Fazil Mustafa Səfəvilər, Rəsulzadə və Azərbaycan dövlətçiliyi ilə bağlı mövqeyini açıqlayıb
Cəmiyyət 18 Avqust 2026, 10:13
621
Milli Məclisin deputatı Fazil Mustafa tariximizin mübahisəli dövrləri ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.
CityPost.az-ın xəbərinə görə, Fazil Mustafa qeyd edib ki, ayrı-ayrı şəxslərin Azərbaycan tarixinin ziddiyyətli məqamları ilə bağlı fikir və mülahizələr irəli sürməsi cəmiyyətin maariflənməsi baxımından faydalıdır.
Bununla belə, onun sözlərinə görə, müzakirələrdə tarixi bilikləri yetərli olmayan şəxslərin üstünlük təşkil etməsi mövzunun keyfiyyətinə mənfi təsir göstərir.
Deputat Taleh Şahsuvarlının Azərbaycan dövlətçiliyinin tarixi ilə bağlı bəzi fikirlərini tənqid edib.
O, Şahsuvarlının “Azərbaycan dövlətini Babək yaradıb” tezisini irəli sürdüyünü, həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasındakı rolunu kiçiltməyə yönələn yazılar yazdığını bildirib.
Fazil Mustafa digər müzakirə iştirakçısı Ceyhun Bayramlını da tənqid edib.
O, Bayramlının sosial şəbəkələrdə Rəsulzadə və Fətəli xan Xoyski haqqında ittihamlar səsləndirdiyini, eləcə də Nuru Paşaya münasibətdə qəbuledilməz ifadələr işlətdiyini iddia edib.
Deputat Rəsulzadənin sovet hakimiyyəti dövründəki taleyinə də toxunub. Onun sözlərinə görə, Rəsulzadənin sovet hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə irəli sürülən iddialar tarixi şərait nəzərə alınmadan qiymətləndirilir.
“Lahıcdan tutulub gətirilən Rəsulzadə Sovet rejiminin əlində bir əsir olub. Stalin onu Pankratovun əlindən qoparıb bir əsir kimi Moskvaya aparıb. Böyük milli liderimiz ilk fürsətdə də Finlandiyaya qaçmağı bacarıb”,- deyə Fazil Mustafa bildirib.
O, Rəsulzadənin irsinə tənqidi yanaşmağın mümkün olduğunu, lakin onun milli istiqlal mübarizəsindəki fəaliyyətinin təhqir və aşağılayıcı ifadələrlə təqdim edilməsini yolverilməz saydığını vurğulayıb.
Fazil Mustafa bundan sonra tarixi məsələlər üzrə “bilgisi yetərsiz” və Cümhuriyyət irsinə hörmətsiz yanaşan şəxslərlə debatlara çıxmamaq qərarına gəldiyini bildirib.
Həmçinin oxuyun
O, daha əvvəl Dilavər Əzimli, Cəmil Həsənli, Sabir Rüstəmxanlı və digər şəxslərlə müxtəlif platformalarda mədəni debatlar apardığını xatırladıb.
Deputat əsas mübahisə mövzusunun Səfəvilər irsi və onun müasir siyasi-ideoloji təqdimatı olduğunu qeyd edib.
Onun fikrincə, Səfəvilər irsi Azərbaycan və İran arasında ortaq tarixi mövzu olmaqla yanaşı, müasir dövrdə fərqli ideoloji yozumlara səbəb olur.
“Bizim dövlətçilik bazası üçün şəriksiz, mübahisəsiz dəyər Azərbaycan Xalq Cümhuriyyətidir. Onun dünyəvilik üzərində qurulmuş ideya prinsipləri dünənki Səfəvilərin, bugünkü neosəfəvi irançıların teokratik dövlət modelinin tamamilə əksidir”, – Fazil Mustafa deyib.
O bildirib ki, Azərbaycan tarixində mövcud olmuş Şirvanşahlar, Səlcuqlular, Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Əfşarlar və xanlıqlar dövrü indiki qədər ciddi qarşıdurma yaratmır.
Deputat XVI əsrdə baş verən hadisələrin Azərbaycan cəmiyyətini bütövləşdirmək əvəzinə, bu günə qədər davam edən qarşıdurma mənbəyi yaratdığını düşünür.
Onun sözlərinə görə, Nadir şahın Muğan qurultayında çatdırmaq istədiyi əsas tezislərdən biri də məhz bu məsələ ilə bağlı olub.
Fazil Mustafa tarixdə müxtəlif siyasi və dini ideologiyalar zəminində baş vermiş kütləvi qətlləri müqayisə edərək faşizmin yalnız Hitlerlə məhdudlaşmadığını bildirib.
“Faşizm semantik bir ifadədir, o sadəcə Hitlerlə başlamayıb, düşüncəyə, inanca görə kütləvi qətllərin baş verdiyi hər yerdə özünü göstərib”, – deyə deputat qeyd edib.
Fazil Mustafa vurğulayıb ki, bu cür müzakirələrdə məqsəd kimisə “məğlub etmək” deyil, cəmiyyətin keçmişin faydalı irsindən yararlanmasına nail olmaq olmalıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Millətimizin yaddaşını yoxlamaq istədim…
Heç kim unudulmur, heç nə yaddan çıxmır…Sadəcə, millətimizin yaddaşını yoxlamaq və kiçik bir müşahidə aparmaq istədim.Bir zamanlar bütün millət ayağa qalxaraq müstəqillik tələb edəndə, bu və bunun kimilər Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş, ölkəmizdə rus və erməni təbliğatına açıq və ya dolayı şəkildə dəstək vermiş, tarixi türk şəhərimiz Dəvəçi şəhərinin adının dəyişdirilməsinin təşəbbüskarı, bəzi çıxışlarında Türklüyə və türklərə qarşı sətiraltı nifrəti hiss olunan bir siyasətçini bu gün necə xatırlayırsınız?..Qarabağın işğal altında olduğu illərdə işğalçıya qarşı ciddi mövqe nümayiş etdirməyən, haqqı tapdanan insanların müdafiəsində prinsipial mövqe ortaya qoymayan, uzun illər parlamentdə təmsil olunmasına rəğmən sosial problemlərin həlli, xüsusilə uşaqlara dövlət tərəfindən...
18 Avqust 2026, 11:05
ƏRƏFƏ: MİLLİ MƏSULİYYƏT VAXTI
Allah bilir neçənci dəfədir bu mövzuya qayıdıram: sosial şəbəkələrdə “prioritetlərin” quraşdırılması. Prosesin bir başqa adı əsl prioritetlərin populist mövzular, ani maraq oyadan, sonra da tez bir vaxtda unudulan, amma lazım olan an üçün öz işini görmüş olan, strateji mahiyyətdən verstlərlə uzaq məsələlərin arxasında ya gizlədilməsi, ya da itirilməsidir. Bunu edən ayrı-ayrı müəlliflər, ən fərqli zehniyyət düşərgələrini təmsil edən şəxslər ya qəsdən, ya bilməyərəkdən- dövlətin, xalqın tarixi taleyinə aid mövzuların sosial şəbəkələrdə uzun müddət və faydalı müzakirə edilməsinə mane olur, quraşdırılmış psevdovacib mövzulara maraq oyatmağa çalışırlar. Təəssüf ki, bəzən öz istədiklərinə nail olurlar da. Məsələn, sosial şəbəkələrdə Azərbaycanın 8 Avqust gündəliyi,...
18 Avqust 2026, 10:58
Müəmmalı şəkildə həlak olan Pakistan prezidenti
17 avqust 1988-ci il, Pakistan prezidenti Məhəmməd Ziyaülhəqq müəmmalı təyyarə qəzasında həlak olur.Ziyaülhəqq 1924-cü ildə, indi Hindistanda olan Calandhar şəhərində anadan olub. Hərbi təhsil alandan sonra İkinci dünya müharibəsinin sonlarında Britaniya ordusunun tərkibində yaponlara qarşı döyüşüb. 1947-ci ildən Pakistan ordusunda xidmət edib. 1967-1970-ci illərdə İordaniyadakı Pakistan hərbi missiyasında olub və kral ordusunun Fələstin silahlı qruplarına qarşı “Qara sentyabr” döyüşlərində iştirak edib. 1971-ci ildə Pakistan Xalq Partiyasının sədri Zülfüqar Əli Bhutto prezident, 1973-cü ildə yeni konstitusiyanın qəbulundan sonra isə baş nazir oldu. Bu dövrdə Ziyaülhəqq Bhuttoya özünü loyal, ordunun siyasətdən kənar qalmasının tərəfdarı kimi göstərə bilir və onun etimadını qazanır. 1976-cı ilin martında...
18 Avqust 2026, 10:56
ÖZ QAPISINI SÜPÜRÜB, ZİBİLİ QONŞUNUN QAPISINA TÖKMƏK
Biz təmiz şəhər istəyirik. Təmiz küçələr, səliqəli binalar, təmiz ictimai nəqliyyat, zibilsiz parklar, sahili tullantılardan uzaq dəniz arzulayırıq. Amma çox vaxt bir şeyi unuduruq: təmizlik yalnız başqalarından gözlənilən bir xidmət deyil, hər birimizin gündəlik davranışıdır.Avtobusa və ya metroya minəndə oturacağın təmiz olmasını istəyirik. Küçələrin səliqəli qalmasını istəyirik. Dənizə gedəndə təmiz sahil görmək istəyirik. Blokumuza daxil olanda pilləkənlərin, dəhlizlərin və liftlərin təmiz olmasını gözləyirik. Amma bəzən əlimizdəki kağızı, salfeti və ya plastik qabı yerə atır, küçədən gətirdiyimiz palçığı və tozu ümumi məkanlara daşıyır, dəniz sahilində istifadə etdiyimiz əşyaları arxamızda qoyub gedirik.Bəzən isə daha paradoksal davranırıq: öz evimizi, həyətimizi və qapımızın qarşısını...
18 Avqust 2026, 10:51
Məncə, Arzuxan Əlizadənin ən maraqlı tərəfi adının Arzuxan olmağıdır
Bir müddət əvvəl Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), daha dəqiq, Etibar Məmmədov haqqında yazı yazmışdım. Yazımın ümumi mahiyyəti Etibar Məmmədovun uğursuz siyasətçi olması barəsində idi. Ancaq siyasətlə məşğul olmayan, uğursuz sözünü az qala təhqir hesab edən partiya üzvləri də, elə Etibar Məmmədovun özü də bu ifadəmi qəbul etmədi. Məsələ məhkəməyə qədər gedirdi ki, igidlər sonda əl saxladı. Ancaq həmin yazıda unutduğum bir adam da var idi ki, o adam Arzuxan Əlizadədir. Məlumdur ki, gözdən uzaq olan könüldən də uzaq olar. Bu səbəb, Arzuxan müəllimi nə gözdən, nə könüldən uzaq saxlamağın adı yoxdur. Məncə, Arzuxan Əlizadənin ən maraqlı tərəfi adının Arzuxan olmağıdır. Etiraf edək ki, bu ad,...
18 Avqust 2026, 10:49
VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN
Əvvəlcə xəyalları sən qurursan. Zaman keçdikcə isə anlayırsan ki, əslində, qurduğun xəyallar səni inşa edir. İnsan özünün memarıdır. Bu gün olduğun insan, illər əvvəl xəyalını qurduğun, planını cızdığın və olmaq istədiyin insanın nəticəsidir.Taleyin mənim üçün yazdığı yol məni gənclik illərində Vətəndən uzaqlara apardı. Lakin qəribədir ki, Vətəndən uzaqlaşdıqca düşüncələrim ona daha da yaxınlaşdı. Gənclik illərimin bir hissəsini Ərəbistan yarımadasının isti iqlimində, səhranın və dənizin bir-birinə qovuşduğu fərqli bir coğrafiyada keçirdim. Bəzən Ədən körfəzinə açılan dənizə, bəzən də səhranın sonsuzluğuna baxırdım. İsti küləklərin gətirdiyi qum, sahilə toxunan duzlu su və uzaqlara uzanan üfüqlər mənim üçün tamam başqa bir dünyanın mənzərəsi idi....
18 Avqust 2026, 10:46