçün təzyiq göstərmək məqsədilə Fars körfəzində gücləndirilmiş hərbi mövcudluğunu saxlamaq niyyətindədir.Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donadl Tramp G7 zirvəsində iştirak etdiyi Fransada jurnalistlərə deyib: "Bu, yaxşı sualdır. Biz bu barədə düşünməmişik. Yəqin ki, bir müddətdir. Bu, yaxşı yerdir".O, ABŞ-ın İrandakı hərbi mövcudluğunun nə qədər davam edəcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Bir az daha deyərdim. İşlərin necə getdiyini görmək üçün. Düşünürəm ki, hər şey yaxşı olacaq, amma görəcəyik"....
18 İyun 2026, 11:35
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
18 İyun 2026, 11:24
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli Sammit iştirakçıları,Sizi “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılışı münasibətilə salamlayıram.İnsan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunmuş bu Sammitin18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi gündür.Müasir dövrdə süni...
18 İyun 2026, 11:16
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb
Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında sənədlər imzalanıb.Citypost.az xəbər verir ki, tədbir iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılışı mərasimi çərçivəsində baş tutub.Sənədlər Azərbaycan Prezidenti İlham Əliyev və İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə imzalanıb.
18 İyun 2026, 11:00