Bizə yazın

Baku

-°C

USD

-

Adil Kərimli Hacıbaba Məmmədovu yüksək vəzifəyə təyin etdi

Cəmiyyət 24 İyul 2026, 13:18

967

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin olunub.

Citypost.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba Məmmədov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Hacıbaba Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olub. O, 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib.Əmək fəaliyyətinə müxtəlif teatr və mədəniyyət müəssisələrində başlayan Hacıbaba Məmmədov 1989–2000-ci illərdə "YUĞ" Teatrında, 2000–2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor kimi çalışıb. Daha sonra "Qanun" MMC-də, Bakı Uşaq Teatrında və Akademik Milli Dram Teatrında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, bu təyinata qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb. Hacıbaba Məmmədov 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəzi rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ 

Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək.Citypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

24 İyul 2026, 14:45

Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Sonra Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Smart DOST" məntəqəsinə baxış keçirilib, vətəndaşlara göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub. Burada vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 130-dan çox...

24 İyul 2026, 14:08

Rəşad Aslanov İtaliyadan Türkiyəyə göndərildi

Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.Xatırladaq ki, R.Aslanov 2022-ci ildən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışırdı....

24 İyul 2026, 13:55

Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda səfiri təyin edilib 

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

24 İyul 2026, 13:47

Rəşad Məmmədov Türkiyədən geri çağırıldı

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən səfir vəzifəsində çalışıb.

24 İyul 2026, 13:45

İlham Əliyev kraudfandinq qanununu təsdiqlədi

Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib.Citypost.az xəbər verir ki, qanun 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

24 İyul 2026, 13:35