Sabah Bakıda 38 dərəcə isti olacaq
Cəmiyyət 24 İyul 2026, 12:20
391
Azərbaycanda iyulun 25-də 39 dərəcə isti gözlənilir.
Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rəşad Aslanov İtaliyadan Türkiyəyə göndərildi
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.Xatırladaq ki, R.Aslanov 2022-ci ildən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışırdı....
24 İyul 2026, 13:55
Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda səfiri təyin edilib
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
24 İyul 2026, 13:47
Rəşad Məmmədov Türkiyədən geri çağırıldı
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən səfir vəzifəsində çalışıb.
24 İyul 2026, 13:45
İlham Əliyev kraudfandinq qanununu təsdiqlədi
Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib.Citypost.az xəbər verir ki, qanun 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.
24 İyul 2026, 13:35
Prezident icbari tibbi sığorta ilə bağlı fərman imzaladı
İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası hazırlanacaq.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.Fərmana əsasən, Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir....
24 İyul 2026, 13:34
Direktor təyin olunan Hacıbaba Məmmədov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub. Citypost.az yeni direktorun dosyesini təqdim edir:Hacıbaba Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olub. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olub və 1989-cu ildə həmin ali təhsil müəssisəsini bitirib.Əmək fəaliyyətinə teatr sahəsində başlayan Hacıbaba Məmmədov 1989–2000-ci illərdə "YUĞ" Teatrında, 2000–2002-ci illərdə isə Dövlət Pantomim Teatrında aktyor kimi çalışıb. 2003–2010-cu illərdə "Qanun" MMC-də mətbəə müdiri, 2010–2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini...
24 İyul 2026, 13:25