Bizə yazın

Baku

-°C

USD

-

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı

Cəmiyyət 22 İyul 2026, 13:24

449

Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.

Citypost.az  xəbər verir ki, final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb. VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.

Üç gün davam edən final mərhələsində namizədlərin idarəetmə bacarıqları müxtəlif fərdi və komanda tapşırıqları əsasında qiymətləndirilib. Müsabiqənin yarımfinal mərhələsində iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, eləcə də etika və dürüstlük olmaqla 9 səriştə üzrə ekspertlər tərəfindən dəyərləndirilib.

Final mərhələsində isə iştirakçıların fəaliyyəti ekspertlər tərəfindən “İdarəçi rollar modeli” əsasında qiymətləndirilib. Bütün mərhələləri uğurla tamamlayan və ən yüksək nəticə göstərən 20 iştirakçı VI “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Qalib adını qazanan iştirakçıların 15 nəfərini kişilər, 5 nəfərini isə qadınlar təşkil edir.

Yaş qrupları üzrə aparılan təhlilə əsasən, ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Qaliblərdən 11 nəfəri 21-30, 9 nəfəri isə 31-40 yaş qrupuna daxildir.

İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb və qaliblərdən 9 nəfəri paytaxtı təmsil edir. Digər qaliblərdən 3 nəfəri Qazax-Tovuz, 2 nəfəri Qarabağ, hər biri 1 nəfər olmaqla Mil-Muğan, Lənkəran-Astara, Şirvan-Salyan, Şərqi Zəngəzur, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarını təmsil edir.

Bakalavriat pilləsi üzrə qaliblər əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarıdır.

Magistratura pilləsi üzrə uğur qazanan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, EU Business School Barcelona, Massachusetts Institute of Technology və Stockholm Universitetinin məzunları üstünlük təşkil edir.

Doktorantura və aspirantura səviyyəsi üzrə təhsil alan bir qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Bakalavriat səviyyəsi üzrə nəticələrə əsasən, qaliblərin hər biri ali təhsilini Azərbaycanda alıb. Belə ki, 20 qalibin hamısı bakalavriat təhsilini ölkə daxilində başa vurub.

Magistratura səviyyəsi üzrə göstəricilər də diqqət çəkir. Ümumilikdə 16 qalib magistratura təhsili alıb. Onlardan 10 nəfəri magistratura təhsilini Azərbaycanda, 5 nəfəri xarici ölkələrdə, 1 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib.

Doktorantura və aspirantura səviyyəsində təhsil alan 1 qalib təhsilini Azərbaycanda alıb.

Qaliblərin fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, iştirakçıların 50,00 faizi dövlət sektorunu, 45,45 faizi özəl sektoru, 4,55 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir.

Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün xüsusi təlim proqramı təşkil olunub. Yarımfinal mərhələsinə 103, final mərhələsinə isə 58 ekspert cəlb edilib.

Təlimlər zamanı ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış, simulyasiya olunmuş situasiyalar üzərində iştirakçıların bacarıqlarının qiymətləndirilməsi prosesinə hazırlanıblar. Onlara qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, müşahidə prinsipləri və ekspertlərin funksiyaları barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, müsabiqədə qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı” - “Assessment Conference” metodu ilə həyata keçirilir.

Bu metod hər bir iştirakçının fəaliyyətinə çoxşaxəli yanaşmanı təmin edir, müxtəlif ekspertlərin müşahidə və qiymətləndirmələrinin ümumiləşdirilməsinə, yekun qərarların kollegial əsasda qəbul olunmasına imkan yaradır. “Assessment Conference” hazırda dünyada ən etibarlı qiymətləndirmə metodlarından biri hesab olunur.

VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin adlarını təqdim edirik:

Xasayev Faiq Əmir oğlu

Əliyev Hikmət Fazil oğlu

Lətifli Röyal Şahid oğlu

Mirzəyev Əlizamin Mehman oğlu

Məcidli Famil Sərdar oğlu

Mansurova Sevda Faiq qızı

Şahbazov Şirin Məhəmməd oğlu

Klıçev Klıç Ağarəhim oğlu

İbrahimov Elbrus Mirnəsib oğlu

Fərzəliyev Əlizadə Ərəstun oğlu

Bayramova Nəzakət Vüqar qızı

Məlikov Seyid Avtandil oğlu

Əlizamanlı Anar Mehman oğlu

Məmmədrzayev Elmar Ehtibar oğlu

Əliyev Elnur Ceyhun oğlu

Nadirov Fərid İlham oğlu

Abbasova Fidan Sahib qızı

Cəlilova Ləman Natiq qızı

Rzazadə Mətanət Şəhriyar qızı

Babayev Rüfət Müzəffər oğlu

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib 

Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla R.Arifoğlu bu mükafata media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.Qeyd edək ki, sabah "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun 60 yaşı tamam olur.

22 İyul 2026, 14:25

Konstitusiya Məhkəməsində Baş Prokurorluğun sorğusuna baxılıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.Bu barədə Citypost.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.Bildirilib ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin olunmuş iclasında baxılacaq.

22 İyul 2026, 14:24

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub 

Azərbaycan və Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.Bu barədə Citypost.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub. Sonra Azərbaycan Ordusunun hərbi təhsil sistemi və tədris prosesi barədə geniş məlumat verilib.Görüşdə həmçinin tərəflər hər iki ölkənin hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qabaqcıl təcrübələrdən danışıb, eləcə də qarşılıqlı maraq doğuran digər...

22 İyul 2026, 14:19

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb 

Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.Citypost.az xəbər verir kibu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması...

22 İyul 2026, 12:40

Azərbaycanda havanın temperaturu 39 dərəcəyə çatacaq

Azərbaycanda iyulun 23-də 39 dərəcə isti gözlənilir.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti...

22 İyul 2026, 12:37

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb 

İyulun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.DİN-in Mətbuat Xidmətindən Citypost.az verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb....

22 İyul 2026, 12:28