Bizə yazın

Baku

-°C

USD

-

Məncə, Arzuxan Əlizadənin ən maraqlı tərəfi adının Arzuxan olmağıdır

Cəmiyyət 18 Avqust 2026, 10:49

406

Bir müddət əvvəl Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), daha dəqiq, Etibar Məmmədov haqqında yazı yazmışdım. 

Yazımın ümumi mahiyyəti Etibar Məmmədovun uğursuz siyasətçi olması barəsində idi. Ancaq siyasətlə məşğul olmayan, uğursuz sözünü az qala təhqir hesab edən partiya üzvləri də, elə Etibar Məmmədovun özü də bu ifadəmi qəbul etmədi. 

Məsələ məhkəməyə qədər gedirdi ki, igidlər sonda əl saxladı. 

Ancaq həmin yazıda unutduğum bir adam da var idi ki, o adam Arzuxan Əlizadədir. 

Məlumdur ki, gözdən uzaq olan könüldən də uzaq olar. Bu səbəb, Arzuxan müəllimi nə gözdən, nə könüldən uzaq saxlamağın adı yoxdur. 

Məncə, Arzuxan Əlizadənin ən maraqlı tərəfi adının Arzuxan olmağıdır. 

Etiraf edək ki, bu ad, hər dəqiqə rast gəlinən ad deyil. Məsələn, şəxsən mən Arzu adında bir neçə kişi tanısam da, Arzuxan adında ondan başqa adam tanımıram. 

Yox, Azərbaycanda başqa Arzuxanlar da varsa, onlar da öz sahələrində Arzuxan Əlizadədirlərsə, o zaman heç tanımaq da istəmirəm. Qoy, bizim Arzuxan Əlizadə tək və yek olsun.

Düzdür, mən arzu edərdim ki, Arzuxan müəllimin adı kimi də maraqlı fəaliyyəti olsun. Ancaq nə edim ki, bu dünyada, bu ölkədə bütün arzularım ürəyimdə qalıb. 

Arzuxan Əlizadənin nisbətən maraqlı sayıla biləcək həyat yolu olub. 

Belə deyək, o, Azərbaycan siyasətinə 1987-ci ildə Milli Azadlıq Hərəkatına qoşularaq gəlib. 

Sonralar isə Azərbaycan Xalq Cəbhəsinə üzv olub. Hətta AXC Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri də olmağı bacarıb. 

Lakin sonralar onun həyatında qarşısına bir sıra siyasi döngələr çıxıb və Arzuxan müəllim dönə bilib. İndi bilmirəm, bu manevr siyasi yol hərəkəti qaydalarını pozurmu??

Məlum olduğu kimi, Arzuxan Əlizadə həm də deputatdır. Uğursuz partiyanın qismən uğurlu deputat sədri kimi, parlamentari açıqlamaları çox da diqqət çəkmir. 

Yəni məsələn, dilə gətirdiyi problemlər təxminən belədir:

“Azərbaycanda sənədsiz evlər problemi var”.  

Problem sözü gələndə Arzuxan müəllim bərk əsəbiləşir və ağlına belə şeylər gəlir. 

O, bu cür problemləri səsləndirən zaman cümlənin sonuna nöqtə yox, düz üç ədəd nida qoyur. 

Arzuxan müəllimin digər siyasi açıqlamaları da əsasən iqtidar gündəmidir. 

Məsələn, Azərbaycan və ABŞ əlaqələrinin artan dinamika ilə inkişafından danışmağı çox sevir. Danışdıran olsa, səhərə qədər dayanmadan belə söhbətlər edə bilər. 

Bundan əlavə, o, bir az da irəli gedərək Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib kimi söhbətlər də etməyi sevir. 

Arzuxan müəllimin verdiyi bir müsahibədə maraqlı bir sözünə də rast gəldim. 

Deyir ki, insan daxilən azad olmalıdır.

Şəxsən mən razıyam. Ancaq mənə maraqlıdır ki, görəsən, daxilən də, zahirən də Arzuxan müəllim ömründə neçə gün, ay demirəm, heç saat da demirəm, məhz neçə dəqiqə daxilən azad ola bilib?

Ümumiyyətlə, Arzuxan müəllim özünə azadlıq Arzu edibmi?

Məsələn, nədənsə, əminəm ki, Arzuxan Əlizadəyə qəfil yaxınlaşıb azadlıq haqqında sual verən olsa, əvvəlcə həyəcanlanacaq. Daha sonra təmkinli olmağa çalışaraq deyəcək:

“Bir nəfərin azadlığı başqalarının azadlıq sərhədinə qədərdir”.

Bu sözü deyərkən üç ədəd nida yox, üç nöqtə qoyacaq. 

Üç nöqtə qoyanda yada bir zamanlar “Üç nöqtə” qəzetinin baş redaktoru olan Xoşqədəm Hidayətqızı düşəcək. 

Kimsə soruşacaq ki, Xoşqədəm Hidayətqızının bu məsələyə nə dəxli var? 

Bu sual çox maraqlı sual olacaq. Eynilə Arzuxan müəllimin adı kimi. 

Ancaq cavabı olmayacaq. 

Lap Arzuxan Əlizadənin Azərbaycan siyasətində hansı yerinin olmağı kimi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əliağa Şıxlinskinin anım günüdür

Bu gün Azərbaycan hərb tarixinin ən parlaq simalarından biri, hərbi elmdə inqilabi yeniliklərə imza atmış, "Artilleriyanın allahı" titullu general-leytenant Əliağa Şıxlinskinin anım günüdür.Sarsılmaz İradə və Hərbi ŞücaətƏliağa Şıxlinski yalnız döyüş meydanlarında qazandığı qələbələrlə deyil, həm də dünya hərb elminə gətirdiyi misilsiz töhfələrlə adını tarixə qızıl hərflərlə yazdırıb. Onun Port-Artur müdafiəsində göstərdiyi rəşadət, düşmənin kabusuna çevrilən taktiki gedişləri və topların hədəfə dəqiqliklə yönəldilməsi üçün yaratdığı düsturlar dünya hərb akademiyalarında bu gün də öyrənilir. Onun rəhbərliyi altında hazırlanmış "Şıxlinski üçbucağı" və digər artilleriya taktikaları hərb sənətində zirvə nöqtəsidir.Vətənə və Millətə SədaqətO, Rusiya imperiyasının ən yüksək hərbi mükafatlarına layiq görülsə də, qəlbi hər...

18 Avqust 2026, 12:05

Pensiyalarla bağlı vacib məlumat

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib.Citypost.az  xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib./NOCOMMENT.az...

18 Avqust 2026, 11:50

İki futbolçunun həyatını itirdiyi qəzanın görüntüləri yayıldı - (Video)

İyulun 29-u Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.Qeyd edək ki, 99 EN 361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. "Ford Transit"in sürücüsü isə xəsarət alıb.Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar.Qeyd edək ki, "Qobu" futbol klubu 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb....

18 Avqust 2026, 11:43

Millətimizin yaddaşını yoxlamaq istədim…  

Heç kim unudulmur, heç nə yaddan çıxmır…Sadəcə, millətimizin yaddaşını yoxlamaq və kiçik bir müşahidə aparmaq istədim.Bir zamanlar bütün millət ayağa qalxaraq müstəqillik tələb edəndə, bu və bunun kimilər Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş, ölkəmizdə rus və erməni təbliğatına açıq və ya dolayı şəkildə dəstək vermiş, tarixi türk şəhərimiz Dəvəçi şəhərinin adının dəyişdirilməsinin təşəbbüskarı, bəzi çıxışlarında Türklüyə və türklərə qarşı sətiraltı nifrəti  hiss olunan bir siyasətçini bu gün necə xatırlayırsınız?..Qarabağın işğal altında olduğu illərdə işğalçıya qarşı ciddi mövqe nümayiş etdirməyən, haqqı tapdanan insanların müdafiəsində prinsipial mövqe ortaya qoymayan, uzun illər parlamentdə təmsil olunmasına rəğmən sosial problemlərin həlli, xüsusilə uşaqlara dövlət tərəfindən...

18 Avqust 2026, 11:05

ƏRƏFƏ: MİLLİ MƏSULİYYƏT VAXTI

Allah bilir neçənci dəfədir bu mövzuya qayıdıram: sosial şəbəkələrdə “prioritetlərin” quraşdırılması. Prosesin bir başqa adı əsl prioritetlərin populist mövzular, ani maraq oyadan, sonra da tez bir vaxtda unudulan, amma lazım olan an üçün öz işini görmüş olan, strateji mahiyyətdən verstlərlə uzaq məsələlərin arxasında ya gizlədilməsi, ya da itirilməsidir. Bunu edən ayrı-ayrı müəlliflər, ən fərqli zehniyyət düşərgələrini təmsil edən şəxslər ya qəsdən, ya bilməyərəkdən- dövlətin, xalqın tarixi taleyinə aid mövzuların sosial şəbəkələrdə uzun müddət və faydalı müzakirə edilməsinə mane olur, quraşdırılmış psevdovacib mövzulara maraq oyatmağa çalışırlar. Təəssüf ki, bəzən öz istədiklərinə nail olurlar da. Məsələn, sosial şəbəkələrdə Azərbaycanın 8 Avqust gündəliyi,...

18 Avqust 2026, 10:58

Müəmmalı şəkildə həlak olan Pakistan prezidenti

17 avqust 1988-ci il, Pakistan prezidenti Məhəmməd Ziyaülhəqq müəmmalı təyyarə qəzasında həlak olur.Ziyaülhəqq 1924-cü ildə, indi Hindistanda olan Calandhar şəhərində anadan olub. Hərbi təhsil alandan sonra İkinci dünya müharibəsinin sonlarında Britaniya ordusunun tərkibində yaponlara qarşı döyüşüb. 1947-ci ildən Pakistan ordusunda xidmət edib. 1967-1970-ci illərdə İordaniyadakı Pakistan hərbi missiyasında olub və kral ordusunun Fələstin silahlı qruplarına qarşı “Qara sentyabr” döyüşlərində iştirak edib. 1971-ci ildə Pakistan Xalq Partiyasının sədri Zülfüqar Əli Bhutto prezident, 1973-cü ildə yeni konstitusiyanın qəbulundan sonra isə baş nazir oldu. Bu dövrdə Ziyaülhəqq Bhuttoya özünü loyal, ordunun siyasətdən kənar qalmasının tərəfdarı kimi göstərə bilir və onun etimadını qazanır. 1976-cı ilin martında...

18 Avqust 2026, 10:56