İki dost haqda bir yazı
Cəmiyyət 19 İyul 2026, 13:36
859
İyulun 19-u ədəbiyyatşünas alim Arif Əmrahoğlunun anım günüdür.
Yazıçı Ədəbiyyat Portalı Əlabbasın "İki dost haqda bir yazı" yazısını təqdim edir.
Hər şey Günelin toyu günü oldu...
O, Arifin böyük qızıdı. Arif, yəni Arif Əmrahoğ-lu... Yeri gəlmişkən deyim ki, Günel Fransada magistr təhsili alib, hazırda öz ixtisası üzrə çalışır. Onunla bağlı bir xatirəm də var. Olar səkkiz-on ilin söhbəti: evlərinə zəng vurmuşam, soruşuram, ata evdədi, nənə?... Arif sonra gülürdü, deyir, Günel inciyib ki, qocalmışam, Əlabbas əmi mənə nənə deyir?... Burdan o sarışın gözələ, özümün və atasının digər tələbə dostları adından bəxtəvər bir ailə həyatı arzulayıb, söhbətimin “hər şey” dediyim o məqamına qayıdıram.
...Araz biləndə ki, (bu ad şərtidi, o barədə sonda) oktyabrın ikinci şənbəsində Arifin qızının toyudu, ani götür-qoydan sonra telefonunun yaddaş səhifəsinə əlüstü nəsə qeyd etməyinə baxmayaraq, hökmən yadıma salarsan, dedi, bəlkə, mən də iştirak elədim.
“Hökmən” və “bəlkə”... Yan-yana işlənən bu söz-lərin birində qətilik, digərində güman olsa da, artıq bilirdim ki, toya tək getməyəcəm. O da bu cür dostdu, ağzından çıxan sözə yiyəlik eləməyi xoşlayır, xüsusən də belə həssas məqamlarda...
Ayın 10-da, ziyafətinin başlanmasına təxminən bir saat qalanda özü zəng elədi. Bəs hardasan, gəlmirsən gedək, soruşmasaydı, doğrusu, verdiyi vəd yadıma düşən də deyildi. Son söhbətimizin üstündən bir həftə vaxt ötmüşdü, həm ona, həm də digər səbəblərə görə bir az çaşan kimi də oldum. İndi bu şəhərdə onsuz da çoxları başını itirmiş vəziyyətdə yaşayır... Daha öz-özünə danışan adam görəndə mən də gülmürəm, əksinə mənə gülənləri görmüşəm. Gün-güzəran çətinliklərinin adamı təntitdiyi, dərd-sərin başdan aşdığı bir vaxtda, guya, hər deyilən söz yadda qalır?
Qərəz... O dostları ki, toyda görəcəyimi güman eləyirdim, əslində qırx ildi onları dişimə vura-vura gəlirəm. Arif haqqın dərgahına qovuşanda bir daha gördüm onları və bu mənə əməllicə dərs oldu. Bildim ki, bu dünyada kimsə öz dostundan ötrü can fəda eləyən deyil. Əməlləri ilə yaşamaq, xatirələrdə qalmaq da şair-mair xülyası imiş. İnsanları tanımaq üçün bu müddət də bəs eləmirsə, günah nə zəmanədə, nə də onda-bundadı, qüsuru özündə ara, vəssalam. Məndən ötrü o günün bir ibrəti də bu idi, amma sözümün canı bunda deyil...
Ariflə Arazı dörd-beş il əvvəl mən tanış eləmişəm. Vur-tut bircə dəfə bir qismət çörək kəsib, iki-üç saat-dan sonra ayrılmışıq və Araza dəfən-dəfən mən deyən sözü o üçnəfərlik məclisdə, söhbətimizin lap o şirin yerində Arif də deyib. İllah da o biləndə ki, “Səfillər”i oxuyandan sonra Araz Viktor Hüqonun qəbrini və ev muzeyini ziyarət etmək üçün iş-gücünü buraxaraq durub burdan Fransaya gedib və orda öz dəst-xəttilə xatirə dəftərinə heyranlıqla “Ey ustad! Bütün zamanların ən böyük yazıçısı kimi qarşında baş əyirəm. Hörmətlə: Bir Azərbaycanlı” sözlərini yazıb, heyrətini heç cür gizlədə bilmədi: “Sən iqtisadçı yox, ədəbiyyatşünas olmalıydın” Hiss elədiyim qədər, Arifi xüsusilə də “Bir Azərbaycanlı” kəlməsinin məhz bu anda yaratdığı həsədaparası ovqat daha çox ovsunlamışdı. Hərçənd burda Arazın antik dünyanın böyük mədəniyyət abidələrindən sayılan Avropanın tən ortasındakı Kolizey, Londondakı Albert və Viktoriya, Stokholmdakı Şimal ölkələrinin mədəniyyət və incəsənət, Parisdəki Luvr və Ordu, Barselona yaxınlığındakı Salvador Dali, Romadakı Vittoriano və digər adlı-sanlı muzeylərlə bağlı bir-birindən maraqlı təəssüratlarının da rolu olmamış deyildi. O gün o görüşümüzdə Arazın elmi və bədii təfəkkürü, Qərb dünyasına yanaşma tərzi, fikir paylaşması, xoş səfər anıları, xüsusilə də klassik və çağdaş ədəbiyyat nümunələrinə peşəkar yanaşma və səriştəli təhlil qabiliyyəti sonda Arifin tənqid oxlarını ərkyana halda mənə tuşlamağı ilə nəticələndi: “Bu sənin yox, Baqirovun günahıdı. Bu tanışlıq çoxdan olmalıydı. Sənədlərini hazırla, Birliyə üzv eləyək səni. Anar müəllimlə də danışaram” Ayrılanda onu da deməyi unutmadı ki, ona akademiyadan mövzu verdirə bilər və mütləq verdirəcək, cavan adamdı, perspektivi hələ irəlidədi, potensialını xeyirli bir işə həsr eləsə, çox yaxşı olar.
Bu tanışlığa görə sonra onların hər biri mənə ayrı-lıqda təşəkkürünü bildirsə də, təəssüf ki, daha birgə görüşümüz baş tutmadı. Bu, əvvəlinci və axırıncı oldu. Sözümün canı heç bunda da deyil...
Dostların Arifsiz bir araya gəlib onun və balasının şəninə tərif yağdırdığı o yağışlı şənbə gecəsi kimsə bir qocafəndi “İnnabı” ilə bəylə gəlini rəqsə dəvət edəndə hələ də götür-qoyda idim ki, başqa bir toya dəvətli olduğu halda, axı Arazı nə çəkib gətirə bilər bura? Üstəlik də dəvətnaməsiz... Bir quru “salam-əleykə” görə bu canatım nə üçündü axı? Qırx il onunla eyni yolu gələnləri görmürəm burda, bəs sənə nə düşüb, qardaş? Necə deyərlər, qaşıq o qədər isti oldu ki, xörəkdən də isti oldu? Yalnız sona yaxın dəhlizdəki hədiyyə qutusuna yaxınlaşıb Arazın zərfin məbləğ qrafasına yazdığı 500 rəqəmini və bənövşəyi şax əsginasları görəndə ayılan kimi oldum. Üz-gözünün şəfqəti ilə dediyini o, diliylə də irdələdi:
-Həə, indi gedə bilərik, az-maz rahatlandım.
Dərhal da ürəyimdən keçdi ki, niyə axı dostlar barədə bircə anda bəd gümana düşürəm? Bəyəm kimsə günahkardı ki, mən səbirsizəm. Üzüqara olsun zamanı, onun da öz diktələri var axı.
Söhbətimin bu yerində gərək üç-dörd il əvvələ qa-yıdam.
O vaxt Arazın qohumu imtahandan kəsilmişdi. Kimə ağız açırdısa, hamı nəm-nüm eləyir, yaxasını kənara çəkirdi. “Mənlik deyil, testlə olan bir şeydi”, “Son göndərişlərə rektor özü baxır”, “Oxusun gəlsin, görək neynirik” deyənlərin sayı-hesabı itəndə ağzından “Haqqı filan qədərdi” avazı gələn bir nəfər cüvəllağı da peyda oldu, amma axırda o da sözündən qaçdı və nə desə yaxşıdı: “A qıvlasız, filankəs adamdımı, söz deyəsən? Nə özü dolanır, nə də qoyur biz dolanaq”
-Nə məsləhət görürsən, bəlkə, Arifə deyək, - ümidi hər yerdən üzüləndə Araz mənim də fikrimi bilmək istədi, - sabah axırıncı gündü.
Araz o dostlarımdandı ki, indiyəcən bir sözümü iki eləməyib. Nə demişəm, “baş üstə”. Mən nə deyib, boyun qaçıraydım? Yeganə bəhanəmin özü belə bu dəqiqə əleyhimə işləyirdi: əgər desəydim ki, bu günəcən Arifə bir dəfə də ağız açmamışam, kim olsaydı, qalmışdı Araz kimi ayıq, fəhmi iti adam ola, düşünə bilərdi ki, açmamısan, lap yaxşı, bir dəfə söz deməklə dünya qara geyməz ki.
Belə... Arazın nəzərdə tutduğu şirinlik barədə Arifə bəribaşdan heç nə demədim. Hələ tələbəlik illərindən öz əlimlə inşa etdiyim “Dost” adlı nəhəng gəminin avar çəkən say-seçmə kişiləri arasında dörd nəfər var ki, professor Əsgər Rəsulov, Arif Əmrahoğlu, Sabir Bəşirov və Vaqif Əjdəroğlu, onlara yarpaq budağına, uşaq atasına güvənən kimi arxayın olmuşam. O vaxt da, sonralar da. Amma aradan bir igidin ömrücən keçən vaxt ərzində hansı haqla əmin ola bilərsən ki, illah da çörəklə sınağa çəkildiyimiz bu namərd zamanada, hər şey elə əvvəlki təmizlik və saflığında qalıb? Əlində indicə qoyduğun şeyi beş dəqiqədən sonra tapa bilmirsənsə, hansı əminlik və arxayınçılıqdan söhbət gedə bilər? Kəsəsi, nə qədər Arifin bu işi düzəldə bilməyəcəyindən qorxurdumsa – elə şey olardı, onun tərifini Arazın yanında dünya ilə bir eləmişdim – bir o qədər də düzəldəcəyindən, amma təmənna ilə düzəldəcəyindən qorxurdum. Hər şey bircə anda heç-puç olar, onsuz da az sayda qalan daha bir inanılmış dostdan olardım. Gizlətməyin nə mənası, o söhbətə görə, bəlkə, elə özüm də Arifin gözündən düşərdim. Hardan biləydim ki, ara-sıra o da mənim barəmdə bu cür düşüncələrə dalmır?
Sözügedən tələbəni Arif həmən tanıdı. Dedi, mən bilən, kimsəsi yoxdu onun və onda hiss elədim ki, Arif iki il əvvəl dərs dediyi o insana kömək edəsi olsa, bunu nə mənə, nə Araza xatir yox, o tavanasız qızın özünə görə eləmiş olacaq.
Ertəsi gün yalniz qohumlarının ümidinə qalan o qaçqın balası sevincə qərq olub, tələbə rəfiqələrini göz yaşı içində muştuluqlayanda Araz köz kimi 500 manatı bircə-bircə ovcuma sanadı.
-Apar kişinin amanatını çatdır, - dedi, - hesaba dağlar da baş əyər.
Həmçinin oxuyun
Saqqalının altdan keçməyə gəldiyimi biləndə Arif qədd-qamətinə yaraşan müdrik bir əda ilə, heç səndən gözləməzdim, dedi, hər şey yəni bu qədər cılızlaşıb? Bu qədər etibarsız olmuşuq? Hörmət-izzət elə bu qədər qalıb?
Əlim ətəyimdən uzun geri qayıdanda bu dəfə də Araz tənbehə başladı, bir işi də həll eləyə bilmirsən, dedi.
-Əsas işi ki həll eləmişəm.
Təslim olmağına təslim oldu, amma o da pula yiyə durmadı:
-O məndən çıxıb, sən bilərsən, Arif bilər. Dost sizsiniz, necə istəyirsiniz, özünüz də həll eləyin.
Budəfəki gəlişimdə Arif məni aldı, nə aldı:
-Bura bax, Baqirov, “Gecəyarı hadisə”ni yazan Əlabbas sənsən? Heç oxşamırsan ha ona. Halallıqdan o cür yazı hara, bu təkid hara?-o soruşur, amma heç özü də bilmirdi ki, hər sualı onu gözümdə necə ucalara qaldırır, necə dağlara döndərir.
Söhbətimizin sonunda Araza ismarış göndərməyi də unutmadı, hərçənd mən bunu çəkdiyi əziyyətlərə görə verdiyi halallıq kimi başa düşdüm:
-Əvvəla, denən, çörək kəsmişik. İkinci də nə bö-yük iş olub axı, bir qız balamızın xahişini eləmişik. Allah bəxtin-qismətin versin, toyuna gələk, inşallah. Denən, işi o olsun ki, çağırmağı unutmasın.
Məni astanadan yola salıb qayıdanda isə qarşıma kimsənin ağlına gəlməyən sipər çəkməyindən hiss elədim ki, o bunu daha çox bir daha geri qayıtmamağım üçün eləyir:
-Gör qardaşın nə deyir sənə, ehtiyacın var, götür özün xərclə. Araza da deyərsən, Arifi gördüm, vəssalam.
Elə bilirsiniz, iş bununla da bitdi? Ona oxşar sözü Arazın yanına qayıdanda o da dedi mənə. Çox quru və rəsmi səslənsə də, o vaxt mən öz yazıçı şərəfimi hər şeydən üstün tutdum: biri pedaqoq, biri iqtisadçı, digəri isə yazıçı olan üç dostun içərisində o 500 manata sahib durmağa heç bir haqqı çatmayan bircə nəfər vardısa, o da mən idim... Onda da, sonda da bir ona şükür elədim ki, nə yaxşı insan olan bəndə lazım gələndə nəfsinə yiyəlik eləyə bilir... Bəlkə, o vaxt dostlar bir-birindən xəbərsiz həm də məni sınamaq istəyirmişlər? Elə-belə baxanda niyə də yox?...
-Bunu yazmaq lazımdı, - səs-küylü ziyafət zalın-dan çıxıb məndən irəlidə şəstlə gedən və öz ibrətamiz hərəkətilə həmişə olduğundan bir az da uca və şıq görünən Araza eşitdirdim. Ayaq saxladı, geri qanrıldı, gülər üzlə:
-Gör məni dilə-dişə sala bilərsənmi?-dedi.
-Onda adını dəyişib yazaram. Mənə bu söhbətin mahiyyəti lazımdı.
-Ehtiyac yoxdu axı. Nə eləmişəm, burda nə var ki?
Arifin həyatda olmadığı günlərdə bunun tək mən-dən yox, həm də başqalarından ötrü xüsusi bir anlamı olduğunu ona xatırlatmaqla Arazdan tez-tez eşitdiyim onlarla ibrətamiz hadisədən birini bu yazını oxuyanların diqqətinə bu dəfə də mən çatdırıram: “Dəvəçi səhrada ac-susuz zarıyan bir nəfərə rast gəlib ayaq saxlayır. Baxır ki, bədbəxtin axır nəfəsidi. Düşüb əli ilə ona yemək-içmək verir. Bir azdan gözünə işıq gələn zarıncı qalxıb oturur. Yolçunu şirin dilə basır, sağ qaldığına görə bilmir ona nə desin. Başının qatışdığını görən kimisə su qabı və heybəni götürüb dəvəyə minərək aradan çıxır. Bunu görən dəvəçi arxadan onu səsləyib deyir:
-Ay oğul, ay bala, nə aparırsan, apar, halalın olsun. Amma olmaya-olmaya bu əhvalatı bir yerdə danışasan. Adamların inamı sarsılar, bir-birinə çöp qədər etibarı qal-maz. İnsan olduğumuzu da unudarıq”
Arazın elə bir iş-gücü yoxdu, xudmani biznesi var, Allahına şükür eləyib, başını onunla və dünya ədəbiyyatını oxumaqla qatır. Tərbiyəvi əhəmiyyətli hadisələri danışmağı da ona görə xoşlayır ki, deyir, bu qism şeyləri nə qədər çox danışsan, fəziləti bir o qədər artıq olar...
Bu yazı da elə o niyyətlə qələmə alınıb. Sadəcə Arazdan xəbərsiz.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə FHN-dən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Bundan başqa, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki,...
19 İyul 2026, 13:33
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Havanın temperaturu gecə 22-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-26°...
19 İyul 2026, 13:21
Azərbaycan qadınının idealı: Mehriban Əliyeva ənənə ilə müasirlik arasında
Mehriban xanımın harmonik obrazı həm müdrikliyi, həm gözəlliyi, həm yüksək insani keyfiyyətləri, həm də real fəaliyyəti özündə əks etdirir. Bu nadir şəxsiyyətin simasında milli ənənələr müasir dövrün tələbləri ilə ahəngdar şəkildə vəhdət təşkil edir. Burada müdriklik abstrakt anlayış deyil, düşünülmüş və balanslı qərarlar qəbul etmək bacarığıdır; gözəllik yalnız zahiri deyil, həm də əməllərdə təzahür edən daxili zənginlikdir; real fəaliyyət isə ictimai etimadın və rəğbətin əsas meyarına çevrilir. Mehriban xanımın obrazı milli və mədəni kimliyin ayrılmaz hissəsi kimi qəbul olunur. Xüsusilə gənclər üçün bu cür örnəklər mühüm əhəmiyyət daşıyır, çünki onlar şəxsi məqsədləri cəmiyyətin maraqları ilə uzlaşdırmağa kömək edir.Müasir siyasətçidə bu...
18 İyul 2026, 13:43
Finlandiyada “Arşın mal alan” operettası uşaqların ifasında nümayiş etdirilib
Azərbaycanın 4–12 yaşlı uşaqlardan ibarət “Nağılçı” Yaradıcılıq Atelyesi Finlandiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşanı uğurla təqdim edib.AZƏRTAC xəbər verir ki, mədəni səfər və tamaşalar “Nağılçı” Yaradıcılıq Atelyesi ilə Finlandiyadakı Azərbaycan Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.İlk tamaşa Espoo şəhərində yerləşən Lippulaiva kitabxanasının tədbir zalında nümayiş olunub. Tədbirdə 100-dən çox tamaşaçı iştirak edib. Balaca aktyorlar tamaşanı Azərbaycan və ingilis dillərində təqdim edərək Finlandiya ictimaiyyətinin böyük marağına səbəb olub və alqışlarla qarşılanıblar.İkinci tamaşa isə Finlandiyadakı Azərbaycan Evində nümayiş etdirilib. Tədbirin sonunda iştirak edən uşaqlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Qonaqlar balaca aktyorların səhnə mədəniyyətini,...
18 İyul 2026, 11:00
Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.Citypost.az xəbər verir ki, Dövlət Xidməti Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nüfuzlu “Global Business Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Smart irs sistemləri: Rəqəmsallaşdırma və məlumatlara əsaslanan mühafizədə mükəmməlik – Azərbaycan 2026” (Smart Heritage Systems: Excellence in Digitalization and Data-Driven Preservation Azerbaijan 2026) beynəlxalq mükafatına layiq görülüb.Mükafat Dövlət Xidməti tərəfindən mədəni irsin qorunması, bərpası, konservasiyası və idarə olunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi, məlumatlara əsaslanan idarəetmə mexanizmlərinin formalaşdırılması, tarixi abidələrin rəqəmsallaşdırılması, vahid məlumat bazalarının yaradılması və innovativ həllərin uğurla...
18 İyul 2026, 10:40
Ucarda yeni "Sağlam məhəllə" istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə istifadəyə verilib.Citypost.az xəbər verir ki, "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb. Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 “Sağlam məhəllə” layihəsi icra olunub.Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan...
18 İyul 2026, 10:20