Ömrümüzün və Azərbaycanın İlqar Musayeviç sindromu
Cəmiyyət 28 Avqust 2026, 11:50
448
“Çinar qələm olsa, Xəzər mürəkkəb
“İlqar” ha yazıla, yenə tükənməz, - İslam Türkayın şeiri olmalıdır.
Həmçinin oxuyun
Gəncədə doğulub, Gəncənin 1 saylı məktəbində oxuyub (rəsmi sıra sayı 1 olmasa da, nüfuzu sıra sayında 1-lə ifadə olunan), gəlib Azərbaycanın 1 saylı (qeyd-şərtsiz Azərbaycan ali məktəblərinin Məkkəsi olan) Universitetini bitirib, hazırda (istəsək də, istəməsək də, belə olmasa da belə, faktiki və rəsmi statusuna görə) ölkənin 1 nömrəli qəzetində qənirsiz 1 nömrəli bölgə müxbiri olan İlqar Musa oğlu Həsənov yeni yaşına qədəm qoyub – bu günün gündəm olayları içində ən sanballı, özü də gələcəkdə qeyd olunacaq keçmişin ən şərəfli bir tarixi olacaq bir statistik təntənədir!
“Elə Araz deyə gileylənirsən,
Çayın nə günahı, Araz neyləsin?
Bir çayla ikiyə bölünüb vətən,
Tanrıdır pənahı, Araz neyləsin?” şeirindəki o beytlə ona görə yazıya başladım ki... o beyt... tam da İlqar Musayeviçin əyninə, şaxı ülgüc kimi kəsən ŞƏXSİYYƏTİNƏ BƏY KOSTYUMU KİMİ, KİP OTURUR!
Niyə belə başladım ki, “İlqar” (mətndə “bu dərd” kimidir) ha yazıla, yenə tükənməz”, deyim:
Şükür Allaha, Azərbaycan hətta keçən əsrin əvvəlində Ukraynada “qolodomor” və keçən əsrin ortalarında, Xruşşovun hesabına yaşanan aclıq illərində belə yeyib-içən xalq olub, allah da başacan versin, deməyim o ki, gözəl bilirsiniz: o məclislər olur e, günün günortaçağı başlayır və ta sabahı səhər ertəyəcən davam edir, gedib iki gün leş yatırsan, duranda... yadında mütləq də nəsə qalır!
Bax, İlqar Musayeviçin ömrünün hər ili növbəti ad gününə qədər o “dünən günortadan başlayıb səhər ertəyəcən davam edən yeyib-içmək məclisi”nin iki gündən sonra belə YADDA QALAN o mütləq FAKTIDIR!
İlqar Musayeviç yaşadığı hər ilin izini-faktını qoyan adamdır bizlər üçün!
İlqar Musayeviçin hər ad günündə hər türlü təbriklər, minnətdarlıqlar, təşbehlər, epitetlər, metaforalar səslənir, yazılır, fəqət İlqar Musayeviçə sevgi və təşəkkür tükənmir. Nədənini bilirsiniz?
Bilmirsiniz, mən bilirəm, mən də sizə deyirəm, siz də öz adınızdan deyin, guya ki bilirdiniz: İlqar Musayeviç bu xalqın ədəbiyyatını, ictimai-siyasi, ədəbi-əxlaqi dünyasını, jurnalistika sindikatını və keçmiş və müasir tarixini çox gözəl bilir! İçinəcən-iliyinəcən – çünki hamısının və hər şeyin içindədir! Azərbaycanlılıq iliyindədir İlqar Musayeviçin! Keçmişinəcən – çünki oxuyub, dərk edib, öyrənib, təhlillər aparıb, müqayisələr üstündə bu xalqa layiq olan və həm də doğru variantını müəyyənlşdirib, həm də təbliğ edir!
İlqar Musayeviç istənilən rəsmi törəndə varsa, jurnalist dəstəsinin önündə pyedestala addımlamağı haqq edən imzadır, fəqət, yeganə haqqı olub da haqqını kullanmayan, SUBORDİNASİYA qaydalarını və protokol etiketlərini peşə etkası baxımından ən kübar səviyyədə sərgiləyən bir ARİSTOKRATdır!
Göstərin mənə Azərbaycanda bir JURNALİST ki, vəzifə, mandat və klan mənsubluğu olmadan, İlqar Musayeviç qədər zəngi, gəlişi, qapını döyməsi, xahiş etməsi, problemi çözməsi qıcıq yaratmasın, həm də üzünə və arxasınca xoş söz deyilsin!
Var? Tapsanız, xəbər edərsiniz!
Buna görə də İlqar Musayeviçdən ha yaz, yenə tükənməz: adam nüfuz alveri, etimaddan sui-istifadə eləmir, adam əgər adama – mənsəb sahibinə nəyisə deyirsə (xahiş adı altında belə!), yüz faizdir ki, məmuru iqtidar, vətəndaşı dövlət üçün qoruyur deməkdir!
İlqar Musayeviç o nadir şəxsiyyətlərdəndir ki, hər gün onu biri tanıyır, tanıyan kimi də, özünü ona dost sayır, dost sayan kimi də, ömrünü onunla dost qalmağa sərf edir – İlqar Musayeviçin bu keyfiyyətini yalnız İLDƏ 10 MİN YENİ SÖZLƏ zənginləşən ingilis dili ilə alternativ saymaq olar!
İlqar Musayeviç o nadir şəxsiyyət və ağsaqqallardandır ki, Sözü nə yazıda, nə məmur qapısında, nə düşmənlə davada sınır!
Əgər İlqar Musayeviçi eşitmədilərsə, bu o demək deyil ki, İlqar Musayeviçin Sözü yerə düşdü, Sözü sındı, həyatda İlqar Musayeviçin yaxşı dost, böyük kişi olmağının təsdiqinə şahid olanlar başa düşür ki... qapısına apardığın adam manatı öpüb möhür yerinə səcdə edən kopoludur, arvadından keçər, rüşvətdən keçməz!
Adam həm də bilir ki, İlqar Musayeviç adamı kresloqarışıq Hövsan kanalizasiya quyusuna ata bilər, Bakıda sel olanda bilinər ki, bunu İlqar Musayeviç edib, amma və lakin... Azərbaycanda ən oğraş məmur da, ən qansız rüşvətxor da bilir ki, İlqar Musayeviç KİŞİ ADAMdır, əvvəllər xahiş etdiyi adamla sonradan düşmənçilik etməz və onu o qapıya aparan adama da düşmənçilik etməyə qoymaz! Yoxsa ki, azmı şahid olmuşuq anası, bacısı, arvadı, qızı üçün sürücülük vəsiqəsini xahişlə alıb, məşuqəsi üçün ala bilməyəndə MERO-nu bir-birinə qatanları, yol polisini prokurorluğa şikayət edənləri? Ya da Başçıdan əvvəldən paket alanların “kormut”u kəsiləndən sonra faktları şantaj üçün başqa julik saytlara ötürənləri?
İlqar Musayeviç istisnasız OLARAQ, Azərbaycanın hər rayonunda azı-azı “on dost” bankına malikdir – o rayonlarda işləyib-işləməməsindən asılı olmayaraq!
Və... İlqar Musayeviç miqdarı milyarda çata biləcək bu sərvət mənbələrini Azərbaycan vətəndaşları üçün sərf edir – 40 ildən artıqdır: belə səxavət sahibi tarixdə yalnız və yalnız Hatəm Tai olub!
İlqar Musayeviç çox gəncdir, cavandır, 67 yaş erkən qocalıq – qocalığın ilkin stadiyası sayılır. Kim bilməsə də, görməsə də, İlqar Musayeviç mətbuatdan da, elə indi bögə müxbiri olduğu “Xalq” qəzetində də əməlli-başlı qocalar görüb e – Hacı Həsənov, Əhməd İsayev, Kazım Ələkbərov, Telman Heydərov və b. Hamıya hər şeyi öyrədən İlqar Musayeviçə 67 yaşında öz işlədiyi qəzetdən və qəzetin qocaman əməkdaşlarından 80-i adlamağı, 90-a minməyi öyrənməyi arzu edirəm!
Yaşa, İlqar Musayeviç! – insan çox yaşadıqca, onun ad günlərindən yazmaq asanlaşır, üstəlik də söhbət Sənin kimi Mərd, Böyük Kişilərdən gedirsə!
YAZININ ZARAFATI: qaza bas, qaza, elə bas ki, 99-da dirənsin. “Şərur”da – 68-də görüşənədək!
Hörmətlə,
Möhtərəm və Möhtəşəm Aydın Can
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uşaqların internetdəki təhlükəsizliyi: "Parental Control" funksiyası necə qurulur?
İnternet resurslarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi uşaqların müasir texnologiyalarla erkən yaşda tanışlığına zəmin yaradır. Şəbəkə üzərindəki faydalı məlumatlarla yanaşı, uşaqların psixologiyasına, təhlükəsizliyinə mənfi təsir göstərə biləcək zərərli məzmunlar, onlayn dələduzluqlar, kiberbullinq riski də mövcuddur. Valideynlərin azyaşlıları internetin təhlükələrindən qorumasında ən effektiv texniki həll yollarından biri "Parental Control" (Valideyn Nəzarəti) funksiyasının aktiv olunmasıdır.Citypost.az xəbər verir ki, valideyn nəzarəti funksiyasını qurmaq üçün ilk addım uşağın istifadə etdiyi əməliyyat sistemlərində (Android, iOS, Windows) daxili təhlükəsizlik parametrlərini tənzimləməkdir. "Google Family Link" yaxud "Apple Family Sharing" kimi pulsuz tətbiqlər vasitəsilə valideyn öz smartfonunu uşağın cihazına bağlaya bilir. Bu sistemlər uşağın yaş həddinə uyğun olmayan...
28 Avqust 2026, 11:49
Eldar Əzizovun qudası işdən çıxarıldı
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib.CityPost.az-ın məlumatına görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.Xatırladaq ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayında istifadəyə verilib və elə həmin vaxtdan etibarən Ziyafət Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsində çalışırdı.Qeyd edək ki, Ziyafət Tağıyevanın Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun qudası olduğu deyilir. Onun oğlu isə Yevlax rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevdir.(Faktum.az)...
28 Avqust 2026, 11:48
Torpağın deqradasiyası və səhralaşma: Qlobal ərzaq təhlükəsizliyinə təsiri
Torpağın deqradasiyası, səhralaşma prosesi müasir dünyada ekoloji tarazlığı pozan, qlobal ərzaq təhlükəsizliyini birbaşa təhdid edən ən ciddi problemlərdən birinə çevrilib. İqlim dəyişiklikləri, meşələrin qanunsuz qırılması, su resurslarının düzgün idarə olunmaması, torpaqların həddən artıq istismarı münbit qatın sıradan çıxmasını sürətləndirir. Hər il milyonlarla hektar kənd təsərrüfatı təyinatlı torpaq yararsız hala düşərək səhralaşma zonasına daxil olur, bu hal kənd təsərrüfatı məhsuldarlığının kəskin aşağı düşməsinə gətirib çıxarır.Citypost.az xəbər verir ki, münbit torpaq sahələrinin kiçilməsi artan dünya əhalisini kifayət qədər qida məhsulları ilə təmin etməyi çətinləşdirir. Torpaqda qida maddələrinin azalması, duzlaşma, eroziya taxıl, tərəvəz, digər strateji ərzaq bitkilərinin həcmini azaldır. Bəsləyici torpaq qatının itirilməsi...
28 Avqust 2026, 10:48
"Plagiat" nədir və elmi işlərdə orijinallıq faizi necə yoxlanılır?
Müasir elm, təhsil dünyasında akademiya etikasına riayət olunması, elmi tədqiqatların dürüstlüyü ən mühüm məsələlərdən biridir. Bu sahədə qarşılaşılan ən ciddi pozuntulardan biri "plagiat", yəni mənimsəmə halıdır. Plagiat başqasına ait elmi fikri, mətni, tədqiqat nəticəsini, yaxud ideyanı mənbə göstərmədən, müəllifə istinad etmədən öz adı altında təqdim etməkdir. Bu əməl elmi dürüstlüyə zidd olmaqla yanaşı, tədqiqatçının akademik nüfuzuna ciddi xələl gətirir.Citypost.az xəbər verir ki, elmi məqalələr, dissertasiyalar, diplom işləri hazırlanarkən orijinallıq göstəricisi böyük əhəmiyyət kəsb edir. Orijinallıq faizini müəyyən etmək üçün xüsusi anti-plagiat proqram təminatlarından geniş istifadə olunur. "Turnitin", "StrikePlagiarism", "Unicheck" kimi qlobal proqramlar yüklənən elmi mətni milyonlarla akademik məqalə, kitab, internet...
28 Avqust 2026, 09:13
Şimşək çaxacaq, dolu düşəcək - Hava Proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, havanın temperaturu gecə 21-24° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq.Qərb bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə...
28 Avqust 2026, 08:41
“Harvard” imici, efirlər və sponsor pulları – Kəmalə Ağazadədən Nigar Fərhadla bağlı SƏRT sözlər
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə xaricdə təhsil xidmətləri göstərən “AİD Group”un rəhbəri, aparıcı Nigar Fərhadın saxlanılması ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Kəmalə Ağazadə sosial şəbəkə hesabında Nigar Fərhadı şəxsən tanımadığını, onu mediadan tanıdığını bildirib.O, paylaşımında Nigar Fərhadın çıxışlarının müxtəlif efirlərdə geniş təbliğ olunduğunu və bunun nəticəsində onun cəmiyyətdə müəyyən reputasiya qazandığını qeyd edib.Kəmalə Ağazadə aparıcının verilişlərini və onun mediada təqdim olunmasını sərt ifadələrlə tənqid edib.“Onu buralarda tanıdan efirdə 1 ya da 2 şüvən çıxışının davamlı olaraq təbliğatı oldu. Aha!!! Şüvəndisə demək düz söz deyir!!!” – deyə o yazıb.Birlik sədri həmçinin bəzi media nümayəndələrinin Nigar Fərhadın çıxışlarını...
28 Avqust 2026, 08:07