Bizə yazın

Baku

-°C

USD

-

Hikmət Hacıyev: Mediamız milli maraqların keşiyindədir

Cəmiyyət 22 İyul 2026, 12:05

309

Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək.

Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.

H. Hacıyevin sözlərinə görə, bu gün cəmiyyət Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir:

"1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi".

Prezidentin köməkçisi əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəyə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb:

"Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".

O qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:

"Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.Citypost.az  xəbər verir ki, final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb. VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.Üç gün davam edən final mərhələsində namizədlərin idarəetmə bacarıqları müxtəlif fərdi və komanda tapşırıqları əsasında qiymətləndirilib. Müsabiqənin yarımfinal mərhələsində iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq,...

22 İyul 2026, 13:24

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb 

Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.Citypost.az xəbər verir kibu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması...

22 İyul 2026, 12:40

Azərbaycanda havanın temperaturu 39 dərəcəyə çatacaq

Azərbaycanda iyulun 23-də 39 dərəcə isti gözlənilir.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti...

22 İyul 2026, 12:37

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb 

İyulun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.DİN-in Mətbuat Xidmətindən Citypost.az verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb....

22 İyul 2026, 12:28

Tofiq Mirzəyev İsraildə dəfn olunacaq

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.Bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.O qeyd edib ki, Xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib: "Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələlərlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır".Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan...

22 İyul 2026, 12:18

Tranzit yükdə 53 kiloqram metamfetamin tapıldı

Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Citypost.az bu barədə Komitəyə istinadən xəbər verir."Şahtaxtı" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə "alkoqolsuz içkilər" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.Faktla bağlı araşdırma aparılır....

22 İyul 2026, 11:56