Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
Dünya 07 İyul 2026, 08:00
337
"Mən Fransanın Suriya xalqına plüralizmə və qonşuları ilə sülhə sadiq qalan suveren, vahid Suriya qurmaqda dəstək vermək öhdəliyini bir daha təsdiqləmək üçün gəlmişəm".
Citypost.az APA-a istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Suriyaya səfəri zamanı deyib.
Paytaxt Dəməşqin beynəlxalq hava limanında Fransa prezidentini müvəqqəti hökumətin xarici işlər naziri Əsəd əl-Şeybani qarşılayıb.
Həmçinin oxuyun
"Gəlin birlikdə bölgədə sülh və sabitliyin yeni bir fəslini açaq", - deyən Makron Suriyanın Yaxın Şərqdə gərginliyin azaldılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Makronu müharibədən sonrakı Suriyanın bərpası və yenidən qurulmasına həsr olunmuş dəyirmi masada iştirak edəcək fransız iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sudanda mədən çökməsi nəticəsində on beş nəfər həlak olub.
Sudanın şimalındakı Vadi Halfa rayonunun Samna bölgəsindəki Məhəmməd Tavfiq qızıl mədənində çökmə baş verib.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Sudan Mineral Ehtiyatlar şirkətinin açıqlamasında deyilir.Mədən çökməsi nəticəsində 15 nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir.Ərazidə yerli hakimiyyət orqanları və xilasetmə qrupları axtarış-xilasetmə əməliyyatları aparır.
07 İyul 2026, 09:00
Xameninin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib
İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib."Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfar məlumat yayıb.Məlumata görə, iyulun 5-i saat 12:00-dan 16:00-dək ümumilikdə 48 804 nəfər təşkilatın xidmətlərindən yararlanıb:"Müraciət edənlərdən 18 222 nəfər səyyar tibb məntəqələrində yardım alıb. Onlardan 54 nəfər xəstəxanaya yerləşdirilib, 63 nəfər üzərində ambulator cərrahi müdaxilə aparılıb, 18 mindən çox şəxs ambulator müalicə alıb, 5 min nəfərə isə infuzion terapiya (zərdab) tətbiq edilib".Miadfar qeyd edib ki, daha 328 nəfər ixtisaslaşmış xəstəxanalara müraciət edib. Onlardan 107 nəfər stasionar müalicəyə qəbul olunub, iki...
07 İyul 2026, 08:55
Kubanın 10 milyon sakini işıqsız qalıb
Kubanın milli elektrik şəbəkəsi bazar ertəsi günorta saatlarında çökərək təxminən 10 milyon sakini işıqsız qoyub."Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin elektrik şəbəkəsi operatoru olan UNE məlumat yayıb.Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır, hadisənin səbəbləri aydınlaşdırılır.Bildirilib ki, Kuba qismən köhnəlmiş infrastruktur və adaya yanacaq tədarükünün qarşısını alan ABŞ blokadası ilə əlaqədar olaraq bir neçə aydır ki, elektrik enerjisi kəsintiləri ilə üzləşir.Kuba uzun illər davam edən iqtisadi böhran zamanı elektrik enerjisi təchizatının təmin edilməsində dəfələrlə çətinliklər yaşayıb, lakin hazırda ABŞ rəhbərliyi tərəfindən artan təzyiq altında misli görünməmiş bir vəziyyətə düşüb....
06 İyul 2026, 23:05
Makron Dəməşqə ilk səfərini etdi
Fransa Prezidenti Emmanuel Makron bu gün Suriyanın paytaxtı Dəməşqə səfər edib."Unikal" xəbər verir ki, iyulun 7-dək davam edəcək səfər çərçivəsində Emmanuel Makron suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə ediləcək.Fransa Prezidentini bu səfərində investorlardan ibarət nümayəndə heyəti müşayiət edir.Qeyd olunur ki, bu, son 17 ildə Fransa dövlət başçısının Suriyaya ilk rəsmi səfəridir....
06 İyul 2026, 22:48
Tramp Si Cinpinin sentyabrın sonunda ABŞ-a səfər edəcəyini deyib
Çin prezidenti Si Cinpinin Vaşinqtona səfəri ilkin olaraq 24 sentyabra planlaşdırılır.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib."Məsələn, prezident Si sentyabrın sonuna qədər buraya gələcək. Yadımdadır ki, bu səfər 24-də baş tutacaq", - Tramp deyib.
06 İyul 2026, 22:28
Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb."Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Məlumata görə, görüş Prezident İqamətgahında baş tutub. Görüşün mətbuata qapalı keçirildiyi bildirilib.
06 İyul 2026, 20:14