Bizə yazın

Baku

-°C

USD

-

Qubada keçmiş məhkum silahla saxlanılıb 

Hadisə 13 İyul 2026, 10:32

323

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Əli Ağabəyov saxlanılıb.

Citypost.az xəbər verir ki, onun üzərindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ə.Ağabəyovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğulub 

İsmayıllıda bədbəxt hadisə baş verib.Citypost.az  hadisə rayonun Talıstan kəndiində qeydə alınıb. Belə ki, 5 yaşlı oğlan uşağı İsmayıllı rayonu Talıstan kəndində yerləşən evin hovuzunda boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.

13 İyul 2026, 10:35

Xaçmazda avtomobil gölə düşüb

Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, "Opel" markalı minik avtomobili idarəetməni itirərək gölə düşüb.İlkin məlumata görə, sürücü ölüb.Faktla bağlı araşdırma aparılır.

11 İyul 2026, 13:20

Bakıda məktəbin həyətində bıçaqlanma oldu

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.Citypost.az  Teleqrafa-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır

11 İyul 2026, 09:11

Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb

Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.Citypost.az xəbər  verir, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.

10 İyul 2026, 22:00

Kəlbəcərdə mina partladı

Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb.Citypost.az xəbər verir ki,  hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb.Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, ancaq üç baş xırdabuynuzlu heyvan yaralanıb.Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr daha əvvələr də baş verib.

10 İyul 2026, 14:12

Sabunçuda 48 kq narkotik aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.Citypost.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 38 yaşlı Cavid Quliyevdən 3 kiloqram marixuana və heroin, 35 yaşlı Qurban Əliyevdən 20 kiloqram heroin, metamfetamin və marixuana, 21 yaşlı Rahib Hüseynovdan 22 kiloqrama yaxın marixuana, metamfetamin və tiryək, 32 yaşlı Zamin Abdullayevə məxsus avtomobildən isə 3 kiloqram marixuana və həşiş aşkarlanıb. Əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.Faktlarla bağlı cinayət işləri...

09 İyul 2026, 13:20