Bizə yazın

Baku

-°C

USD

-

Qeydiyyatda olan qohum evin satışına mane ola bilərmi?

Hüquq 22 İyul 2026, 11:20

315

Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr Azərbaycanda ən çox rast gəlinən hüquqi problemlərdən biridir. Xüsusilə ev sahibinin mənzili satmaq istəməsi, lakin həmin ünvanda qeydiyyatda olan qohumların buna etiraz etməsi tez-tez mübahisələrə səbəb olur. Mütəxəssislər bildirirlər ki, belə hallarda əsas məsələ mülkiyyət hüququ ilə yaşayış yeri üzrə qeydiyyat anlayışlarının bir-birindən düzgün fərqləndirilməsidir.

Citypost.az xəbər verir ki, vətəndaşlardan biri müraciətində bildirib ki, mənzil tamamilə onun mülkiyyətindədir və çıxarış da onun adınadır. Lakin qaynanası və ailə quran baldızı həmin evdə qeydiyyatda olduqları üçün mənzilin satılmasına mane olurlar. Müraciət müəllifini maraqlandıran əsas sual isə budur: ev sahibi mənzili satmaq üçün onların razılığını almalıdırmı?

Hüquq sahəsində çalışan mütəxəssislər bildirirlər ki, əgər daşınmaz əmlakın yeganə qanuni sahibi bir şəxsdirsə, həmin əmlak üzərində sərəncam vermək hüququ da yalnız ona məxsusdur. Qeydiyyatda olmaq isə şəxsi avtomatik olaraq evin ortaq sahibi etmir və ona mülkiyyət hüququ qazandırmır.Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, mənzildə qeydiyyatda olan şəxslərin mövcudluğu alqı-satqı prosesində müəyyən hüquqi və praktiki çətinliklər yarada bilər. Buna görə də əmlakın satılmasından əvvəl həmin şəxslərin qeydiyyatdan çıxarılması məqsədəuyğun hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, əgər qeydiyyatda olan şəxs faktiki olaraq həmin ünvanda yaşamırsa, başqa ailə qurub və daimi yaşayış yeri dəyişibsə, bu hal onun qeydiyyatdan çıxarılması üçün hüquqi əsas hesab edilə bilər. Belə vəziyyətlərdə mülkiyyətçi əvvəlcə könüllü şəkildə qeydiyyatdan çıxarılmasını təklif edə, razılıq əldə olunmadıqda isə məhkəməyə müraciət edə bilər.

Ekspertlər bildirirlər ki, məhkəmə işə baxarkən şəxsin həqiqətən həmin ünvanda yaşayıb-yaşamadığını, başqa yaşayış yerinin olub-olmadığını və digər sübutları araşdırır. Faktiki yaşayışın olmadığı müəyyən edilərsə, məhkəmə həmin şəxsin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edə bilər.

Hüquqşünaslar xüsusilə vurğulayırlar ki, qeydiyyat hüququ ilə mülkiyyət hüququ tamamilə fərqli hüquqi anlayışlardır. Mənzildə qeydiyyatda olmaq evə sahib olmaq demək deyil. Əgər şəxsin mənzildə payı və ya mülkiyyət hüququ yoxdursa, o, yalnız qeydiyyatda olduğu üçün evin satılmasına hüquqi baxımdan mane ola bilməz.

Mütəxəssislərin fikrincə, qeydiyyat məsələsi qanuni qaydada həll edildikdən sonra mülkiyyətçi öz əmlakı ilə bağlı istənilən qərarı sərbəst qəbul edə bilər. O, mənzili sata, bağışlaya, hədiyyə edə və ya başqa şəxsə özgəninkiləşdirə bilər. Bunun üçün qeydiyyatda olmuş qohumların razılığı tələb olunmur.

Ekspertlər vətəndaşlara tövsiyə edirlər ki, bu cür hallarda şifahi mübahisələrə və ailədaxili gərginliyə üstünlük vermək əvəzinə, hüquqi prosedurlardan istifadə etsinlər. Əmlakla bağlı yaranan mübahisələrin qanun çərçivəsində həll edilməsi həm tərəflərin hüquqlarının qorunmasına, həm də gələcəkdə yarana biləcək əlavə problemlərin qarşısının alınmasına xidmət edir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maklerə verilən beh geri qaytarılmırsa, vətəndaş nə etməlidir?  

Daşınmaz əmlak bazarında vətəndaşların ən çox üzləşdiyi problemlərdən biri maklerə və ya vasitəçiyə verilən beh məbləğinin sonradan geri qaytarılmamasıdır. Xüsusilə mənzil alqı-satqısı baş tutmadıqda, bir çox insanlar ödədikləri vəsaiti necə geri ala biləcəklərini bilmirlər. Hüquq mütəxəssislərinin fikrincə, bu kimi hallarda ilk növbədə behin kimə və hansı əsasla verildiyi araşdırılmalıdır.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, beh öhdəliyin təminat vasitələrindən biri hesab olunur. Beh müqavilə tərəflərinin üzərinə götürdükləri öhdəliklərin icrasını təmin etmək məqsədi daşıyır. Qanunvericiliyə görə, əgər satıcı müqavilənin icrasından imtina edərsə, aldığı behi ikiqat məbləğdə geri qaytarmalıdır. Əgər alıcı alqı-satqıdan imtina edərsə, verdiyi behi geri tələb edə bilmir.Lakin bu...

22 İyul 2026, 09:04

Sərxoş sürücünün törətdiyi ölümlə nəticələnən qəza: Qanun hansı cəzanı nəzərdə tutur?  

Yol-nəqliyyat hadisələri ilə bağlı ən ağır hüquqi məsuliyyətlərdən biri sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücülərin törətdiyi qəzalara görə tətbiq olunur. Xüsusilə belə hadisə nəticəsində insan ölümü baş verdikdə qanunvericilikdə nəzərdə tutulan cəzalar daha da sərtləşir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, əgər sürücü alkoqollu içkinin, narkotik vasitələrin, psixotrop maddələrin və ya digər sərxoşedici vasitələrin təsiri altında avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub və ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olubsa, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə qiymətləndirilir.Qanunvericiliyə əsasən, belə şəxs 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bundan əlavə, məhkəmənin hökmü ilə onun 5 il...

21 İyul 2026, 10:58

Valideynə baxmayan övladı hansı məsuliyyət gözləyir?

Cəmiyyətdə tez-tez rast gəlinən problemlərdən biri də əmək qabiliyyəti olduğu halda yaşlı və əmək qabiliyyətini itirmiş valideynlərinə maddi və mənəvi dəstək göstərməyən övladlarla bağlıdır. Bir çox hallarda insanlar düşünür ki, valideynə baxmaq yalnız mənəvi borcdur. Halbuki bu məsələ qanunvericiliklə də tənzimlənir və övladların valideynlərini saxlamaq öhdəliyi hüquqi məsuliyyət daşıyır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi açıq şəkildə nəzərdə tutulub. Valideynə qəsdən baxılmaması və onun saxlanılmasından boyun qaçırılması inzibati məsuliyyət yaradır.Mütəxəssislər bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar...

21 İyul 2026, 09:56

Rəhbərlik sizi gündə 9 saat işlədə bilərmi? – Əmək qanunvericiliyi nə deyir?  

İşçilərin ən çox ünvanladıqları suallardan biri də gündəlik iş saatları ilə bağlıdır. Bəzi hallarda işçilər bildirirlər ki, rəhbərlik onları hər gün 9 saat, bəzən isə bundan da artıq işləməyə məcbur edir. Bəs bu, qanunidirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin normal iş vaxtını dəqiq şəkildə müəyyən edib və işəgötürən bu normaları özbaşına artıra bilməz.Mütəxəssislər bildirib ki, Əmək Məcəlləsinin 89 və 90-cı maddələrinə əsasən, normal iş vaxtının müddəti gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan artıq müəyyən edilə bilməz. Bu norma əmək münasibətlərində işçinin istirahət hüququnun qorunmasına xidmət edir.Hüquqşünaslar qeyd edib ki, altıgünlük iş həftəsi...

21 İyul 2026, 08:54

Gəlinə qayınatanın əmlakından pay düşürmü? – Hüquqi izah

Vətəndaşlar arasında tez-tez müzakirə olunan miras məsələlərindən biri də gəlinin qayınatasının əmlakı üzərində hüququnun olub-olmaması ilə bağlıdır. Xüsusilə kənd və rayon yerlərində həyatyanı torpaq sahələri və pay torpaqları ilə əlaqədar bu cür suallar daha çox səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, qayınatanın vəfatından sonra onun əmlakı ilk növbədə qanun üzrə birinci dərəcəli vərəsələr arasında bölüşdürülür. Bunlara mərhumun həyat yoldaşı, övladları və valideynləri daxildir. Gəlin isə qayınatanın birbaşa qanuni vərəsəsi hesab olunmur.Mütəxəssis bildirir ki, bu səbəbdən gəlin yalnız qayınatasının vəfat etməsi faktına görə onun torpaq sahəsində və ya digər əmlakında birbaşa miras hüququ qazanmır.Lakin qanunvericilikdə istisna hallar da mövcuddur. Əgər...

20 İyul 2026, 11:03

Notariusda təsdiqlənməyən vəsiyyətnamə etibarlıdırmı?

Vətəndaşların tez-tez ünvanladıqları suallardan biri də vəsiyyətnamənin hüquqi qüvvəsi ilə bağlıdır. Xüsusilə ailə üzvləri arasında belə bir sual yaranır: "Atam sağlığında vəsiyyətnamə yazıb, lakin sənəd notarius tərəfindən təsdiqlənməyib. Atam artıq vəfat edib. Bu sənəd etibarlı sayılırmı?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələdə əsas meyar vəsiyyətnamənin qanunvericiliyin müəyyən etdiyi qaydada tərtib olunmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vəsiyyətnamə xüsusi formalı hüquqi sənəd hesab olunur və onun hüquqi qüvvəyə malik olması üçün müəyyən edilmiş prosedurlara mütləq riayət edilməlidir.Mütəxəssislər bildirirlər ki, adi kağız üzərində yazılmış, lakin notarius tərəfindən təsdiqlənməmiş vəsiyyətnamə, bir qayda olaraq, hüquqi qüvvəyə malik hesab edilmir. Çünki qanun vəsiyyətnamənin...

20 İyul 2026, 09:58