Qaynananın adına keçirilən ev boşanmada kürəkənlə bölünürmü?
Hüquq 13 İyul 2026, 11:00
337
Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?
Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.
Mütəxəssislər qeyd edirlər ki, bağışlanmış əmlak ümumi qayda olaraq ər-arvadın birgə mülkiyyəti hesab edilmir və boşanma zamanı bölünmür. Yəni valideyn öz adına olan mənzili övladına və ya başqa şəxsə bağışlamayıbsa, həmin əmlak ailə üzvləri arasında bölünən əmlak hesab edilə bilməz.
Bununla yanaşı, hüquqşünaslar xatırladırlar ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqeyi də mövcuddur. Həmin mövqeyə əsasən, əgər əmlak konkret olaraq ailəyə, yəni ər-arvada birlikdə hədiyyə olunubsa, müəyyən hallarda həmin əmlak birgə mülkiyyət kimi qiymətləndirilə və məhkəmə tərəfindən ayrıca araşdırıla bilər.
Lakin mənzil valideynin adına rəsmiləşdirilibsə və hüquqi sənədlərdə mülkiyyətçi kimi yalnız valideyn göstərilibsə, bu halda kürəkənin və ya gəlinin həmin əmlak üzərində pay hüququ yaranmır.
Həmçinin oxuyun
Mütəxəssislər bildirirlər ki, belə hallarda boşanma zamanı həmin mənzil ümumiyyətlə ər-arvad arasında bölünəcək əmlak siyahısına daxil edilmir. Çünki əmlakın rəsmi sahibi üçüncü şəxs – valideyndir və onun mülkiyyət hüququ qanunla qorunur.
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, gələcəkdə mübahisələrin qarşısını almaq üçün əmlakın alınması, bağışlanması və rəsmiləşdirilməsi zamanı bütün hüquqi prosedurlara düzgün əməl etsinlər və zərurət yarandıqda hüquqi məsləhət alsınlar. Bu, həm ailədaxili, həm də məhkəmə mübahisələrinin qarşısını almaqda mühüm rol oynayır.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Boşananlar Böyük Qayıdışda ayrıca ev ala bilər? Vəkil AÇIQLADI
Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.Mütəxəssislər qeyd edirlər ki,...
13 İyul 2026, 09:43
Zamin yalnız əsas borca görə cavabdehdir?
Bank krediti və ya digər borc öhdəlikləri zamanı bir çox insanlar yaxınlarına kömək etmək məqsədilə zamin olurlar. Lakin sonradan yaranan problemlər zamanı ən çox verilən suallardan biri də budur: "Mən zamin durmuşamsa, yalnız əsas borca görə məsuliyyət daşıyıram, yoxsa başqa öhdəliklər də mənə aid olur?"Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və zaminin məsuliyyəti yalnız əsas borcla məhdudlaşmır.Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, zamin yalnız əsas borcun deyil, həm də borcla bağlı...
13 İyul 2026, 08:50
"Qara siyahı"dan çıxmaq mümkündür? – Vəkillərdən vacib açıqlama
Bank krediti üzrə gecikməsi olmuş, lakin sonradan borcunu tam şəkildə ödəyən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri "qara siyahı" adlandırılan siyahıdan necə çıxmaqla bağlıdır. Bir çox vətəndaş hesab edir ki, kredit tam bağlandıqdan sonra adı avtomatik olaraq həmin siyahıdan silinir. Halbuki bu proses müəyyən qaydalar çərçivəsində həyata keçirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar kredit öhdəlikləri ilə bağlı məlumatları mütəmadi olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürürlər. Kredit üzrə hər hansı gecikmə yarandıqda bu məlumat reyestrdə əks olunur və digər banklar da kredit müraciəti zamanı həmin məlumat bazasına çıxış əldə edə bilirlər.Bu səbəbdən bir bank qarşısında yaranmış gecikmə...
10 İyul 2026, 10:48
Nənənin borcuna görə bağışlanan evi ala bilərlər?
Vətəndaşların ən çox ünvanladıqları hüquqi suallardan biri də yaxın qohum tərəfindən bağışlanan əmlakın sonradan borclara görə əlindən alınıb-alınmayacağı ilə bağlıdır. Xüsusilə nənə, baba və ya valideyn tərəfindən bağışlanmış evlər barədə bu cür narahatlıqlar tez-tez yaranır.Citypost.az xəbər verir ki, belə hallarda ilk növbədə əmlakın hansı hüquqi əsasla digər şəxsə keçməsi və borcun hansı mərhələdə yaranması araşdırılmalıdır.Vəkilərin sözlərinə görə, əgər nənə sağlığında evi notariat qaydasında bağışlama müqaviləsi ilə nəvəsinin adına keçiribsə və həmin vaxt əmlak üzərində məhkəmə qadağası, həbs və ya digər məhdudiyyət olmayıbsa, ümumi qayda olaraq sonradan həmin əmlaka görə nəvənin məsuliyyəti yaranmır."Bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıbsa və mülkiyyət...
10 İyul 2026, 09:40
Velosiped icarəyə götürərkən şəxsiyyət vəsiqənizi girov tələb edə bilərlərmi?
Vətəndaşlar arasında tez-tez rast gəlinən suallardan biri də budur: "Velosiped və ya digər əşyanı icarəyə götürərkən məndən şəxsiyyət vəsiqəmi girov kimi saxlamağı tələb etdilər. Bu, qanunidirmi?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, cavab qəti şəkildə xeyrdir. Azərbaycan qanunvericiliyi şəxsiyyət vəsiqəsinin girov götürülməsinə və ya hər hansı əsas olmadan saxlanılmasına yol vermir.Şəxsiyyət vəsiqəsi vətəndaşın əsas şəxsiyyətini təsdiq edən rəsmi dövlət sənədidir və həmin sənəd yalnız qanunla müəyyən edilmiş hallarda aidiyyəti dövlət orqanları tərəfindən götürülə bilər. Heç bir fiziki şəxs, mağaza, velosiped icarəsi xidməti, otel, lombard və ya digər sahibkarlıq subyekti vətəndaşın şəxsiyyət vəsiqəsini girov kimi tələb etmək hüququna malik deyil.Azərbaycan Respublikasının...
09 İyul 2026, 11:00
Valideynə baxmayan övladı qanun cərimələyə bilər ?
Bəzən belə hallarla rastlaşırıq: yaşlı və əmək qabiliyyətini itirmiş valideyn övladının köməyinə ehtiyac duyur, lakin övlad ona nə maddi dəstək göstərir, nə də qayğı ilə maraqlanır. Halbuki bu, təkcə mənəvi məsuliyyət deyil, həm də qanunla müəyyən edilmiş hüquqi öhdəlikdir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara qulluq göstərməkdən qəsdən boyun qaçırması inzibati məsuliyyət yaradır.Qanunvericiliyə görə, belə hallarda həmin şəxsə xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunur.Bununla yanaşı, valideynin aliment almaq hüququ da mövcuddur. Əgər əmək qabiliyyəti olmayan və maddi yardıma...
09 İyul 2026, 09:55