Xəzərdəki “əjdaha” – İnsanları udan gözəgörünməz haqda nə bilirik?
Cəmiyyət 14 Avqust 2026, 10:00
319
Xəzər dənizində insan tələfatı ilə nəticələnən boğulma hallarının sayı cəmiyyətdə ciddi narahatlıq yaradır. Demək olar ki, hər gün dənizdə gənc və orta yaşlı insanlar batır.
Bəs Xəzər niyə bu qədər insanın həyatına son qoyur? İnsanların suda boğulmasının qarşısını almaq niyə mümkün olmur? Dənizdə boğularaq ölənləri sayı nə üçün kəskin artır? Xəzərdə boğulma hallarının əsas səbəbləri nələrdir və illərdir bu problemin qarşısını almaq niyə mümkün olmayıb?
Citypost.az bildirir ki, globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, suda boğulma məsələsi, ilk növbədə, mədəniyyətimiz və təhsilimizlə bağlıdır:
“Burada həm aidiyyəti dövlət qurumlarının, həm də valideynlərin məsuliyyəti var. Çünki hər şey ailədən başlayır. Valideynlərin bir çoxu özləri üzməyi bilmədiyi kimi, uşaqlarına da bunu öyrətmirlər. Uşaqlarımızın təhsilinə illərlə böyük vəsaitlər hesabına yatırım edirik, amma onları həyata hazırlamırıq. Üzmək də həyat üçün vacib bacarıqlardan biridir. Xəzər dənizi bizim üçün böyük nemətdir. Dünyanın müxtəlif yerlərindən insanlar Xəzərə üzmək üçün gəlirlər, biz isə sahilində doğulub böyüdüyümüz dənizdə üzməyi çox vaxt bilmirik. Sonra da baş verən bədbəxt hadisələrə görə Xəzəri günahlandırırıq. Halbuki dənizin heç bir günahı yoxdur, insanlara üzməyi öyrətmək lazımdır”.
Ekoloqun fikrincə, Elm və Təhsil Nazirliyi ilə Nazirlər Kabineti məktəblərdə hovuzların yaradılması və üzgüçülüyün məcburi şəkildə öyrədilməsi barədə düşünməlidir:
“Hovuz yaratmaq mümkün olmasa belə, uşaqlara ən azı su təhlükəsizliyi, suda davranış və üzmənin əsas qaydaları öyrədilməlidir. Uşaqları itdən qorxutmaq əvəzinə itlə dost olmağa hazırladığımız kimi, dənizlə də dost olmağı, sudan qorxmamağı və təhlükəni düzgün qiymətləndirməyi öyrətməliyik. Mən özüm hər gün dənizdə üzürəm və üzməyi bacaran yüzlərlə uşağın da dənizdən təhlükəsiz istifadə etdiyini görürəm. Həmişə deyirəm, dənizdə batmaq ayıbdır”.
qorxmaz 121
Qorxmaz İbrahimli
Həmçinin oxuyun
Q.İbrahimli deyib ki, gənclərimiz boğulanda ailələr övladlarını, dövlət gənc kadrlarını, orta yaşlı insanlar boğulanda isə ailələr valideynlərini itirir:
“Bunun qarşısını almaq üçün televiziya və mətbuat vasitəsilə üzgüçülük mədəniyyəti, suda davranış və təhlükəsizlik qaydaları geniş şəkildə təbliğ olunmalıdır. Əsas məsələ isə üzməyi uşaqlıqdan öyrətməkdir”.
Deputat Ceyhun Məmmədov isə bildirib ki, bu qədər hadisənin baş verməsi çox üzücü və narahatedicidir:
“Təəssüf ki, hələ də Xəzərdə, Kürdə və digər su hövzələrində hər gün insanlarımızı, xüsusilə gənclərimizi itiririk. Bu, hər birimizi ciddi şəkildə düşündürməli və narahat etməlidir. Hesab edirəm ki, ilk növbədə ciddi maarifləndirmə və təbliğat işlərinə, eyni zamanda nəzarətə ehtiyac var. İnsanlar təhlükəsizlik qaydalarına əməl etməli, üzməyi bilmirlərsə, dərinliyə getməməli, küləkli və təhlükəli havada suya girməməli, icazə verilməyən yerlərdə çimməməlidirlər”.
C.Məmmədov deyib ki, əgər insanlar suya girməyə icazə verilməyən yerlərdə çimirlərsə, məsuliyyət ilk növbədə onların öz üzərinə düşür:
“Hər kəs dəniz və digər su hövzələri ilə münasibətdə daha diqqətli olmalıdır. Əsas səbəblərdən biri də insanların xəbərdarlıqlara, çağırışlara və tövsiyələrə əməl etməməsidir. Buna görə təhlükəsizlik qaydalarının təbliği və onlara riayət olunmasına nəzarət gücləndirilməlidir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məktəbəqədər yaşda diqqət əskikliyi və onunla mübarizə yolları
Məktəbəqədər yaş dövrü uşaqların idrak proseslərinin, şəxsi keyfiyyətlərinin bünövrəsinin qoyulduğu mühüm mərhələdir. Bu yaş qrupundakı uşaqlarda diqqət əskikliyi və hiperaktivlik sindromunun ilk əlamətləri özünü daha qabarıq göstərməyə başlayır. Uşağın tapşırılan işi yarımçıq qoyması, diqqətini bir fəaliyyətə cəmləyə bilməməsi, həddindən artıq hərəkətlilik göstərməsi sadəcə ərköyünlük deyil, sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlı olan ciddi bir haldır. Vaxtında fərqinə varılmayan diqqət əskikliyi gələcəkdə məktəb uyğunlaşmasında, təhsil göstəricilərində kəskin geriləmələrə gətirib çıxarır.Citypost.az xəbər verir ki, məktəbəqədər yaşda bu problemin əsas əlamətlərinə oyunlar zamanı qaydalara əməl etməkdə çətinlik çəkmək, uzun müddət eyni yerdə otura bilməmək, verilən təlimatları axıradək dinləməmək daxildir. Uşaq öz əşyalarını tez-tez...
14 Avqust 2026, 09:06
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.CityPost.az xəbər verir ki, məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək:Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;İlqar İsmayılov...
13 Avqust 2026, 21:26
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib. Məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub.Söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddiadan gedirdi. Ali Məhkəmə aşağı instansiyaların mövqeyini qüvvədə saxlayaraq iddianın təmin olunmaması barədə qərar qəbul edib."TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı...
13 Avqust 2026, 20:20
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb.CityPost.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın "Kommersant", "İnterfaks", "Вестник Кавказа" və "NEWS.ru" media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar."Kommersant" Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini önə çəkib. Nəşr Prezident İlham Əliyevin müsahibəsində bu barədə səsləndirdiyi "yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq" fikirlərini oxucuların diqqətə çatdırıb."İnterfaks" isə...
13 Avqust 2026, 18:25
Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.Citypost.az bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.2006-cı il yanvarın...
13 Avqust 2026, 15:48
Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.CityPost.az bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.2006-cı il yanvarın...
13 Avqust 2026, 14:25