Bizə yazın

Baku

-°C

USD

-

Konstitusiya Məhkəməsində Baş Prokurorluğun sorğusuna baxılıb

Cəmiyyət 22 İyul 2026, 14:24

448

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə Citypost.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin olunmuş iclasında baxılacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Biznes hesablarına kiberhücum edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib.Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqlədikdən sonra Z.Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul...

22 İyul 2026, 15:37

Yeni iqlim qanunu layihəsi ictimaiyyətə təqdim edildi

"İqlim haqqında" qanun layihəsi ictimai müzakirəyə təqdim olunub.Citypost.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.Layihə ictimai müzakirənin təmin edilməsi məqsədilə Nazirliyin eco.gov.az saytında "Elanlar" bölməsinə yerləşdirilib.Vətəndaş cəmiyyəti institutları, mütəxəssis və ekspertlər, hüquqi şəxslər, ayrı-ayrı vətəndaşlar layihə ilə tanış ola, rəy, irad və təkliflərini bu elan yerləşdirildiyi tarixdən 20 sentyabr 2026-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər....

22 İyul 2026, 15:24

Tarif Şurası bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib 

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib.İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.Qərar iyulun 23-dən qüvvəyə minir....

22 İyul 2026, 15:13

Pakistandan olan bir qrup hüquqşünas Azərbaycan Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb 

Hüquq və ədliyyə məsələləri üzrə dövlət naziri Barrister Akil Malikin başçılıq etdiyi Pakistan nümayəndə heyəti Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.Pakistan nümayəndə heyətinin tərkibində hakimlər Mianqul Həsən Auranqzeb, Mirzə Vikes Rauf və Cavad Həsən də təmsil olunublar.

22 İyul 2026, 15:06

Metro gücləndirilmiş iş rejiminə keçir 

"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar "Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri bu gün "Neftçi" - "Dinamo" (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən "Xalqlar dostluğu" stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.Sabah isə "Qarabağ" - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı "Gənclik", o cümlədən "28 May" və "Nərimanov" stansiyalarında əlavə...

22 İyul 2026, 15:00

Azərbaycan və Sudan arasında yeni viza sazişi qüvvəyə minir

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.Qeyd edək ki, saziş bu ilin may ayının 19-da Bakı şəhərində imzalanıb.

22 İyul 2026, 14:33