Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər
Cəmiyyət 07 İyul 2026, 08:12
425
Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb.
"Ukraynalı 30 uşaqdan ibarət qrup növbəti iki həftəni Azərbaycanda xoş keçirmək üçün reabilitasiya proqramı çərçivəsində bu gün Bakıya gəlib", - o bildirib.
Həmçinin oxuyun
Səfirin sözlərinə görə, indiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb: "Azərbaycana xoş gəlmisiniz".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakının bu rayonlarında işıq kəsiləcək
Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, iyulun 7-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Hüseyn Cavid, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Sübhi Salayev, Cabbar Qaryağdıoğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Nizami Abdullayev və K. Əfkarlı küçələrinin bəzi yerlərini əhatə edəcək.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha...
07 İyul 2026, 09:20
Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər
Azərbaycanın deputatları Haaqa meri Yan van Zanenlə görüşüblər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb."Haaqa meri Yan van Zanenlə görüşmək həmişə böyük məmnuniyyətdir və mən ATƏT PA-nın İllik Sessiyası münasibətilə Haaqa Şəhər Meriyasında təşkil olunmuş ziyafət zamanı Azərbaycan parlament nümayəndə heyətinə göstərilən səmimi qəbula görə ona minnətdaram", - o bildirib.Xatırladaq ki, Azərbaycanın deputatları Qaya Məmmədov, Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev ATƏT Parlament Assambleyasının (PA) illik sessiyasına qatılıblar....
07 İyul 2026, 08:38
Milli Məclisdə Zimbabve parlamentariləri ilə görüş olub
İyulun 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Citypost.az xəbər verir ki, Milli Məclisinin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ilə Zimbabve arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. O, parlamentlərarası əlaqələrin dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, komitələr və dostluq qrupları səviyyəsində təmasların genişləndirilməsinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.Milli Assambleyanın sədri Yakob Mudenda Zimbabve parlamentinin Azərbaycanla parlamentlərarası əməkdaşlığın və...
06 İyul 2026, 22:38
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.Yeni Azərbaycan Partiyasından Citypost.az-a verilən xəbərə görə, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc...
06 İyul 2026, 22:15
"Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli olub
"Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.Bu barədə Citypost.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək....
06 İyul 2026, 21:40
Balaxanının qaz təchizatında fasilə olacaq
Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında sabah qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
06 İyul 2026, 20:30