Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Cəmiyyət 13 Avqust 2026, 20:20
348
Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib. Məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub.
Söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddiadan gedirdi. Ali Məhkəmə aşağı instansiyaların mövqeyini qüvvədə saxlayaraq iddianın təmin olunmaması barədə qərar qəbul edib.
"TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub. Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Sezar pizza
Mansur İbrahimov uzun müddətdir ki, İlham Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi. Musavat.com-a əvvəlki açıqlamalarında o demişdi: "Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı".
Onun sözlərinə görə, eyni iddialar müxtəlif formalarda dəfələrlə qaldırılır, nəticədə bağların faktiki olaraq sahibi olaraq ona qaytarılması illərlə yubadılır. Mansur İbrahimov Ramiz Mehdiyevin kürəkəni məhkəməyə müraciət hüququndan sui-istifadə olunur və hər yeni iddia ən azı bir il vaxt itkisinə səbəb olur.
Mehdiyevin kürəkəni məhkəmələri illərlə uzatmaqla "TurAz" MMC-nin bağlarından meyvələri yığır, hər il məhsullar xarici ölkələrə ixrac edilir və böyük gəlirlər əldə olunur. Onun sözlərinə görə, həmin gəlirlərin ölkəyə qaytarılması ilə bağlı ciddi suallar mövcuddur: "Əgər hər il ziyan çəkirlərsə, xaricə apardıqları məhsul çürüyürsə, onda bağlara niyə bu qədər vəsait xərclənir? Faktiki olaraq bağlardan il ərzində 10 milyon manatdan artıq gəlir əldə olunur".
Bu iddiaların araşdırılması üçün o, hüquq-mühafizə orqanlarına müraciət etdiyini də açıqlamışdı.
Həmçinin oxuyun
İllərlə davam edən hüquqi mübarizə ərzində Mansur İbrahimov müxtəlif dövlət qurumlarına müraciətlər edib. Onun sözlərinə görə, sonuncu müraciətlərdən biri Prezident Administrasiyasının Qəbul şöbəsində olub. Sahibkar burada Prezidentin köməkçisi Fuad Ələsgərovla görüşərək uzun illər davam edən mübahisə və məhkəmə qərarlarının icra edilməməsi barədə məlumat verib. Həmin görüşdən sonra Ali Məhkəmənin bu qərarının verilməsi diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.
Ali Məhkəmənin qərarı İlham Əliyevin növbəti iddiasının da təmin edilməməsi ilə nəticələnsə də, Mansur İbrahimovun əsas tələbi dəyişməz qalır. O, məhkəmə qərarlarının tam icrasını, bağların və şirkətlərinin faktiki olaraq özünə qaytarılmasını istəyir.
Ramiz Mehdiyevin və kürəkəni İlham Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir. 2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər. Hər il milyonlarla manat gəlir gətirən MMC güya İlham Əliyev tərəfindən 5 min manata satın alınıb. Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əliyevin özü də etiraf edib. Deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib.
Hakimlər onun bu ifadəsinə hüquqi qiymət verməkdən yayınıblar. Hazırda Mansur İbrahimovun bu işlə bağlı da Ali Məhkəmədə şikayəti var. 1 ilə yaxındır ki, həmin şikayət də baxılmamış qalıb.
Uzun illərdir davam edən bu qalmaqal Azərbaycanda məhkəmə qərarlarının icrası, mülkiyyət hüququnun müdafiəsi və məhkəməyə müraciət hüququndan mümkün sui-istifadə hallarının yenidən müzakirəsinə səbəb olan ən səs-küylü mübahisələrdən biri olaraq qalır...
Musavat.com
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb.CityPost.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın "Kommersant", "İnterfaks", "Вестник Кавказа" və "NEWS.ru" media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar."Kommersant" Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini önə çəkib. Nəşr Prezident İlham Əliyevin müsahibəsində bu barədə səsləndirdiyi "yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq" fikirlərini oxucuların diqqətə çatdırıb."İnterfaks" isə...
13 Avqust 2026, 18:25
Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.Citypost.az bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.2006-cı il yanvarın...
13 Avqust 2026, 15:48
Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.CityPost.az bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.2006-cı il yanvarın...
13 Avqust 2026, 14:25
Professor Əyyub Əzizovun anadan olduğu gündür
Bu gün BDU kollektivinin sevimlisi, el ağsaqqalı, Respublikanın əməkdar müəllimi, Bakı Dövlət Universitetinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri (1987-2021), professor Əyyub Əzizovun anadan olduğu gündür. Əyyub Teymur oğlu Əzizov 1934-cü il avqustun 12-də Qərbi Azərbaycanın Zəngibasar rayonu (Üçkilsə) Şöllü Mehmandar kəndində dünyaya gəlmişdir. Yeddinci sinfə qədər doğulduğu kənddə oxuyan Əyyub Əzizov 1948-ci ildə ailəsi ilə birlikdə doğma yurdunu tərk etməyə məcbur olmuş, əvvəlcə Naxçıvana, oradan Beyləqan rayonunun Daşburun kəndinə, sonra isə Ağcabədi rayonuna gəlmiş, təhsilini əvvəlcə Ağcabədi rayonunun 3 saylı, sonra isə Xəlfərəddin kənd orta məktəbində davam etdirmişir. Orta təhsilini başa vurub Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət və kimya fakültəsinə qəbul...
13 Avqust 2026, 13:55
Professor Rafael Hüseynovun doğum gününə QULU MƏHƏRRƏMLİNİN YAZISI
Bu gün çoxşaxəli istedadı ilə Azərbaycan cəmiyyətinin, ədəbi və elmi ictiamiyyətin geniş rəğbətini qazanmış professor Rafael Hüseynovun doğum günüdür.O Rafael Hüseynov ki 50 ildir Azərbaycan radiosunda "Axşam görüşləri" kimi Ginnesin rekordlar kitabına düşə biləcək unikal bir veriliş aparır.İllər əvvəl isə Hüseyn Cavidə ucaltdığı "Vaxtdan uca" əsəri ilə özü də xeyli məşhurlaşmışdı. Sonra Rafael parlaq qələmi, dərin biliyi və orijinal təfəkkürü ilə Məhsətidən, Füzulidən üzü bu yana çox nəhəng ədəbi simaların heykəllərini yaratdı. İndi isə həmin nəhənglərin heykəllərinin qərar tutduğu Nizami adına Milli Ədəbiyyat Tarixi muzeyinin direktoru, akademikdir. Rafael Hüseynovun ədəbiyyat, tarix, dilçilik, türkologiya, şərqşünaslıq, mətbuat, musiqi və ümumən mədəniyyət tarixinə...
13 Avqust 2026, 13:53
Azərbaycanda karantin rejimi tətbiq olunacaq?
Samuxda 5 nəfərdə ilkin müayinələr nəticəsində qarayara xəstəliyinin əlamətləri olduğu müəyyən olunub. Hazırda onların müalicəsi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsində aparılır.Citypost.az bildirir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan infeksionist Mərdan Əliyev qarayaranın necə yayıldığı, xəstəliyin əsas əlamətləri, yoluxma riskləri barədə məlumat verib.Azərbaycanda qarayara xəstəliyinə görə karantin rejimi tətbiq olunacaq? - VACİB AÇIQLAMA - FOTOO bildirib ki, qarayara xəstəliyi çöpşəkilli xüsusi bakteriyalar tərəfindən törədilir və adətən heyvanlardan insanlara yoluxur:“İnsandan insana yoluxma hallarına nadirən rast gəlinir. Bu xəstəlik qəssab peşəsi ilə məşğul olan şəxslərdə daha çox görülür. Qarayaraya yoluxan insanlardan da birinci elə peşəsi soruşulur. Qarayaranın ən...
13 Avqust 2026, 13:52