Miokard infarktı mədə-bağırsaq sistemi ilə bağlı hansı əlamətlərlə özünü göstərə bilər?
Tibb 07 İyul 2026, 08:22
313
Miokard infarktı əksər insanların düşündüyü kimi hər zaman yalnız sinədə güclü ağrı ilə özünü göstərmir. Bəzi hallarda ürək tutmasının ilk əlamətləri məhz mədə-bağırsaq sistemi ilə əlaqəli şikayətlər şəklində ortaya çıxır. Bu səbəbdən bir çox xəstə ilkin olaraq ürək həkiminə deyil, qastroenteroloqa müraciət edir və bu da diaqnozun gecikməsinə səbəb ola bilir.
Citypost.az xəbər verir ki, kardioloqlar bildirirlər ki, xüsusilə ürəyin arxa və aşağı divarında baş verən miokard infarktları zamanı ürək bulanması, qusma və mədə nahiyəsində narahatlıq hissi daha çox müşahidə edilir. Bu əlamətlər bəzən o qədər qabarıq olur ki, xəstə onları qida zəhərlənməsi, qastrit və ya mədə pozğunluğu ilə əlaqələndirir.
Mütəxəssislərin sözlərinə görə, infarkt zamanı yaranan ağrı yalnız döş qəfəsi ilə məhdudlaşmaya bilər. Ağrı epiqastral nahiyəyə, yəni mədənin yerləşdiyi hissəyə yayıla və mədə yanması, göynəmə, sıxılma və ya ağırlıq hissi şəklində özünü göstərə bilər. Xüsusilə yaşlı insanlarda və şəkərli diabet xəstələrində bu tip qeyri-tipik əlamətlər daha çox rast gəlinir.Miokard infarktı zamanı orqanizmdə baş verən qan dövranı pozğunluğu həzm sisteminin fəaliyyətinə də mənfi təsir göstərir. Nəticədə bəzi xəstələrdə iştahsızlıq, həzm pozğunluğu, köp, qəbizlik və bağırsaq fəaliyyətinin ləngiməsi müşahidə oluna bilər.Ağır infarkt keçirmiş və ya kardiogen şok inkişaf etmiş xəstələrdə vəziyyət daha təhlükəli xarakter ala bilər. Belə hallarda ürəyin qan vurma qabiliyyəti kəskin zəiflədiyi üçün mədə-bağırsaq sisteminə gedən qan axını da azalır. Oksigen çatışmazlığı nəticəsində bağırsaq toxumalarında işemiya inkişaf edə, bu isə güclü qarın ağrıları və toxuma zədələnməsi ilə nəticələnə bilər.
Həkimlər bildirirlər ki, miokard infarktının ağırlaşmalarından biri də mədə-bağırsaq qanaxmalarıdır. Bu vəziyyət xüsusilə uzun müddət qan durulaşdırıcı preparatlar qəbul edən xəstələrdə daha çox müşahidə edilir. Əgər bu dərmanlar həkimin təyin etdiyi qaydada qəbul olunmursa və mədəni qoruyan preparatlardan istifadə edilmirsə, mədə və onikibarmaq bağırsaq selikli qişasında eroziya və ya xora yarana, nəticədə qanaxma baş verə bilər.Mütəxəssislər qeyd edirlər ki, qan durulaşdırıcı dərmanlar infarktdan sonra həyati əhəmiyyət daşısa da, onların nəzarətsiz qəbulu ciddi fəsadlara yol aça bilər. Buna görə də belə preparatları yalnız həkim təyinatı ilə və tövsiyə olunan dozada qəbul etmək vacibdir.
Həmçinin oxuyun
Kardioloqlar xəbərdarlıq edirlər ki, sinə ağrısı ilə yanaşı ürəkbulanma, qusma, soyuq tər, güclü halsızlıq, başgicəllənmə, nəfəs darlığı və mədə nahiyəsində ağrı birlikdə müşahidə olunursa, bunu sadə həzm problemi kimi qiymətləndirmək olmaz. Belə simptomlar miokard infarktının qeyri-tipik gedişinə işarə edə bilər və vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır.Erkən diaqnostika və vaxtında başlanılan müalicə ürək əzələsinin daha geniş zədələnməsinin qarşısını almaqla yanaşı, xəstənin həyatını xilas edə bilər. Buna görə də mədə-bağırsaq sistemi ilə bağlı qəfil yaranan və xüsusilə ürək-damar risk faktorları olan insanlarda müşahidə edilən şikayətlərə laqeyd yanaşmaq olmaz.
Mütəxəssislər vurğulayırlar ki, ürək hər zaman öz problemlərini sinə ağrısı ilə ifadə etmir. Bəzən mədə nahiyəsində hiss edilən ağrı, ürəkbulanma və ya qusma əslində infarktın ilk və ən vacib xəbərdarlıq siqnalları ola bilər. Bu əlamətlərin düzgün qiymətləndirilməsi və vaxtında həkimə müraciət edilməsi ağır nəticələrin qarşısını almaqda həlledici rol oynayır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səhərlər təzyiqiniz yüksək olur? – Bu, hansı problemlərdən xəbər verə bilər?
Bəzi insanlarda arterial təzyiq gün ərzində normal həddə olsa da, səhər yuxudan oyandıqdan dərhal sonra yüksək göstəricilər qeydə alınır. Kardioloqlar bildirirlər ki, bu hal təsadüfi olmaya bilər və müəyyən sağlamlıq problemlərinin və ya qəbul edilən müalicənin kifayət qədər effektiv olmamasının göstəricisi hesab olunur.Mütəxəssislərin sözlərinə görə, səhər hipertensiyası adlandırılan bu vəziyyət xüsusilə diqqət tələb edir. Çünki məhz səhər saatlarında infarkt və insult kimi ürək-damar hadisələrinin başvermə riski daha yüksək olur. Buna görə də yuxudan oyandıqdan sonra təzyiqin davamlı olaraq yüksək olması mütləq araşdırılmalıdır.Həkimlər qeyd edirlər ki, səhər təzyiqinin yüksəlməsinin bir neçə əsas səbəbi mövcuddur. Ən geniş yayılmış səbəblərdən biri qəbul edilən...
07 İyul 2026, 09:10
Qulağınız ağrıyır, amma problem qulaqda olmaya bilər - DİQQƏT
Qulaq ağrısı insanların ən çox həkimə müraciət etdiyi şikayətlərdən biridir. Lakin mütəxəssislər bildirirlər ki, hər qulaq ağrısının səbəbi birbaşa qulağın özündə olmur. Bəzən LOR müayinəsi tamamilə normal nəticə versə də, pasiyent güclü ağrı hiss etməyə davam edir. Bu vəziyyət tibbdə reflektor otalgiya adlanır.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qulaq ətrafında yerləşən çoxsaylı sinirlər baş, boyun, çənə və boğaz nahiyələri ilə ortaq sinir yolları vasitəsilə əlaqəlidir.Beyin bu bölgələrdən gələn ağrı siqnallarını bəzən qulaq ağrısı kimi qəbul edir. Nəticədə problem başqa orqanda olsa da, insan ağrını məhz qulağında hiss edir.Mütəxəssislər qeyd edirlər ki, reflektor qulaq ağrısının ən geniş yayılmış səbəblərindən biri...
06 İyul 2026, 10:47
Revmatoloji xəstəliklər ürəyə necə təsir edir? – Mütəxəssislər xəbərdarlıq edir
Revmatoloji xəstəliklər yalnız oynaqlar, əzələlər və birləşdirici toxumalarla məhdudlaşmır. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər bəzi hallarda ürək-damar sisteminə də ciddi təsir göstərə və müxtəlif ağırlaşmalara səbəb ola bilər. Buna görə də revmatoloji diaqnozu olan pasiyentlərin mütəmadi olaraq ürək müayinələrindən keçməsi böyük əhəmiyyət daşıyır.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, revmatoloji xəstəliklər zamanı ürəkdə yaranan dəyişikliklər bəzən uzun müddət heç bir əlamət verməyə bilər. Lakin proses irəlilədikcə müxtəlif klinik əlamətlər ortaya çıxır və pasiyentin həyat keyfiyyətinə ciddi təsir göstərir.Mütəxəssislərin sözlərinə görə, revmatoloji xəstəliklər zamanı yüksək arterial təzyiq, ürək qapaqlarının zədələnməsi, ürək ətrafında maye toplanması və iri damarların iltihabı kimi problemlər müşahidə...
06 İyul 2026, 09:45
Böyrək kistalarının diaqnostikasında KT niyə daha üstün hesab olunur?
Böyrək kistaları əksər hallarda təsadüfən aşkarlansa da, bəzi hallarda onların mürəkkəb formaları ciddi tibbi müdaxilə tələb edə bilər.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, kistanın ölçüsü, quruluşu və yerləşdiyi nahiyə gələcək müalicə taktikasının müəyyənləşdirilməsində əsas rol oynayır.Həkimlərin sözlərinə görə, yaxın günlərdə qeyri-adi klinik hadisələrdən biri məhz bu problemlə bağlı qeydə alınıb. Bel nahiyəsində ağrılardan şikayət edən gənc pasiyent əvvəlcə nevroloqa müraciət edib. Onurğa sütununun MRT müayinəsi zamanı isə təsadüfən sol böyrəkdə böyük ölçülü kista aşkarlanıb.Mütəxəssislər vurğulayırlar ki, maqnit-rezonans tomoqrafiyası bəzi hallarda böyrək patologiyalarını aşkar etsə də, böyrək kistalarının xarakterinin müəyyənləşdirilməsi üçün ən etibarlı üsullardan biri kontrast maddə ilə aparılan kompüter...
06 İyul 2026, 08:42
Həddindən artıq tərləmə hansı xəstəliklərin xəbərçisi ola bilər? – Mütəxəssisdən açıqlama
Həddindən artıq tərləmə bir çox hallarda adi fizioloji proses kimi qəbul edilsə də, mütəxəssislər bunun bəzi xəstəliklərin ilkin əlaməti ola biləcəyini bildirirlər.Mütəxəssislərin sözlərinə görə, tərləmə orqanizmin ən vacib müdafiə mexanizmlərindən biridir. Bu proses bədən temperaturunun normada saxlanılmasına kömək edir, maddələr mübadiləsi zamanı yaranan bəzi artıq məhsulların xaric olunmasını təmin edir və insan sağlamlığının qorunmasında mühüm rol oynayır.Lakin həddindən artıq tərləmə hər zaman normal hal kimi qiymətləndirilməməlidir.Mütəxəssislər qeyd edirlər ki, cəmiyyətdə çox tərləmənin orqanizmin zəifliyi ilə əlaqəli olması barədə yanlış fikirlər mövcuddur. Halbuki insan tərlədikdə bədən mühüm minerallar itirir və orqanizm bu prosesi ciddi şəkildə tənzimləyir. Buna görə də həddindən artıq...
03 İyul 2026, 10:52
Bu əlamətlər varsa, mütləq qastroenteroloqa müraciət edin – Mütəxəssis xəbərdarlığı
Mədə-bağırsaq sistemi ilə bağlı problemlər insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Lakin bir çox hallarda insanlar bu əlamətləri adi hal kimi qəbul edir, həkimə müraciəti gecikdirir və nəticədə xəstəliklər daha ağır mərhələyə keçir.Citypost.az xəbər verir ki, qastroenteroloq Dr. Aynur Qurbanovanın sözlərinə görə, pasiyentlərin ən çox ünvanladıqları suallardan biri məhz “Mədə-bağırsaq həkiminə hansı hallarda müraciət etmək lazımdır?” sualıdır.Mütəxəssis bildirir ki, davamlı köp və qarında şişkinlik hissi yaşayan insanlar bu şikayətləri diqqətdən kənarda qoymamalıdırlar. Çünki köp bəzən sadə qidalanma pozğunluğundan qaynaqlansa da, bəzi hallarda mədə, bağırsaq, qaraciyər və ya öd sistemi xəstəliklərinin ilkin əlaməti ola...
03 İyul 2026, 08:58