Fərhad Mehdiyevdən valideynlərə təsirli çağırış: “Övladlarınız üzərində nəzarəti əldən verməyin”
Cəmiyyət 18 İyun 2026, 08:29
328
Hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkə hesabında valideynlərə, xüsusilə atalara müraciət edərək övlad tərbiyəsi ilə bağlı düşüncələrini bölüşüb.
O bildirib ki, son illərdə qızının həyat seçimlərinə daha sərbəst yanaşıb, onun müstəqil və düzgün həyat qurmasını istəyib. F.Mehdiyev qeyd edib ki, qızının həkim olmasını arzulasa da, o, incəsənət sahəsində təhsil almaqda israrlı olub.
Hüquqşünas valideynlərə övladları üzərində nəzarəti itirməməyi tövsiyə edərək yazıb ki, uşaqların tərbiyəsində sevgi, qayğı və nəzarət əsas amillərdir:
"Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə “pis ata”, hətta “abyuser” desinlər, amma uşaqlarınızı 23-25 yaşına qədər yönləndirməyə və nəzarətdə saxlamağa çalışın. Həyatda ən böyük investisiya övladlarınızdır", - deyə o vurğulayıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Fərhad Mehdiyevin qızı ötən gün Bakı–Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Məlumata görə, onun idarə etdiyi motosiklet "Mercedes" markalı avtomobillə toqquşub. Ağır xəsarətlər alan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ABŞ Fars körfəzində hərbi mövcudluğunu saxlayacaq
ABŞ İrana Tehran və Vaşinqton arasında anlaşma memorandumuna əməl etməsi üçün təzyiq göstərmək məqsədilə Fars körfəzində gücləndirilmiş hərbi mövcudluğunu saxlamaq niyyətindədir.Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donadl Tramp G7 zirvəsində iştirak etdiyi Fransada jurnalistlərə deyib: "Bu, yaxşı sualdır. Biz bu barədə düşünməmişik. Yəqin ki, bir müddətdir. Bu, yaxşı yerdir".O, ABŞ-ın İrandakı hərbi mövcudluğunun nə qədər davam edəcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Bir az daha deyərdim. İşlərin necə getdiyini görmək üçün. Düşünürəm ki, hər şey yaxşı olacaq, amma görəcəyik"....
18 İyun 2026, 11:35
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
18 İyun 2026, 11:24
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli Sammit iştirakçıları,Sizi “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılışı münasibətilə salamlayıram.İnsan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunmuş bu Sammitin18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi gündür.Müasir dövrdə süni...
18 İyun 2026, 11:16
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb
Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında sənədlər imzalanıb.Citypost.az xəbər verir ki, tədbir iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılışı mərasimi çərçivəsində baş tutub.Sənədlər Azərbaycan Prezidenti İlham Əliyev və İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə imzalanıb.
18 İyun 2026, 11:00
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
2026-cı il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,6 min nəfər olub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Qeyd edilib ki, onların 52,1 faizini qadınlar təşkil edib.İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub.
18 İyun 2026, 10:19
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb....
18 İyun 2026, 10:08