Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22 İyul 2026, 17:00
342
Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib.
Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Soltanov Elgün Sədyar oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Həmçinin oxuyun
Belə ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Elgün Soltanovun külli miqdarda dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Elgün Soltanov Özbəkistan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gənc jurnalist VƏFAT ETDİ
Gənc yazar, jurnalist Rüfət Əhmədzadə vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Onun intihar etdiyi bildirilir.Qeyd edək ki, Rüfət Əhmədzadə müstəqil jurnalist kimi fəaliyyət göstərirdi.
22 İyul 2026, 17:35
Spiker beynəlxalq konfransa onlayn qoşuldu
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən "Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu" mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, tədbirə onlayn formatda qatılan Sahibə Qafarova qeyd edib ki, müasir dünyada dövlətlər bir-biri ilə sıx şəkildə əlaqəlidir və heç bir dövlət qlobal çağırışları təkbaşına həll etməyə qadir deyil. Onun sözlərinə görə, sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişaf, iqlim fəaliyyəti, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrdə irəliləyiş yalnız birgə səylər nəticəsində...
22 İyul 2026, 17:34
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyulun 23-26-də Bakıda keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə avtobuslar ayırıb.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Bildirilib ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze"ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək:"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur"....
22 İyul 2026, 17:24
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib
Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.Bu barədə Citypost.az-a MEDİA-dan məlumat verilib.Ulu Öndərin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.Eyni zamanda, Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin əziz xatirəsi yad edilib....
22 İyul 2026, 16:15
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.Citypost.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.Faktla bağlı araşdırma aparılır.
22 İyul 2026, 16:09
Biznes hesablarına kiberhücum edən şəxs saxlanılıb
Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Kəlbəcər və Gəncədə olub.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, qonaqlar Kəlbəcər şəhərində və İstisu ərazisində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olublar.Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev tərəfindən rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər, eləcə də qarşıdakı inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verilib.Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına uyğun olaraq Qarabağ...
22 İyul 2026, 15:58