Bizə yazın

Baku

-°C

USD

-

Nələr yaşamışam, bilən olmadı...  Sayman Aruzun şeiri

Söz adamı 17 Avqust 2026, 18:36

531

Mən odlar içində, İbrahim kimi,

Gülüstan olmağa gül axtarıram.

Qapına gəlmişəm, ey dərd sahibi,

Başıma tökməyə kül axtarıram...

Mən ömür boyunca quyu dibində

Karvan gözləmişəm, gələn olmadı.

Bu həyat deyilən məhbəs içində

Nələr yaşamışam, bilən olmadı...

Qapı oldum deyə, döydülər məni,

Körpü oldum deyə, ayaqladılar...

Mən Quran kimiydim qananlar üçün,

Məni oxumadan varaqladılar...

Artıq insanlara ümidim yoxdur,

Amma qiyamətə çox ümidliyəm.

Bircə o qalır ki, bu dost-tanışdan

Necə Yaradana şikayət deyəm?..

Necə gileylənim Şirindən axı?

Bisütun qazmışam onun üçün mən.

Qərib olsam belə, sinəmin ahı

Olub Şirin üçün kasıb bir vətən....

Məni Araz kimi yarıya bölüb,

Qan ilə bəxtimi bir yoğurdular.

Yadıma gəlir ki, Səmədlə birgə

Arazda bizləri bir boğurdular...

Mən özüm illərdir Qara Balıq tək

Deyirəm: Azadlıq, Vətən, bütövlük!

Deyirəm: Vətən tək iki bölünsək,

Ayrı düşsək belə, satqın deyilik...

Ehey, Qara Balıq, dəniz axtarma,

Hər kəsin dənizi öz içindədir.

Hər kəsin əzabı, yaraları da

Onun öz taleyi, öz günündədir...

Yetiş, ey Əbabil, çatır Əbrəhə.

Göstər ki, qarışqa fildən güclüdür.

Cəbrail, duamı yetir Allaha,

De ki, İbrahimin qaragünlüdür...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 SƏN GÖZLƏRİ DƏNİZLƏRDƏN ALMISAN! - Əmir Pəhləvan yazır 

Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978).İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın...

17 Avqust 2026, 13:13

Tez də olsa... Elman Eldaroğlu YAZIR 

Deyir ki:- "Təəssüf edirəm, bu gün televiziyada danışığı ilə insanları yoran, nitqində heç bir məna və informasiya yükü olmayan aparıcılar var. Aparıcı etikasını qoruyaraq ad çəkmək istəmirəm, amma eləsi var ki, kanalı nə vaxt açırsan, ancaq onun səsini eşidirsən. İnsan özü başa düşməlidir ki, tamaşaçını yorur. Təsəvvür edin, verilişə 3-4 qonaq çağırır, amma efir vaxtının 80 faizində özü danışır, qonaqlara isə cəmi 20 faiz vaxt qalır..."Onun televiziyadakı “Yaddaş” verilişinə sevə-sevə tamaşa edir, radiodakı “Azəri caz” verilişini də eyni şövqlə dinləyirəm. Verilişləri çox maraqlı olur. Yəqin ki, daxili dünyasının zəngin olduğundan irəli gəlir. Bəli, o, yüksək hazırlıqlı, səlist və təmiz nitqi,...

17 Avqust 2026, 13:06

A DÜNYA - Adil Şirinin şeiri

A DÜNYA      Cavanlıqda məclislərdə tost dedim,     İnsanlara qardaş dedim, dost dedim.     Şeir yazdım, dərd üyütdüm, qəm yedim,     Gənclik bitdi, dostlar getdi, a dünya.     Dünya dondu mən çeşmə tək çağladım,     Cihad dedim misri qılınc bağladım.     Ölən öldü, qalan qaldı ağladım,     Kim deyir ki cihad bitdi, a dünya.     Mənim qəlbim uca dağ şəlaləsi,     Mənim ruhum göydə Ayın haləsi.     Qeybdən gəlir mələklərin xoş səsi,     Fələk mənə zülm etdi, a dünya.     Dağ başında o gördüyüm daş qala,     Mən hördüyüm, sən hördüyün daş qala...     Biz atları çapıb getdik dördnala, ...

15 Avqust 2026, 16:05

Haqq deyən dildən olub !

Çoxu öldürüb özün,Haqq deyən dildən olub !Bülbül də qəfəsində,Dibçəkdə gülə ölüb !Çəkilib göy üzünə,Sığalı gündüzlərin !Canında-dağ ağrısıDüzənli gündüzlərin !Söndürdüm öz ömrümü,Olmağa tövbə kimi !Yerin qara gözünə,Göydən kəsdim əlimi !Ağaevli Hacı Əli 

15 Avqust 2026, 14:13

ADI LEYLADIR ONUN... -Tofiq Hüseynin yazısı

ADI LEYLADIR ONUN...Onun adına indiyə kimi "görkəmlilər"siyahısında rast gəlməmişəm.Bu siyahı eyni adlar çərçivəsində o qədər fırlanır, elə bilirsən ədəbiyyat yalnız bu "görkəmlilərdən"ibarətdir.Bu günlərdə təsadüfən istedadlı yazıçı dostumuz Meyxoş Abdullanın təqdimatında gördüm onun əsərlərinin ruscaya rərcüməçisi Leyla Qədirzadədir.Soyad şirin gəldi,davam etdim-atası Salam.Leyla bizim gəncliyimin yazıçısı Salam Qədirzadənin qızıdır.Mən gənclik illərində oxuduğum əsərlərin əksəriyyətinin adını unutmuşam.Bir anda Salam Qədirzadənin kitabları adbaad yadıma düşdü;"Qış gecəsi","Burda insan yaşamışdır","Sarmaşıqlı aynabənd",Qırxaltı bənövşə",Kəndimizdə bir gözəl var"...Son dərəcə poetik dilə,maraqlı obrazlara,bədii təhkiyə üslubuna malik bu əsərlər o vaxt əldən-ələ gəzir,biz cavanların stolüstü kitablarına çevrilirdi.İstedadlı tərcüməçi Leyla onun qızıdır.Görünür son dərəcə kübar,sadə,təvazökar xanımdır.Ən azından onu indiyə qədər öz yazıçı...

15 Avqust 2026, 13:01

Savadsız olub deyə mentalitet İsfəndiyar kişini dəstəkləyib - Aqşin Yenisey yazır

Şərurlu İsfəndiyar müsahibəsində deyir ki, mənim ağlımı dəstəkləyən savadım olsaydı daha çox pul qazanardım. Cəmiyyəti yaxşı tanımır İsfəndiyar kişi! Tanısaydı bütün var-dövlətini məhz savadsızlığına borclu olduğunu dərk edərdi.Çünki bizim milyonçuluq ənənəmiz savadsızlıq üzərində qurulub. Hacı Zeynalabidin heç qol çəkə bilmirdi. Amma öz pulu ilə savadlı cümhuriyyət nəsli yetişdirdi. Bu, başqa bir mövzudur. Ağıl xəlqi, folklorik bir şüur formasıdır. Görürsən götürürsən, eşidirsən yadda saxlayırsan. Oxumağa, yazmağa ehtiyacın yoxdur. Ələ baxıb öyrənirsən və tətbiq edirsən.Savad isə mütləq şəkildə oxumaq və yazmağın nəticəsidir. Savad ağılı nəzarətdə saxlayır. Ağılın “olar” dediyinə bəzən savad “olmaz” deyir. Əgər savadı olsaydı, ağlının “olar” dediyinə savadı “olmaz” deyib İsfəndiyar kişini...

15 Avqust 2026, 12:47