Bizə yazın

Baku

-°C

USD

-

Antidepressantlar asılılıq yaradırmı? 

Tibb 18 İyun 2026, 08:30

499

Cəmiyyətdə ən çox yayılan yanlış təsəvvürlərdən biri də antidepressantların asılılıq yaratması ilə bağlıdır. Mütəxəssislər bildirirlər ki, antidepressant preparatlar narkotik və ya asılılıq yaradan maddələr deyil və həkim nəzarəti altında istifadə edildikdə onlara qarşı klassik mənada asılılıq formalaşmır.

Citypost.az xəbər verir ki, psixiatrların sözlərinə görə, bir çox hallarda insanlar xəstəliyin təkrarlanmasını dərman asılılığı ilə qarışdırırlar.

Məsələn, depressiya, təşviş pozuntusu və ya digər psixi sağlamlıq problemləri ilə müraciət edən pasiyentə dərman müalicəsi ilə yanaşı həyat tərzində dəyişikliklər, fiziki aktivlik, sosial fəaliyyətlərin artırılması, yuxu rejiminin normallaşdırılması və psixoterapevtik tövsiyələr verilir.

Lakin bəzi xəstələrdə belə bir vəziyyət yaranır ki, dərman təsir göstərməyə və əhval-ruhiyyəni yaxşılaşdırmağa başladıqdan sonra onlar əlavə tövsiyələrə əməl etmirlər. Çünki artıq özlərini yaxşı hiss etdiklərini düşünürlər və problemin tam həll olunduğuna inanırlar.

Müalicə kursu başa çatdıqdan və dərman həkim nəzarəti altında dayandırıldıqdan sonra isə xəstənin əvvəlki həyat tərzi dəyişmədiyindən, stress faktorları aradan qaldırılmadığından və psixoloji problemlərin kökü üzərində işlənmədiyindən şikayətlər yenidən ortaya çıxa bilir. Pasiyent bunu çox vaxt dərmansız qala bilməməsi kimi qiymətləndirir və antidepressantların asılılıq yaratdığını düşünür.

Əslində isə burada söhbət asılılıqdan deyil, xəstəliyin yenidən aktivləşməsindən gedir. Necə ki, yüksək təzyiq və ya şəkərli diabet xəstəsi müalicəni yarımçıq saxladıqda problemlər təkrarlana bilir, eyni vəziyyət bəzi psixi pozuntularda da müşahidə oluna bilər.

Mütəxəssislər vurğulayırlar ki, antidepressantların əsas məqsədi xəstənin əhvalını yaxşılaşdırmaqla yanaşı, onun gündəlik fəaliyyətini bərpa etmək və həyat keyfiyyətini yüksəltməkdir. Ancaq uzunmüddətli nəticə əldə etmək üçün dərman müalicəsi sağlam həyat tərzi, psixoterapiya, stressin idarə olunması və həkim tövsiyələrinə əməl olunması ilə tamamlanmalıdır.

Həkimlər bir daha qeyd edirlər ki, antidepressantların özbaşına başlanılması və ya dayandırılması doğru deyil. Müalicənin müddəti, dozası və dayandırılma qaydası yalnız mütəxəssis tərəfindən müəyyən edilməlidir. Düzgün istifadə edildikdə antidepressantlar asılılıq yaratmır, əksinə insanların psixi sağlamlığını bərpa etməyə və normal həyata qayıtmasına kömək edir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Saç tökülməsi birdən başlamır: Bədənin verdiyi ilk siqnallar bunlardır

Saç tökülməsi əksər hallarda qəfil yaranan problem deyil. Orqanizm bu proses başlamazdan əvvəl müxtəlif siqnallar verir. Təəssüf ki, insanların çoxu həmin əlamətləri vaxtında fərq etmir və problem irəlilədikdən sonra mütəxəssisə müraciət edir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, saç tökülməsinin ilk əlamətlərindən biri saç ayrıcının əvvəlkindən daha geniş görünməsidir. Əgər saçın üst hissəsində və ya ayrıc boyunca seyrəklik nəzərə çarpmağa başlayırsa, bu, saç sıxlığının azalmasının və tökülmə prosesinin başlanmasının göstəricisi ola bilər.Digər mühüm əlamət daraqda, duş qəbul edərkən və ya gün ərzində geyim üzərində əvvəlkindən daha çox saç telinin görünməsidir.Normal halda hər gün müəyyən sayda saç telinin tökülməsi təbii proses...

18 İyun 2026, 09:32

Ənsədən başa yayılan “elektrik cərəyanı” kimi ağrı nəyin əlamətidir?

Bir çox insan başın arxa hissəsindən başlayaraq yuxarıya doğru yayılan kəskin ağrıları adi baş ağrısı və ya miqren hesab edir. Halbuki bu cür şikayətlər bəzi hallarda nevroloji mənşəli fərqli bir problemin – ənsə nevralgiyasının (oksipital nevralgiya) əlaməti ola bilər.Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, bu vəziyyətdə problem beynin özündə deyil, başın arxa hissəsini hissiyyatla təmin edən oksipital sinirlərin qıcıqlanması, iltihablaşması və ya sıxılması ilə bağlı olur.Nəticədə xəstələr boyundan başlayaraq ənsəyə, oradan isə başın təpə hissəsinə, bəzi hallarda isə göz arxasına qədər yayılan ağrılardan şikayət edirlər.Mütəxəssislər bildirirlər ki, ənsə nevralgiyası zamanı ağrı adi baş ağrısından fərqli xarakter daşıyır. Xəstələr ağrını...

17 İyun 2026, 10:30

Üzdəki ləkələr və şişkinlik daxili orqanlarla bağlı ola bilərmi?

İnsanlar əksər hallarda üzdə yaranan ləkələri, sızanaqları və ya şişkinliyi yalnız kosmetik problem kimi qiymətləndirirlər. Halbuki bəzi hallarda dəridə baş verən dəyişikliklər orqanizmdə mövcud olan müəyyən pozğunluqların əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qaraciyərin fəaliyyəti pozulduqda dərinin görünüşündə müəyyən dəyişikliklər meydana çıxa bilər. Belə hallarda dəri əvvəlki parlaqlığını və təravətini itirir, üzdə ləkələr yaranır, dəri tonu qeyri-bərabər görünə bilər. Bununla yanaşı, bəzi insanlarda dəri daha solğun və yorğun təsir bağışlayır.Bağırsaq sistemində yaranan problemlər də üz dərisinə təsirsiz ötüşmür. Həzm sisteminin normal işləməməsi, bağırsaq mikroflorasının pozulması və digər amillər nəticəsində üzdə sızanaqlar, müxtəlif səpkilər və hətta ödem əmələ...

17 İyun 2026, 09:45

Hashimoto xəstəliyi nədir və hansı əlamətlərlə özünü göstərir?

Son illərdə ən çox rast gəlinən qalxanabənzər vəzi xəstəliklərindən biri də Hashimoto tireoiditi hesab olunur. Bu xəstəlik autoimmun xəstəliklər qrupuna daxildir və orqanizmin öz immun sisteminin qalxanabənzər vəzinin hüceyrələrinə qarşı hücum etməsi nəticəsində yaranır.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, normal halda immun sistemi orqanizmi virus, bakteriya və digər yad təsirlərdən qoruyur. Lakin Hashimoto xəstəliyi zamanı immun sistemində pozğunluq yaranır və orqanizm öz toxumalarını yad toxuma kimi qəbul edərək onları məhv etməyə çalışır.Nəticədə qalxanabənzər vəzinin fəaliyyəti tədricən zəifləyir və hormon çatışmazlığı meydana çıxır.Bu proses zamanı qanda əsasən anti-TPO (tiroid peroksidaza qarşı anticisimlər) və anti-TQ (tireoqlobulinə qarşı anticisimlər) adlanan göstəricilər yüksəlir. Həmin...

17 İyun 2026, 08:33

Eqzema yoluxucu deyil, lakin təkrarlana bilər

Eqzema yoluxucu deyil, lakin təkrarlana bilərEqzema dərinin ən çox rast gəlinən iltihabi xəstəliklərindən biridir və müxtəlif yaş qruplarında müşahidə oluna bilər. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu xəstəlik əsasən dəridə quruluq, qızartı, qabıqlanma və qaşınma kimi əlamətlərlə özünü göstərir. Bəzi hallarda isə dəri səthində çatlar, soyulmalar və hətta ağrılı yaralar əmələ gələ bilər.Dermatoloqlar bildirirlər ki, eqzemanın yaranmasında bir neçə amil rol oynayır. Bunların arasında genetik meyillilik, allergik reaksiyalar, güclü stress, immun sisteminin həssaslığı, eləcə də kimyəvi və kosmetik vasitələrin uzunmüddətli istifadəsi xüsusi yer tutur. Xüsusilə məişətdə tez-tez istifadə olunan qab yuyan vasitələr, təmizləyici maddələr, dezinfeksiyaedicilər və müxtəlif kimyəvi məhsullar...

16 İyun 2026, 10:30

Gənclik sızanaqları ilə sızanaq xəstəliyini qarışdırmaq olmaz

Sızanaqlar yeniyetməlik dövrünün ən geniş yayılmış problemlərindən biridir və əksər hallarda insan orqanizmində baş verən təbii dəyişikliklərlə əlaqədardır. Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, gənclik sızanaqları adlandırılan bu hallar əsasən keçid dövrünün əlaməti hesab olunur və əksər insanlarda müxtəlif dərəcələrdə müşahidə edilir.Dermatoloqların sözlərinə görə, yeniyetməlik dövründə orqanizmdə hormonal və endokrin dəyişikliklər baş verir. Bu dəyişikliklər nəticəsində dəri piy vəziləri daha aktiv işləməyə başlayır, nəticədə dəridə sızanaqlar əmələ gəlir. Bu səbəbdən də gənclik sızanaqları əksər hallarda təbii fizioloji proses kimi qiymətləndirilir və ciddi narahatlıq doğurmur.Mütəxəssislər qeyd edirlər ki, belə hallarda əsas məsələ düzgün dəri qulluğu və vaxtında aparılan müalicədir. Sızanaqların müalicəsində yalnız...

16 İyun 2026, 09:15