Bizə yazın

Baku

-°C

USD

-

İctimai xadim Qafar Cəbiyevin 76 yaşı tamam olur

Söz adamı 18 Avqust 2026, 10:52

489

Tanınmış alim, tarix elmləri doktoru, professor, arxeoloq, jurnalist və ictimai xadim Qafar Cəbiyevin 76 yaşı tamam olur.

Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə müəllim, jurnalist və elmi işçi kimi fəaliyyət göstərib.

1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində çalışıb. 1985-ci ildə tarix elmləri namizədi, 2008-ci ildə isə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə edib. 1990–2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri, eyni zamanda BDU-nun Şəki filialında dosent kimi fəaliyyət göstərib. 2003–2013-cü illərdə Milli Televiziya və Radio Şurasının üzvü olub.

Professor Qafar Cəbiyev Qəbələ, Ağsu, İsmayıllı, Şamaxı və digər bölgələrdə apardığı arxeoloji tədqiqatlarla qədim şəhər yerlərinin, nekropolların və müxtəlif maddi-mədəniyyət nümunələrinin aşkarlanmasına mühüm töhfələr verib. Onun rəhbərliyi ilə aparılan qazıntılar zamanı VI–VIII əsrlərə aid şəhər qalıqları, qala divarları, mühəndis qurğuları və müxtəlif dövrlərə aid arxeoloji nümunələr üzə çıxarılıb.

20-yə yaxın monoqrafiya və 100-dən çox elmi məqalənin müəllifi olan alim “Girdiman tarixi”, “Azərbaycan arxeologiyasının əsasları”, “Arxeologiya və romantika”, “Azərbaycan keramikası” və digər əsərləri ilə tarix elminə mühüm töhfələr verib.

Qafar Cəbiyev “Əməkdar jurnalist” fəxri adına və “Qızıl qələm” mükafatına layiq görülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

GÖSTƏR-Osman Fərmanoğlunun şeiri

Tanrım,bu dik,nə dik ola,Dolama yerini göstər.Məni bu dolama yolaSalana yerini göstər.Canını alıb ahudan,Kimdi belə qan axıdan?Günah dərib günahlıdan,Yalana yerini göstər...Bir gözlük yuxudu hərə,Bir kaman oxudu hərə...Özünü toxudu hərəTalana, yerini göstər.Əlindədi hər var olan,Dərdsə,dərdiylə oyalan;Ağanın əlində qalanQuluna yerini göstər.Osman,yükü daşdı,almaz,-Yolunu yoran yorulmaz.Gedəni saxlamaq olmaz,Qalana yerini göstər.--------YİYƏ----Nə uzaqların istisindən, nə yaxınların tüstüsündən yarıdım.His verən ocaqlargözlərimi dumanlandırdı,Buzlaqlardan gələn işartılarfikrimi sırsıralarda dolandırdı...İynəylə gor qazanları görəndəgözlərimdən düşdü cəhənnəmin qır qazanları.Əlində təsbeh dilənən gördümnə qədər talelərə əlavələr yazanları.Gözlərimdə gecələdiilmələri yarımçıq gəbələr, kəsilmədi xanaların qotazlı xalıları,sevindirmədi çeşniyə baxmaqdangözünün nuru getmiş qarıları...Yuxularda da qayıtmadıatla dönəsi kişilər,--axan ulduzların xofundan,bəlkə də, görməmişik,günün birində gəlib keçmişlər,Hə, belə-belə işlər...Bir də, sən kimi axtarırsan, könül,onsuz da...

18 Avqust 2026, 12:00

ŞAIR, SSENARİST İLQAR FƏHMININ DOĞUM GÜNÜDÜR

İlqar Fəhmi (İlqar Əli-Abbas oğlu Paşayev) Bakının Zirə kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb (1992-1996), sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib.“Axırıncı qatar” (“İtlər”) pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib (2002), şeirlərinə musiqilər bəstələnib. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?”, şeirləri, “Çənlibel tülküsü”, “Qarğa yuvası”, “Kölgəboğanlar”, “Akvarium”, “Aktrisa” romanları, “Karmen” povesti, “Bakı tarixindən kollaj” bədii-publisistik kitabı əsərlərindən bəziləridir. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007 2007-ci ildə...

18 Avqust 2026, 10:44

Atasının həsrət qaldığı Saraldan Zəngilan Zəfərinə – general-leytenant Babək Ələkbərovun Vətən yolu 

 Bəzən bir insanın həyatına baxanda yalnız onun öz ömrünü görmürsən. O ömrün arxasında bir ailənin taleyi, bir yurdun həsrəti, bir nəslin yaddaşı və illərlə ürəkdə daşınan bir qayıdış arzusu görünür. General-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Babək Mürsəl oğlu Ələkbərovun həyat yolu da belə bir yaddaşın içindən keçir. Onun hekayəsinin başlanğıcında Abşeronun Ceyranbatanda deyil, atasının doğulduğu Qərbi Azərbaycanın Saral kəndi, anasının doğma yurdu Molla Eyyublu dayanır. Bir gün həmin ailənin yaddaşında yaşatdığı yurd həsrəti başqa bir Azərbaycan torpağının azadlığı uğrunda döyüşən oğulun taleyinə çevriləcəkdi.Babək Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunda dünyaya gəlib. O, doğulduğu torpağın havasını, suyunu, küçələrini uşaqlıqdan tanıyıb. Amma...

18 Avqust 2026, 10:40

Siz kafirsiniz, biz mömin, gəlin dalaşaq - AQŞİN YENİSEY

Çoxtanrılığın bir işi yaxşı idi ki, tanrılar çox olanda öz bölgələrindən kənara çıxmazdılar. Şumerlilərin, assuriyalıların, yunanların, misirlilərin, fələstinlilərin və s. hərəsinin öz tanrıları vardı və heç biri iddia etmirdi ki, bizimkilər sizinkilərdən daha yaxşıdır. Çoxtanrılıq dövründə savaşlar olurdusa da qız-gəlin üstündə, mal-qara uğrunda, arpa, buğda kisələrinə görə olurdu. Heç kim də bir-birinə demirdi ki, siz kafirsiniz, biz mömin, gəlin dalaşaq. Tək tanrı dünyaya süvari olaraq gəldi, ata, dəvəyə minib dünyanın dörd bir tərəfinə çapdı, ona inanmayanları kafir elan edib öldürülməsini əmr etdi. İnsanları bir-birinə qarşı qoydu. İnsanlara metafizik ayın-oyun uğrunda bir-birilərinə hücum etməyi tək tanrı öyrətdi. İnsanlıq nağdı qoyub nisyə uğrunda savaşmağa başladı. Beş...

18 Avqust 2026, 10:25

Nələr yaşamışam, bilən olmadı...  Sayman Aruzun şeiri

Mən odlar içində, İbrahim kimi,Gülüstan olmağa gül axtarıram.Qapına gəlmişəm, ey dərd sahibi,Başıma tökməyə kül axtarıram...Mən ömür boyunca quyu dibindəKarvan gözləmişəm, gələn olmadı.Bu həyat deyilən məhbəs içindəNələr yaşamışam, bilən olmadı...Qapı oldum deyə, döydülər məni,Körpü oldum deyə, ayaqladılar...Mən Quran kimiydim qananlar üçün,Məni oxumadan varaqladılar...Artıq insanlara ümidim yoxdur,Amma qiyamətə çox ümidliyəm.Bircə o qalır ki, bu dost-tanışdanNecə Yaradana şikayət deyəm?..Necə gileylənim Şirindən axı?Bisütun qazmışam onun üçün mən.Qərib olsam belə, sinəmin ahıOlub Şirin üçün kasıb bir vətən....Məni Araz kimi yarıya bölüb,Qan ilə bəxtimi bir yoğurdular.Yadıma gəlir ki, Səmədlə birgəArazda bizləri bir boğurdular...Mən özüm illərdir Qara Balıq təkDeyirəm: Azadlıq, Vətən, bütövlük!Deyirəm: Vətən tək iki bölünsək,Ayrı düşsək...

17 Avqust 2026, 18:36

 SƏN GÖZLƏRİ DƏNİZLƏRDƏN ALMISAN! - Əmir Pəhləvan yazır 

Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978).İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın...

17 Avqust 2026, 13:13