Azərbaycan və Rusiya aqrar sahədə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 24 İyul 2026, 13:00
426
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib.
Bu barədə Citypost.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müzakirələr nazir Məcnun Məmmədovun qonşu ölkənin Prezidentinin köməkçisi, iqlim və su ehtiyatları üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriev arasında keçirdiyi görüşdə aparılıb.
Həmçinin oxuyun
Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıblar, eləcə də Xəzər dənzinin səviyyəsinin aşağı düşməsi, aqrar sahəyə dair yeni Dövlət Proqramının əsas məqsədlərindən biri olan su resurslarına qənaət etmək üçün suvarma sistemlərinin müasirləşdirilməsi, quraqlığa və xəstəliyə davamlı bitki sortlarının qarşılıqlı sınaqlarının təşkil edilməsi, hər iki ölkə ərazisində keçirilən beynəlxalq sərgi, yarmarka və aqrar festivallarda qarşılıqlı iştirak məsələərini nəzərdən keçiriblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səbuhi Əliyev barədə cinayət işi başlandı
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur.Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından,barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib. Ona bu əməlinə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.Notarius həbs edilməyib. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib....
24 İyul 2026, 14:57
Bəzi rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək.Citypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....
24 İyul 2026, 14:45
Azad edilmiş ərazilərdə idarəetmə sistemi yenilənir
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, işğaldan azad edilmiş 1 inzibati ərazi vahidi üzrə (Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi istisna olmaqla) bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri, eləcə də işğaldan azad edilmiş 3 inzibati ərazi vahidi üzrə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib....
24 İyul 2026, 14:34
"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı
Xalq yazıçısı Anarın bir neçə gün əvvəl vəfat edən Xalq artisti Tofiq Mirzəyev haqqında "Acı xəbər" yazısıUzaq İsraildən acıdan acı xəbər gəldi: Tofiq Mirzəyev vəfat edib. Tofiq mənim unudulmaz baldızım Elmiranın həyat yoldaşı idi, bacanağım olmaqdan başqa, həm də çox yaxın dostum idi. Zemfirayla, Elmirayla, Tofiqlə birlikdə Azərbaycanın yarısını gəzmişdik, Şuşada, Şamaxıda, Şəkidə, Gəncədə, mərhumun ata yurdu Goranboyda unudulmaz günlər, saatlar yaşamışdıq. İstanbulda dərs dediyim zaman Tofiq qardaşı Teymurla qonağımız olmuşdu. Ömrümün ən ağır çağında – yüz gün içində atamı və anamı itirdiyim 1981-ci ildə Tofiq mənim ən yaxın dayağım kimi yanımda idi. Şuşada “Üzeyir ömrü” filmində aparıcı rolda çəkilirdi....
24 İyul 2026, 14:15
Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Sonra Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Smart DOST" məntəqəsinə baxış keçirilib, vətəndaşlara göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub. Burada vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 130-dan çox...
24 İyul 2026, 14:08
Rəşad Aslanov İtaliyadan Türkiyəyə göndərildi
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.Xatırladaq ki, R.Aslanov 2022-ci ildən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışırdı....
24 İyul 2026, 13:55