DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Cəmiyyət 30 İyun 2026, 14:25
775
Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə Citypost.az-a Xidmətdən məlumat verilib.
Bildirilib ki, Sürücülük Mərkəzində inzibati və tədris binaları müasir standartlara uyğun yenidən qurulub. sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün zəruri tədris bazası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və nəqliyyat vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə verilib.
Həmçinin oxuyun
Mərkəzdə yaradılan müasir infrastruktur təlim prosesinin səmərəliliyinin artırılmasına, sürücülərin peşə hazırlığının daha yüksək səviyyədə təşkilinə və Dövlət Sərhəd Xidmətinin nəqliyyat təminatı imkanlarının gücləndirilməsinə xidmət edəcək.
Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzdə yaradılmış şəraitlə tanış olmuş, müasir qərargah binası, sürücülərin nəzəri-praktiki hazırlığının təşkilində zəruri infrastruktur, geniş və tam təchiz olunmuş tədris sinifləri, yataqxana, yeməkxana, eləcə də zabit evlərinə baxış keçirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur....
30 İyun 2026, 16:00
Niderlandda təhlükəli maddə sızması səbəbindən 14 nəfər xəsarət alıb
Niderlandın Genemeyden şəhərindəki müəssisədə təhlükəli maddənin sızması nəticəsində 14 nəfər, o cümlədən bir yanğınsöndürən xəsarət alıb.Bu barədə "Report" Niderland mediasına istinadən xəbər verir.İnsident akkumulyator batareyası tamamilə boşalmış çəngəlli yükləyici səbəbindən baş verib. Batareyanın həddindən artıq qızması nəticəsində təhlükəli maddə sızıb.Hadisədən sonra müəssisədə olan insanlar təxliyə edilib.
30 İyun 2026, 15:45
Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib.Bu barədə Citypost.az-a DMX-dən məlumat verilib.Xidmət rəisi qurumun əsas fəaliyyət istiqamətləri, Azərbaycanın miqrasiya siyasətinin prioritetləri, bu sahədə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Vüsal Hüseynov Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. Xidmət rəisi Almatı Prosesi çərçivəsində istər Azərbaycanın sədrliyi dövründə, istərsə də Qazaxıstanın hazırkı sədrliyi zamanı həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.Səmimi qəbula görə təşəkkürünü bildirən Alim Bayel iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və mövcud münasibətlərin bundan sonra da...
30 İyun 2026, 15:33
Bakıda daha iki marşrut xəttinin avtobusları yenilənib
Bakının Ramana qəsəbəsinin "Şuşa şəhərciyi" yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, 214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN təşkil edəcək....
30 İyun 2026, 15:24
İmtahan, yoxsa "pedaqoji eksperiment"? – Tarix müəllimlərinin sertifikasiya problemi
Azərbaycan təhsilində sertifikasiya prosesi davam edir, lakin iyunun 24-də keçirilən tarix müəllimlərinin imtahanı sanki bir peşəkarlıq yoxlanışı deyil, müəllimlərin əsəbləri və məntiqi üzərində qurulmuş bir "pedaqoji eksperiment"ə çevrilib. Sosial şəbəkələrdə, media müstəvisində və müəllim otaqlarında səslənən etirazlar bir məqamı açıq-aydın ortaya qoyur: sistem, müəllimi peşəkar bir pedaqoq kimi deyil, nazirliyin arxivlərində tozlanan "gizli açarların" icraçısı kimi görmək istəyir. İndiyə qədər sinifdə öz vicdanı və metodikası ilə xoruz banladan, dərsi yaşadan müəllim, indi Blumun "ayaqqabılarını" geyinməyə məcbur edilir. Bəs görəsən, bu "taksonomiya oyunları" müəllimlik peşəsinin mahiyyəti ilə nə dərəcədə uzlaşır?Müəllimlərin etirazı sadəcə "balım kəsildi" şikayəti deyil, Blum taksonomiyasının tətbiq qaydalarına edilən...
30 İyun 2026, 15:18
Doğmalıq - Sevil Gültən yazır...
Maşından düşüb çöl qapıya yaxınlaşan kimi dəyişikliyi hiss etdim... Keçən ay kənddə olanda həyətin otunu biçdirmişdim. Otbiçən oğlan işini bitirib gedəndə birdən ayaq saxladı, çöl qapının böyründəki boşluğu göstərib dedi:–Müəllimə, buranı bərkitmək lazımdır.Çəpərim dəmir şiferdəndir, altına beton tökülüb, ortadan da dəmir profillə bərkidilib. Otbiçənin göstərdiyi yerdə profil aralanmışdı.–Qoy bir şey tapıb gətirim, onu bağla. Növbəti dəfə kəndə gələndə düzəltdirərəm,– dedim və evdən möhkəm ip gətirib ona verdim, o da iplə profili birtəhər bağlayıb bərkitdi......İndi həmin ip yox idi, profil məftillə bərkidilmişdi. Qapını açanda öz-özümə dedim: “Görəsən kim edib bunu? Otbiçən oğlan?”Yox, inanmıram...Bəs kim?Qapını açıb həyətə girdim, zənbillərimi həyətdəki köhnə stolun üstünə...
30 İyun 2026, 15:17