Məktəbdə dərslər saat neçədə başlamalıdır?
Cəmiyyət 18 Avqust 2026, 14:09
542
Məktəblərdə dərslərin yeni tədris ilindən saat 8-də deyil, daha gec başlaması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində, söhbət ilk baxışdan sadə görünür: uşaq səhər bir saat gec oyansın, məktəbə daha rahat getsin, dərsə yuxulu və yorğun başlamasın. Amma məsələni bir az dərindən düşünəndə görürük ki, söhbət təkcə saatdan getmir. Söhbət uşağın bütün gününün necə qurulmasından gedir.
Hazırda dərslərin səhər saat 8-də başlaması ümumi təhsil müəssisələri üçün məqsədəuyğun hesab olunur. 2026-cı ilin yanvarında Elm və Təhsil Nazirliyi də dərslərin başlanma saatında dəyişiklik nəzərdə tutulmadığını bildirmişdi. Sonrakı aylarda isə nəqliyyat və iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı müzakirələr fonunda məktəblərin dərs saatlarının da dəyişə biləcəyi barədə fikirlər səsləndi. Yəni bu gün ortada daha çox müzakirə var, yekun və ümumi dəyişiklik barədə qəti qərar yox.
Amma gəlin fərz edək ki, dərslər həqiqətən saat 9-da başlayacaq. Uşaq üçün bunun nəyi dəyişəcək? Əvvəla, səhər yuxusundan bir qədər oğurlanan vaxt geri qaytarılacaq. Xüsusilə kiçik yaşlı uşaqlar üçün bu, az şey deyil. Saat 8-də məktəbdə olmaq üçün bir çox uşaq daha səhər açılmamış yatağından qalxmalı, hazırlaşmalı, yola çıxmalıdır. Bakı kimi səhər saatlarında nəqliyyatın onsuz da ciddi problem olduğu şəhərdə məktəbə çatmaq ayrıca bir sınağa çevrilir.
Uşaq məktəbə çatır, amma sual yaranır: o, həqiqətən dərsə hazır vəziyyətdə çatırmı? Sinifdə oturmaq başqa şeydir, dərsi qavramaq başqa. Bir saat gec başlanğıc uşağın yuxu rejimini bir qədər yaxşılaşdıra, səhər tələskənliyini azalda bilər. Bu baxımdan dəyişiklik müsbət sayıla bilər. Ancaq burada dayanıb “deməli, təhsil sistemimizdə böyük islahat baş verdi” demək də sadəlövhlük olardı.
Çünki Azərbaycan məktəbinin problemi saat 8 deyil. Problem ondadır ki, məktəb çox vaxt uşağın əsas təhsil aldığı yer olmaqdan çıxıb, onun ardınca repetitorun, hazırlıq kursunun, fərdi müəllimin gəldiyi bir sistemin ilk mərhələsinə çevrilib. Uşaq səhər məktəbə gedir, günün bir hissəsini orada keçirir, sonra başqa müəllimin yanına qaçır, axşam evə qayıdır, tapşırıqlarını edir və bəzən gecə saatlarında belə dərsdən yaxa qurtara bilmir.
Belə bir rejimdə məktəbin saat 8-də, yoxsa 9-da başlaması artıq əsas məsələ deyil. Əsas məsələ budur: uşaq nə vaxt yaşayır? Onun nə vaxt dincəlməyə, oynamağa, kitab oxumağa, ailəsi ilə danışmağa, idman etməyə vaxtı qalır?
Təhsil sisteminin uğurunu yalnız uşağın neçə saat məktəbdə qalması ilə ölçmək olmaz. Əgər məktəbdə keçirdiyi saatlar uşağa real bilik vermirsə və həmin bilik axşam repetitor tərəfindən tamamlanırsa, onda biz məktəbin işini başqa birinin üzərinə yükləmiş oluruq.
Maraqlıdır ki, yeni təmayül tədris modelində məhz bu problemin müəyyən qədər aradan qaldırılması hədəflənir. Model üzrə tam ştatlı müəllimlərin məktəbdə gün ərzində qalması, dərsdən sonra geridə qalan şagirdlərlə əlavə məşğələlər, fərdi məsləhətlər və digər akademik fəaliyyətlər aparması nəzərdə tutulur. Yəni nəzəri olaraq uşaq məktəbdə öz probleminin həllini tapa bilməlidir, əlavə müəllim axtarmağa məcbur olmamalıdır.
Əgər bu yanaşma həqiqətən işləsə, onda saat 9 məsələsinin də başqa mənası olacaq. Çünki məktəb uşağı səhər qəbul edib, onun təhsil ehtiyaclarını gün ərzində mümkün qədər tam qarşılayan məkana çevriləcək. Yox, əgər sadəcə zəngin vaxtını bir saat irəli çəksək, amma dərsin keyfiyyəti, müəllimin hazırlığı, dərsliklər, ev tapşırıqları, repetitor asılılığı və məktəbdə fərdi yanaşma əvvəlki kimi qalsa, onda biz yalnız saatı dəyişmiş olacağıq.
Saatı dəyişmək asandır. Sistemi dəyişmək isə çətindir.
Hətta saat 9-da başlayan məktəb də uşağı axşam saatlarına qədər yoran bir sistem olaraq qala bilər. Ona görə də bu müzakirəyə yalnız “uşaqlar bir saat çox yatsın” prizmasından baxmaq düzgün deyil. Bəli, uşağın daha çox yatması yaxşıdır. Bəli, səhərin qaranlığında məktəb yoluna çıxmamaq, tıxacda vaxt itirməmək, ilk dərsə daha ayıq getmək müsbət nəticə verə bilər.
Amma təhsil islahatı zəngin vaxtını dəyişməklə başlamır. Təhsil islahatı məktəbin uşağın həyatındakı yerini dəyişməklə başlayır. Məktəb uşağı yalnız dərsə gətirib aparan müəssisə yox, onun bilik aldığı, sualına cavab tapdığı, zəif olduğu fənni düzəltdiyi, müəllimindən kömək aldığı, öz qabiliyyətini kəşf etdiyi yer olmalıdır.
Uşaq məktəbdən çıxandan sonra yenidən “məktəb” axtarırsa, deməli, problem saatda deyil.
Bəlkə də biz illərdir yanlış sual veririk: “Dərslər saat neçədə başlamalıdır?” Əsl sual isə budur: “Uşağın təhsili necə təşkil olunmalıdır?”
Cavabı da sadədir: uşağın təhsili məktəbin qapısından içəri girəndə başlayıb, qapıdan çıxanda bitməməlidir. Amma bu, onun bütün gününü dərslə doldurmaq demək də deyil. Əksinə, yaxşı sistem uşağa həm öyrənməyi, həm də yaşamağı bacarmalıdır.
Bəlkə də saat 8-i 9 etməkdən əvvəl bunu düşünməliyik. Çünki uşağın yuxusundan bir saatı geri qaytarmaq yaxşı işdir. Amma uşağın uşaqlığını geri qaytarmaq daha böyük işdir.
Şəmsi Qoca
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İş mühitində korporativ yazışma və email etiketi
İş mühitində effektiv kommunikasiyanın, peşəkar nüfuzun formalaşmasının əsas şərtlərindən biri korporativ yazışma, elektron poçt (email) etiketlərinə dürüst riayət olunmasıdır. Düzgün qurulmuş işgüzar yazışma tərəfdaşlar, həmkarlar arasında qarşılıqlı hörməti təmin edir, iş proseslərinin sürətlənməsinə, anlaşılmazlıqların aradan qalxmasına birbaşa şərait yaradır. Elektron məktub şirkətin vizit kartı rolunu oynadığı üçün yazışma zamanı dil qaydalarına, etik standartlara xüsusi həssaslıqla yanaşılmalıdır.Citypost.az xəbər verir ki, peşəkar elektron poçtun hazırlanması mövzu (Subject) hissəsinin dəqiq, məzmunlu yazılmasından başlayır. Məktubun məğzini bir neçə sözlə ifadə edən başlıq qarşı tərəfin məktubun vacibliyini anlamasına, axtarış zamanı onu rahat tapmasına kömək edir. Məktub mütləq rəsmi salamlaşma ("Hörmətli...", "Salam...") ilə başlamalı, ünvanlanan şəxsin...
18 Avqust 2026, 14:47
Qələbəyə gələn yolun qadın siması: Mehriban Əliyevanın dövlətçilik missiyası
Zahid Orucdan salnamə kimi məqalə…Azərbaycanın son otuz ildən artıq siyasi tarixi bir-biri ilə bağlı böyük dönüşlərdən ibarətdir. Sovetlər Birliyinin süqutundan sonra müstəqillik yolunda yaşanan hakimiyyət böhranı, Qarabağda hərbi məğlubiyyət, idarəetmə institutlarının yenidən qurulması, iqtisadi müstəqilliyin təmin olunması, ordu quruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpası və azad edilmiş torpaqlarda aparılan böyük quruculuq işləri Azərbaycanın məğlubiyyətdən qalib dövlətə və Qələbəyə qədər keçdiyi yolun tarixidir.2020-ci ilin parlaq uğurunu yalnız 44 müqəddəs günün hərbi nəticəsi kimi görmək şərəfli tarixi yolun miqyasını kiçiltmək olardı. Bütövlük uğrunda çox illik mübarizənin mərkəzində Ulu öndər ideallarına söykənən Prezident İlham Əliyevin liderliyi, onun ətrafında qurulan dövlət sistemi və...
18 Avqust 2026, 12:15
Əliağa Şıxlinskinin anım günüdür
Bu gün Azərbaycan hərb tarixinin ən parlaq simalarından biri, hərbi elmdə inqilabi yeniliklərə imza atmış, "Artilleriyanın allahı" titullu general-leytenant Əliağa Şıxlinskinin anım günüdür.Sarsılmaz İradə və Hərbi ŞücaətƏliağa Şıxlinski yalnız döyüş meydanlarında qazandığı qələbələrlə deyil, həm də dünya hərb elminə gətirdiyi misilsiz töhfələrlə adını tarixə qızıl hərflərlə yazdırıb. Onun Port-Artur müdafiəsində göstərdiyi rəşadət, düşmənin kabusuna çevrilən taktiki gedişləri və topların hədəfə dəqiqliklə yönəldilməsi üçün yaratdığı düsturlar dünya hərb akademiyalarında bu gün də öyrənilir. Onun rəhbərliyi altında hazırlanmış "Şıxlinski üçbucağı" və digər artilleriya taktikaları hərb sənətində zirvə nöqtəsidir.Vətənə və Millətə SədaqətO, Rusiya imperiyasının ən yüksək hərbi mükafatlarına layiq görülsə də, qəlbi hər...
18 Avqust 2026, 12:05
Pensiyalarla bağlı vacib məlumat
Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib.Citypost.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib./NOCOMMENT.az...
18 Avqust 2026, 11:50
İki futbolçunun həyatını itirdiyi qəzanın görüntüləri yayıldı - (Video)
İyulun 29-u Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.Qeyd edək ki, 99 EN 361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. "Ford Transit"in sürücüsü isə xəsarət alıb.Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar.Qeyd edək ki, "Qobu" futbol klubu 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb....
18 Avqust 2026, 11:43
Millətimizin yaddaşını yoxlamaq istədim…
Heç kim unudulmur, heç nə yaddan çıxmır…Sadəcə, millətimizin yaddaşını yoxlamaq və kiçik bir müşahidə aparmaq istədim.Bir zamanlar bütün millət ayağa qalxaraq müstəqillik tələb edəndə, bu və bunun kimilər Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş, ölkəmizdə rus və erməni təbliğatına açıq və ya dolayı şəkildə dəstək vermiş, tarixi türk şəhərimiz Dəvəçi şəhərinin adının dəyişdirilməsinin təşəbbüskarı, bəzi çıxışlarında Türklüyə və türklərə qarşı sətiraltı nifrəti hiss olunan bir siyasətçini bu gün necə xatırlayırsınız?..Qarabağın işğal altında olduğu illərdə işğalçıya qarşı ciddi mövqe nümayiş etdirməyən, haqqı tapdanan insanların müdafiəsində prinsipial mövqe ortaya qoymayan, uzun illər parlamentdə təmsil olunmasına rəğmən sosial problemlərin həlli, xüsusilə uşaqlara dövlət tərəfindən...
18 Avqust 2026, 11:05