Bizə yazın

Baku

-°C

USD

-

Doğmalıq  - Sevil Gültən yazır...

Cəmiyyət 30 İyun 2026, 15:17

438

Maşından düşüb çöl qapıya yaxınlaşan kimi dəyişikliyi hiss etdim... Keçən ay kənddə  olanda həyətin otunu biçdirmişdim. Otbiçən oğlan işini bitirib gedəndə birdən ayaq saxladı, çöl qapının böyründəki boşluğu göstərib dedi:

–Müəllimə, buranı bərkitmək lazımdır.

Çəpərim dəmir şiferdəndir, altına beton tökülüb, ortadan da dəmir profillə bərkidilib. Otbiçənin göstərdiyi yerdə  profil aralanmışdı.

–Qoy bir şey tapıb gətirim, onu bağla. Növbəti dəfə kəndə gələndə düzəltdirərəm,– dedim və  evdən möhkəm ip gətirib ona verdim, o da iplə profili birtəhər bağlayıb bərkitdi...

...İndi həmin ip yox idi, profil məftillə bərkidilmişdi. 

Qapını açanda öz-özümə dedim: “Görəsən kim edib bunu? Otbiçən oğlan?”

Yox, inanmıram...Bəs kim?

Qapını açıb həyətə girdim, zənbillərimi həyətdəki köhnə stolun üstünə qoyub evin qapısını açdım, sonra zənbilləri evə daşıyıb çölə çıxdım ki,  suyu açım...Hər dəfə Bakıya qayıdanda sayğacın yanındakı bütün krantları bağlayırdım...Sayğaca yaxınlaşanda başqa dəyişikilik diqqətimi cəlb etdi.  Heyva ağacının altındakı köhnə, narıncı rəngli əl arabası ağzıaşağı çevrilmişdi. O arabanı da çox vaxt ağzıaşağı çevirirdim. Amma keçən dəfə   unutmuşdum...Arabanı ağzıaşağı çevirməyəndə yağış yağanda içinə dolur, paslanırdı... Görəsən arabanı kim çevirib? Bəlkə özüm çevirmişəm, yadımdan çıxıb...Yox, dəqiq yadımdadır, arabanı çevirməmişdim...Həyətə boylandım, yenə də təəccübləndim. Hər dəfə otu biçdirəndə ya otbiçən ,  ya da başqa fəhlə otu bir yerə toplayırdı. Keçən dəfə otbiçən oğlan başqa yerə tələsirdi deyə biçilmiş ot elə yerdə qalmışdı. Çox deyildi, qonşu kişi biçilən otun bir hissəsini daşıyıb aparmışdı, amma  çox hissəsi qalmışdı. Fikrimdə tutmuşdum ki, bir də kəndə gələndə otu bir yerə toplayım...

Görəsən otu kim toplayıb bir yerə? Ağlıma heç kim gəlmədi...

Və birdən anam yadıma düşdü... Qonşu kənddə işləyirdim. Bəzən, xüsusən də  soyuq, yağışlı  günlərdə işdən evə qayıdanda hələ evə çatmamış evin tüstü bacasından tüstü çıxdığını görərdim. Dərhal bilərdim ki, anam bizdədir.  Köhnə meşoka odun yığıb gətirər, uşaqlar məktəbdən gəlməzdən  əvvəl  peçi qalayar, hazır yemək olmayanda yemək bişirər, çay qaynadardı. Yaz aylarında isə gəlib görərdim ki, həyətdəki əkinlikdədir, əkdiyim  tərəvəzləri sulayır, onların dibini boşaldır, alağını təmizləyirdi.. Qamış çəpərimin  küləkdən əyilmiş yerlərini dikəldir,  yoğun ağacdan dayaq verərdi...

Bəzən işdən gəlib görərdim ki,  bişirdiyi yeməkdən kiçik qazana töküb bizə gətirib. Nə qədər təkid etsəm də özü yeməzdi.

 –Evdə yeyib gəlmişəm, - deyərdi. 

Bir gün sonra anamgilə yolum düşəndə bilərdim ki,  heç evdə də yeməyib, demək olar öz payını bizə gətirib...Hər dəfə təndirdə çörək bişirəndə bizə də iki -üç çörək gətirirdi..

–Kolxozdan mənə verilən buğdanın unundan bişirmişəm. Dəyirmanın pulunu da özüm vermişəm...

Neçə il soyuducumuz olmayıb. Daha doğrusu, soyuducumuz var idi, amma xarab idi, düzəldirmək baha  basa gəlirdi. Yay aylarında bir də görərdim anam  bir neçə butulka soyuq suyu zənbilə yığıb gətirib. Butulkaların içində də buz parçaları.

Evlərə su çəkilməmişdi o vaxtlar. Anam iri çaydanda daş suyu da gətirərdi. Qış günlərində bir də görərdim özünün yun adyalını şala büküb gətirib..

–Ev soyuqdur, uşaqların yorğanının üstündən sərərsən, yerləri isti olar.

....Analı xatirələrimdən ayıldım, yenə də həyətə boylandım. Bir yerə toplanmış ota, ağzıaşağı çevrilmiş əl arabasına baxdım, çöl qapıya yaxınlaşıb məftillə bərkidilmiş  yeri gözdən keçirdim..Birdən yadıma düşdü ki, keçən dəfə gecə yumurtaları qutuya yığanda  bir neçəsi əlimdən yerə düşdü,  balaca, yüngül palaza dağıldı. ( palaz deyəndə ki, uzağı metr yarım olar), palazı yudum, amma yuyulmuş halda evdə qalsaydı nəmişlik iyi gələrdi evdən. Səhər o balaca palazı həyətdəki köhnə dəmir çarpayının üstünə qoydum.  Bakıya çatan kimi kənddə yaşayan qardaşımın gəlininə zəng etdim ki, gəlib onu aparsınlar,(onlarda açar var)  təmiz yuyub özləri istifadə etsinlər. Qardaşımın  gəlini  söz verdi ki, özü gələ bilməsə də uşaqları yollayar, gətirərlər. Yox, inanmıram ki, uşaqların ağlına gələr arabanı çevirmək, yaxud otu toplayıb bir yerə yığmaq... Qardaşımın sağlamlığında problem var, əvvəlki kimi çölə-bayıra çıxmır. Amma ürəyimə damdı ki, palazı aparmağa özü gəlib...Qardaşımın  gəlininə zəng etdim.

-Yadındadırmı, demişdim ki, o balaca palazı  çölə qoymuşam. Kim gəlib apardı onu? Murad gəlmişdi, yoxsa Mədinə?

–Heç biri...Dayı ( qaynatasına- qardaşıma dayı deyir) dedi özüm velosipedlə gedib gətirərəm. Nə olub ki? Niyə soruşursan?

Kövrəldim..Ona heç nə demədim..

Öz-özümə bircə söz pıçıldadım: Doğmalıq...

30 iyun, 2026-cı il....11: 50

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağasını təsdiqləyib 

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklikləri imzalayıb.Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada...

30 İyun 2026, 16:16

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir 

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur....

30 İyun 2026, 16:00

Niderlandda təhlükəli maddə sızması səbəbindən 14 nəfər xəsarət alıb 

Niderlandın Genemeyden şəhərindəki müəssisədə təhlükəli maddənin sızması nəticəsində 14 nəfər, o cümlədən bir yanğınsöndürən xəsarət alıb.Bu barədə "Report" Niderland mediasına istinadən xəbər verir.İnsident akkumulyator batareyası tamamilə boşalmış çəngəlli yükləyici səbəbindən baş verib. Batareyanın həddindən artıq qızması nəticəsində təhlükəli maddə sızıb.Hadisədən sonra müəssisədə olan insanlar təxliyə edilib.

30 İyun 2026, 15:45

Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub 

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib.Bu barədə Citypost.az-a DMX-dən məlumat verilib.Xidmət rəisi qurumun əsas fəaliyyət istiqamətləri, Azərbaycanın miqrasiya siyasətinin prioritetləri, bu sahədə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Vüsal Hüseynov Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. Xidmət rəisi Almatı Prosesi çərçivəsində istər Azərbaycanın sədrliyi dövründə, istərsə də Qazaxıstanın hazırkı sədrliyi zamanı həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.Səmimi qəbula görə təşəkkürünü bildirən Alim Bayel iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və mövcud münasibətlərin bundan sonra da...

30 İyun 2026, 15:33

Bakıda daha iki marşrut xəttinin avtobusları yenilənib 

Bakının Ramana qəsəbəsinin "Şuşa şəhərciyi" yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.Bu barədə Citypost.az  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, 214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN təşkil edəcək....

30 İyun 2026, 15:24

İmtahan, yoxsa "pedaqoji eksperiment"? – Tarix müəllimlərinin sertifikasiya problemi. Şəmsi Qoca yazır...

Azərbaycan təhsilində sertifikasiya prosesi davam edir, lakin iyunun 24-də keçirilən tarix müəllimlərinin imtahanı sanki bir peşəkarlıq yoxlanışı deyil, müəllimlərin əsəbləri və məntiqi üzərində qurulmuş bir "pedaqoji eksperiment"ə çevrilib. Sosial şəbəkələrdə, media müstəvisində və müəllim otaqlarında səslənən etirazlar bir məqamı açıq-aydın ortaya qoyur: sistem, müəllimi peşəkar bir pedaqoq kimi deyil, nazirliyin arxivlərində tozlanan "gizli açarların" icraçısı kimi görmək istəyir. İndiyə qədər sinifdə öz vicdanı və metodikası ilə xoruz banladan, dərsi yaşadan müəllim, indi Blumun "ayaqqabılarını" geyinməyə məcbur edilir. Bəs görəsən, bu "taksonomiya oyunları" müəllimlik peşəsinin mahiyyəti ilə nə dərəcədə uzlaşır?Müəllimlərin etirazı sadəcə "balım kəsildi" şikayəti deyil, Blum taksonomiyasının tətbiq qaydalarına edilən...

30 İyun 2026, 15:18