Bizə yazın

Baku

-°C

USD

-

“Arzum 999”un məhkəməsində yeni qərar

Cəmiyyət 07 Avqust 2026, 13:50

3104

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Citypost.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib.

Məhkəmə tərkibi etirazın baxılmamış saxlayıb. Daha sonra prosesdə zərərçəkmiş Muradova Sənubər ifadə verib. O bildirib ki, hadisədən qabaq yoldaşı ilə marketdən qayıdırmışlar:

"Qarşımızda maşın var idi. Biz dəfələrlə uzaq işıqla yol istədik. Sonra bu hadisə baş verdi. Qəzadan sonra eşitmə qabiliyyətimi itirmişəm. Təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirə məruz qalmışam. Xahiş edirəm ədalətli qərar verəsiniz".

Daha sonra şahid qismində İlham İbrahimov dindirilib:

"Hadisə vaxtı "Bravo" mağazası tərəfdə idim. Həmin an qəza səsini eşitdim, maşınımla o tərəfə getdim. Mən ora yaxınlaşanda İlduzə xanımın maşını yolun ortasında dayanmışdı. İlduzə xanım özündən getmişdi. Onu maşının arxa oturacağında əyləşdirdik. Yanındakı şəxlər məndən onu xəstəxanaya aparmağımı xahiş etdilər. Mən də xəstəxanaya apardım. İlduzə xanım xəstəxanada təxminən 30 dəqiqə qaldı. Sonra onları evə apardım".

Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlandığını elan edib.

Müdafiə vəkilləri məhkəmədən qəzanın cüzi sürtünmə və ya sürətlə idarə olunmasına görə baş verməsinin araşdırılması, həmçinin kompleks avtotexniki ekspertizanın təyin olunmasını xahiş ediblər.

Vəsatət təmin olunub, ekspertiza rəyi təqdim olunana kimi prosesin qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə "Arzum" cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Gecə yarısı "Changan" markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Davud Rəhimli AYNA-nın 141 çağrı mərkəzindən şikayətləndi: “20 saat keçib, geri dönüş olmayıb”

Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli ictimai nəqliyyatdan istifadə zamanı qarşılaşdığı problemlə bağlı AYNA-ya müraciət edib.Citypost.az xəbər verir ki, D.Rəhimli bildirib ki, sentyabrın 21-də saat 17:00-18:00 radələrində tədbirdən qayıdarkən taksi sifarişləri üç dəfə ləğv edildiyi üçün avtobusdan istifadə etmək qərarına gəlib. O, Ziya Bünyadov prospektində, Dərnəgül yolundakı dayanacaqda 7B nömrəli avtobusu gözlədiyini və dayanacaqda sərnişinlərin çox olduğunu qeyd edib.Onun sözlərinə görə, yaxınlaşan avtobuslar dolu olub. 7B nömrəli avtobuslardan birinin sürücüsü onun minmək istədiyini görsə də, salonda əlilliyi olan şəxslər və uşaqlar üçün ayrılmış yerə baxdıqdan sonra sərnişin sıxlığını əsas gətirib. D.Rəhimli növbəti avtobusu gözləməli olub.D.Rəhimli daha sonra AYNA-nın 141...

23 Sentyabr 2026, 09:30

Şahbaz Xuduoğlu: “Böyük marketlər balaca dükanları sıradan çıxarır”

Naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu yaşadığı binanın birinci mərtəbəsində böyük market şəbəkələrindən birinin yeni mağaza açması ilə bağlı düşüncələrini bölüşüb.Citypost.az xəbər verir ki, Ş.Xuduoğlu bildirib ki, binanın altında marketin fəaliyyətə başlaması sakinlər üçün rahatlıq yaradacaq. Onun sözlərinə görə, insanlar evdən çıxmadan sifariş verə, yaxud aşağı düşərək alış-verişlərini edə biləcəklər.Bununla yanaşı, yazıçı binanın ətrafındakı qarajlarda fəaliyyət göstərən kiçik dükanların və orada çalışan insanların gələcəyi barədə narahatlığını ifadə edib. O qeyd edib ki, həmin mağazaların hər birində iki-üç nəfər çalışır və bu insanlar qazandıqları pulla ailələrini dolandırırlar.“Böyük market açılandan sonra onların aqibəti necə olacaq?” – deyə Ş.Xuduoğlu sual edib.O vurğulayıb...

23 Sentyabr 2026, 09:07

AYNA: 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib 

Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.

23 Sentyabr 2026, 08:58

Nəsimidə küçələrdən biri Əhməd Yəsəvinin adını daşıyacaq

Bakının Nəsimi rayonunda küçələrdən birinə türk-islam dünyasının tanınmış mütəfəkkiri, sufi şair və alim Əhməd Yəsəvinin adı verilib.Citypost.az  "Unikal"a istinadən xəbər verir ki,  bu həm də Azərbaycan və Qazaxıstan arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə yönəlmiş addım hesab oluna bilər. Qeyd edək ki, XII əsrin görkəmli mütəfəkkir-şairi Əhməd Yəsəvi türk dünyasında sufizm ədəbiyyatının ilk yaradıcılarından biri hesab olunur. Sayramda anadan olan Yəsəvi İslamın Orta Asiya türkləri arasında yayılmasında mühüm rol oynayıb. İlk təhsilini atasından alan şair daha sonra Arslan Baba və Yusif Həmədaninin yanında təhsil alıb. Onun adı ilə bağlı əsas əsər “Divani-hikmət”dir. Əsər türk dilində təsəvvüf düşüncəsinin və ədəbiyyatının...

23 Sentyabr 2026, 08:26

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;6. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;8. Tbilisi prospekti, "20 Yanvar" metro...

23 Sentyabr 2026, 08:20

Qanunsuz kömür quyuları aşkarlandı 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz, Lerik, Masallı, Tovuz, Göygöl, İsmayıllı və Ağsu rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.Citypost.az xəbər verir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Oğuz rayonu Muxas kənd sakini Rəşad Əhmədov, Lerik rayonu Dəvrədibi kənd sakini Ədalət Şərifov, Masallı rayonu Yolağacı kənd sakinləri Mirzəkişi Şirəliyev, Bəhmən Heydərov, Anar Sovziyev, Nüsrət Sovziyev, Tovuz rayonu Çobansığnaq kənd sakini Pərvin Hüseynov, Göygöl rayonu Toğanalı kənd sakinləri Samir Rüstəmov, Ədalət Bayramov, Səhhət İsgəndərov, İsmayıllı rayonu Tağlabiyan kənd sakini Fəxrəddin Canıyev, Ağsu rayonu Nuran kənd...

23 Sentyabr 2026, 08:09