Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmədə Anar Məmmədliyə 14 il cəza tələb olundu

Cəmiyyət 24 İyul 2026, 12:40

437

Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Citypost.az xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

İclas tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı da öz növbəsində çıxış edib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2 (qanunsuz sahibkarlıq) 206.4 (qaçaqmalçılıq) 213.2.1 (vergidən yayınma), 320.1 və 320.2-ci (saxta sənəd) maddələri ilə ittiham olunurlar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəşad Aslanov İtaliyadan Türkiyəyə göndərildi

Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.Xatırladaq ki, R.Aslanov 2022-ci ildən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışırdı....

24 İyul 2026, 13:55

Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda səfiri təyin edilib 

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

24 İyul 2026, 13:47

Rəşad Məmmədov Türkiyədən geri çağırıldı

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən səfir vəzifəsində çalışıb.

24 İyul 2026, 13:45

İlham Əliyev kraudfandinq qanununu təsdiqlədi

Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib.Citypost.az xəbər verir ki, qanun 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

24 İyul 2026, 13:35

Prezident icbari tibbi sığorta ilə bağlı fərman imzaladı

İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası hazırlanacaq.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.Fərmana əsasən, Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir....

24 İyul 2026, 13:34

Direktor təyin olunan Hacıbaba Məmmədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub. Citypost.az yeni direktorun dosyesini təqdim edir:Hacıbaba Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olub. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olub və 1989-cu ildə həmin ali təhsil müəssisəsini bitirib.Əmək fəaliyyətinə teatr sahəsində başlayan Hacıbaba Məmmədov 1989–2000-ci illərdə "YUĞ" Teatrında, 2000–2002-ci illərdə isə Dövlət Pantomim Teatrında aktyor kimi çalışıb. 2003–2010-cu illərdə "Qanun" MMC-də mətbəə müdiri, 2010–2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini...

24 İyul 2026, 13:25