Dinşünasdan sərt tənqid: "Belə suallar dinə xidmət etmir"
Cəmiyyət 13 İyul 2026, 11:00
348
Səfəvi irsinin mirasçılarından olan İran müctəhidlərinin lap böyüklərindən biri şəriət hökmlərinə aid kitabında bir məsələninin müzakirəsini gündəmə gətirir. Deyir, əgər bir kişi evin damında olsa, onun xalası da evin içində çılpaq uzanmış olsa, birdən zəlzələ baş verib dam uçsa, kişi çılpaq xalasının üstünə düşsə, düşdüyü anda da cinsi əlaqə yaransa və uşaq dünyaya gəlsə, özü də qız olsa, aya bu qızla həmin icraatda iştirak edən kişi sonra evlənə, izdivac edə bilər yoxsa yox?
Bu, bəlkə də həyatda heç zaman baş tutması mümkün olmayan gülünc bir fərziyyədir və mümkünsüzdür. Ancaq bu kimi fərziyyələrin ağıla gəlməsi, xəyal edilməsi, hətta dəlinin yadına daş salmaq kimi təbliğ olunması müəllifin düşüncəsinin, psixoloji durumunun, dinə yanaşmasının açıq təzahürüdür. Məzhəbçi zehniyyətdə belə suallar uydurub sonra da ona cavab tapıb yazan adamlara müctəhid, alim, fəqih deyirlər. Dinin ali dəyərlərini fəlsəfi, elmi, əxlaqi üsullarla tərənnüm edənləri isə dışlayıb "kafir" deyə daşa basırlar, təcrid edirlər. Fərabi, İbn Sina, İbn Rüşd kimi filosof alimlər məhz belə məhrumetmələrə və işgəncələrə dözərək zülümlə fəaliyyət göstərirdilər.
Tural İrfan
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident: SOCAR-dan Özbəkistanda yaxın vaxtda müjdə gözləyirik
Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Özbəkistan Prezidenti Şavkat Miromonoviç mənim aramda olan şəxsi dostluğumuz münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Qarabağın bərpasında bizə birinci yardım edən Özbəkistan Prezidenti olub. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl və böyük məktəb inşa edilib, Şavkat Miromonoviçlə birlikdə o məktəbin açılışını həyata keçirdik. Ondan sonra, digər qardaş dövlətlər bizə hədiyyələr ediblər. Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib. Hər dəfə Özbəkistanda olanda bir daha əmin oluram ki, xalqlarımız nə qədər bir-birinə yaxındır, bir-birinə bağlıdır. Yazılı sözləri görəndə, heç bir tərcüməyə...
13 İyul 2026, 12:05
Jurnalist: Çimərliklərdə xəbərdarlıq lövhələri qoyulsun
Dənizdə son vaxtlar baş verən boğulma hadisələri yenidən çimərliklərdə təhlükəsizlik məsələsini gündəmə gətirib.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən jurnalist Ülkər Abdullayeva bildirib ki, sahilə yaxın ərazilərdə dəniz qumunun qazılması nəticəsində yaranan çuxurlar insanlar üçün ciddi təhlükə yaradır.Onun sözlərinə görə, bu cür çuxurlar dənizə girən şəxsləri qəfil yaxalayır və faciə ilə nəticələnə bilər. Jurnalist qeyd edib ki, bu təhlükə ilə ötən gün həmkarlarından biri də üzləşib və ölüm təhlükəsindən son anda xilas olub.Ülkər Abdullayeva hesab edir ki, tikinti məqsədilə dəniz qumundan istifadə olunsa da, insanların təhlükəsizliyi prioritet olmalıdır. O vurğulayıb ki, təhlükəli ərazilərdə xəbərdarlıq lövhələri quraşdırılmalı, vətəndaşlar əvvəlcədən...
13 İyul 2026, 11:35
Deputatdan mənəvi dəyərlərlə bağlı ÇAĞIRIŞ
Təəssüf ki, bu gün dünyada müşahidə etdiyimiz bir çox mənəvi problemlərin əsas səbəblərindən biri də xoşbəxtliyin yalnız maddi imkanlarla ölçülməsi düşüncəsidir.Bir daha vurğulamaq istəyirəm: pul hər şey deyil. Bəli, pul insanın əsas ehtiyaclarını qarşılamaq üçün vacibdir və həyatımızda mühüm rol oynayır. Lakin əsl xoşbəxtliyi, saf sevgini, mərhəməti, səmimiyyəti, etibarı, vicdan rahatlığını və mənəvi zənginliyi pulla almaq mümkün deyil.Ona görə də çalışın ki, təkcə maddi deyil, mənəvi baxımdan da zənginləşəsiniz. Öz bilik və dünyagörüşünüzü artırın, yaxşı əməllər edin, insanlara faydalı olun və milli-mənəvi dəyərlərinizi daim qoruyun. İnsan məhz mənəvi keyfiyyətləri ilə kamilləşir və cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilir.Unutmayın ki, həqiqi zənginlik...
13 İyul 2026, 11:29
Azərbaycan lideri Monteneqro Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Xoş ənənələr üzərində qurulan Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər istiqamətlər üzrə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monteneqro arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da...
13 İyul 2026, 11:19
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.APA xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
13 İyul 2026, 11:04
Tural İrfan: Bakıda böyük məscidlərə ehtiyac var
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan məscidlərdə yer çatışmazlığı və bunun nəticəsində insanların yol kənarında namaz qılması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, İslam fiqhində namaz qılınması məkruh hesab edilən yerlərdən biri də yolun özü və yol kənarıdır. Bunun əsas səbəbi həm ibadət edən şəxsin təhlükəsizliyi, həm də yoldan istifadə edən insanların hərəkətinə maneə yaradılmasıdır.Tural İrfanın sözlərinə görə, xüsusilə cümə namazları zamanı bəzi məscidlərdə yer çatışmazlığı səbəbindən insanlar məcbur qalaraq yolun ortasında və ya yol kənarında namaz qılırlar. Bu isə həm nəqliyyatın hərəkətinə mane olur, həm də əhali arasında narazılıq yaradır.Dinşünas...
13 İyul 2026, 10:52