Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Cəmiyyət 28 Avqust 2026, 13:57
395
2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII siniflərdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisinə başlanacaq. Yenilik xüsusilə rus bölməsində oxuyan şagirdlərin fənni mənimsəmə imkanları, dil hazırlığı və müəllimlərin bu keçidə nə dərəcədə hazır olması ilə bağlı müzakirələri aktuallaşdırır.
Citypost.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov 2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII sinif şagirdlərinə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunmasını müsbət və məqsədyönlü addım kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu qərar həm Azərbaycan tarixinin daha dərindən mənimsənilməsi, həm də dövlət dilinin təhsil prosesində mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan tarixi yalnız müəyyən hadisələrin, tarixlərin və şəxsiyyətlərin öyrənilməsindən ibarət deyil. Bu fənn gənc nəslin Azərbaycanın dövlətçilik tarixini, milli-mədəni irsini, xalqımızın keçdiyi tarixi yolu və müasir dövlətimizin formalaşma prosesini dərk etməsində mühüm rol oynayır. Ona görə də Azərbaycan tarixinin dövlət dilində tədrisi şagirdlərin həm tarixə, həm də Azərbaycan dilinə münasibətinin formalaşmasına müsbət təsir göstərə bilər”.
V.Qafarov bildirib ki, burada mühüm məqamlardan biri də Azərbaycan dilinin yalnız ayrıca bir fənn kimi deyil, bilik əldə etmək və düşünmək vasitəsi kimi mənimsənilməsidir:
“Şagird Azərbaycan tarixini Azərbaycan dilində öyrənərkən eyni zamanda tarixi terminologiyaya yiyələnir, dövlət dilində oxuma, anlama, təhlil etmə və fikrini ifadə etmək bacarıqlarını inkişaf etdirir. Bu baxımdan söhbət yalnız bir fənnin tədris dilinin dəyişdirilməsindən deyil, dövlət dilinin təhsil və elmi düşüncə mühitində daha da möhkəmləndirilməsindən gedir”.
Deputat qeyd edib ki, xüsusilə rus bölməsində təhsil alan şagirdlər üçün keçidin ilkin mərhələsində müəyyən çətinliklər yarana bilər:
“Şagirdlərin Azərbaycan dili üzrə bilik səviyyəsi eyni deyil. Bundan başqa, tarix fənninin özünəməxsus terminologiyası var. Buna görə də müəllimlərin hazırlığı xüsusi əhəmiyyət daşıyır”.
V.Qafarov hesab edir ki, Azərbaycan tarixinin tədrisində əsas məqsəd şagirdlərə yalnız faktları əzbərlətmək deyil, onlarda tarixi təfəkkür formalaşdırmaq olmalıdır:
“Şagird hadisələrin səbəb və nəticələrini anlamalı, hadisələri müqayisə etməyi və müstəqil nəticə çıxarmağı bacarmalıdır. Azərbaycan dilində tarix öyrənmək isə bu bacarıqların dövlət dilində formalaşmasına əlavə imkan yaradır”.
Komitə üzvünün fikrincə, qərarın səmərəli nəticə verməsi üçün onun icra mexanizmlərinə də xüsusi diqqət yetirilməlidir:
“Müəllimlərin hazırlığı, dərsliklərin keyfiyyəti, metodik təminat və şagirdlərin dil səviyyəsi nəzərə alınmalıdır. Keçidin mərhələli şəkildə həyata keçirilməsi də bu baxımdan düzgün yanaşmadır. Çünki təhsil sistemində hər bir yenilik real vəziyyət nəzərə alınmaqla, tədricən və keyfiyyət prinsipi əsasında tətbiq edilməlidir”.
V.Qafarov ümumilikdə Azərbaycan tarixinin Azərbaycan dilində tədrisini milli yaddaşın qorunması, dövlət dilinin möhkəmləndirilməsi və gənc nəslin ölkəmizin tarixini daha dərindən mənimsəməsi baxımından mühüm addım hesab etdiyini bildirib:
“Əsas məsələ bu prosesi formal dəyişiklik kimi deyil, şagirdlərin təhsil keyfiyyətinə xidmət edən sistemli və düşünülmüş islahat kimi həyata keçirməkdir. Məqsəd digər bölmələrdə təhsil alan şagirdlərin həm Azərbaycan dilini, həm də Azərbaycanın zəngin tarixini daha yaxşı mənimsəməsinə şərait yaratmaq olmalıdır”.
Təhsil eksperti Məzahir Məmmədli isə deyib ki, rus bölmələrində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi şagirdlər üçün ciddi problem yaratmamalıdır.
Həmçinin oxuyun
Onun sözlərinə görə, rus bölmələrində bu fənnin Azərbaycan dilində tədrisi yeni məsələ deyil və artıq bir neçə ildir tətbiq olunur:
“Ümumiyyətlə, rus bölmələrində bir neçə ildir ki, Azərbaycan tarixi məhz Azərbaycan dilində tədris olunur. Başqa bir məsələ isə odur ki, bu gün Azərbaycanda fəaliyyət göstərən rus bölmələrində digər fənlər üzrə də vəziyyət ürəkaçan səviyyədə deyil. Biz bunu ali təhsil müəssisələrinə qəbul nəticələrində də müşahidə edirik. Müqayisə apardıqda rus bölməsindən məzun olanların bal göstəricilərinin kifayət qədər fərqli və aşağı olduğunu görürük”.
Ekspert qeyd edib ki, bəzi valideynlərdə övladlarını rus bölməsinə yönəltməklə daha aşağı balla prestijli ixtisaslara qəbul imkanının yaranacağı barədə fikir formalaşıb:
“Bəzi valideynlər düşünürlər ki, övladları rus bölməsində oxusa, daha aşağı balla prestijli ixtisaslara qəbul ola bilər. Amma bu stereotip artıq dağılmaq üzrədir. Rus və Azərbaycan bölmələri arasında keçid ballarının bərabərləşdirilməsi və ya mövcud fərqin aradan qaldırılması ilə bağlı müəyyən narazılıqlar da var. Lakin Dövlət İmtahan Mərkəzinin mövcud sistemi çərçivəsində bununla bağlı hər hansı qadağanın tətbiqi və ya nəticələrin eyniləşdirilməsi imkanları məhduddur”.
M.Məmmədli bildirib ki, Azərbaycanda 200-dən çox məktəbdə rus bölməsi fəaliyyət göstərir, 14 məktəb isə tamamilə rusdillidir:
“Əgər rəqəmlər dəyişməyibsə, ölkədə 200-dən çox Azərbaycan məktəbində rus bölməsi fəaliyyət göstərir, 14 məktəb isə tamamilə rus məktəbidir. Bu məktəblərdə Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi müəllimlər baxımından hər hansı ciddi problem yaratmır”.
Ekspertin fikrincə, şagirdlərin də bu fənni mənimsəməsində ciddi çətinlik yaranmamalıdır.
“Rus bölmələrində oxuyan qeyri-azərbaycanlı, o cümlədən rus millətindən olan şagirdlərin sayı artıq çox azdır. Onların əksəriyyəti uşaqlıqdan Azərbaycan mühitində böyüyür, ətraflarındakı uşaqlar da əsasən azərbaycanlılardır. Buna görə düşünmürəm ki, Azərbaycan tarixinin Azərbaycan dilində mənimsənilməsi ciddi problem yaradacaq. Əgər şagirdin həvəsi varsa, fənni yaxşı mənimsəyə biləcək”.
M.Məmmədli rus bölmələrində digər fənlər üzrə müəllim çatışmazlığına da diqqət çəkib:
“Başqa məsələ odur ki, rus bölmələrində digər fənlər üzrə də çatışmazlıqlar var. Artıq görürük ki, V sinifdən sonra coğrafiya, biologiya, kimya, riyaziyyat kimi fənlər üzrə müəllim çatışmazlığı mövcuddur”.
Ekspert hesab edir ki, valideynlər övladlarının təhsil dilini seçərkən bu məqamları əvvəlcədən nəzərə almalıdırlar:
“Valideynlər bəri başdan düşünməlidirlər ki, övladlarının yaxşı təhsil almasını istəyirlərsə, ana dilində təhsilə üstünlük versinlər. Azərbaycan bölməsində dövlət səviyyəsində kifayət qədər potensial və imkan formalaşıb. Tədrisi müəllimlərin işə qəbulu imtahanından və sertifikatlaşdırmadan keçmiş müəllimlər aparırlar. Rus bölməsində isə müəllimlərin işə qəbulu imtahanlarında həmin istiqamətlər üzrə nəticələrin aşağı olduğunu da görürük”.
M.Məmmədli hesab edir ki, mövcud tendensiya davam edərsə, yaxın illərdə rus bölmələrinə maraq daha da azala bilər:
“Mən düşünürəm ki, yaxın 5-10 il ərzində rus bölmələrində həm oxuyan şagirdlərin, həm də tədrislə məşğul olan müəllimlərin sayı ciddi şəkildə azalacaq. Çünki artıq istiqamət dəyişir, xüsusilə ingilis dilinə maraq artır. Ali təhsil müəssisələrində də abituriyentlərin bu istiqamətə daha çox üstünlük verdiyini görürük. Bu baxımdan hesab edirəm ki, rus bölmələri müəyyən dövrdən sonra tədricən sıradan çıxa bilər”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb - O kimdir?
24 yaşında birincilərin bir addımlığında - Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb.Sovet-alman müharibəsi dövründə İosif Stalin növbəti xarici ölkə nümayəndələrini qəbul etdikdən sonra tərcüməçisi Vladimir Pavlov imzalanan sənədlərin rus dilinə tərcüməsini ona təqdim edəndə aralarında “maraqlı” dialoq yaranıb. Həmin söhbətdə Lavrenti Beriya da iştirak edib. Stalin adətən öz tərcüməçisinə Volodya deyə müraciət edib:- Volodya, sən mənim fikirlərimi “qonaq”lara dəqiq ifadə edə bilirsənmi? Mən buna şübhə etmirəm, amma hər halda soruşmağı da vacib sayıram.Sual Pavlovu çaşdırıb. O, Stalinin bu sualının zarafat və ya ciddi olduğunu ayrıd edə bilməyib:- Əlbəttə, yoldaş Stalin.Söhbətə Beriya müdaxilə edib:- İosif Vissarionoviç, sizin ən məxfi...
28 Avqust 2026, 14:39
Mirşahin Qurban Qurbanovdan yazdı
Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.CityPost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma Qurban! Ayağa qalx!”, – deyə o bildirib.Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.Niderlandda Azərbaycan...
28 Avqust 2026, 14:33
Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazıb
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir.Bu barədə APA-ya açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib.O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib.Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.“Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə Heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər”, - o əlavə edib.Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirilib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir....
28 Avqust 2026, 14:26
Rusiya dövləti məsuliyyət daşıyır -Fazil Mustafa
Moskvada səfirliyimizin qonaq evi qarşısında törədilən təxribata görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır.Bu sözləri millət vəkili Fazil Mustafa bildirib."Tam başlarını itirmişlər. Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir. İmkanları olsa bütün dünya xalqlarına savaş elan edərlər. Ukrayna dövlətinə və xalqına yaşatdıqları zülmün məsuliyyətini hələ də anlamırlar. Azərbaycanı hədəf olaraq seçmək səbəbsiz sayılmaz. Çünki bölgədə ən müstəqil siyasət yeridən dövlət kimi onları yetərincə narahat edirik. Alışa bilmirlər buna. Bütün hallarda etirazlarımızı ortaya qoymaqla yanaşı Rusiya ilə ehtiyatlı və təmkinli siyasət aparmağa davam etməliyik",-deyə paylaşımda qeyd edilir....
28 Avqust 2026, 13:48
Ömrümüzün və Azərbaycanın İlqar Musayeviç sindromu
“Çinar qələm olsa, Xəzər mürəkkəb“İlqar” ha yazıla, yenə tükənməz, - İslam Türkayın şeiri olmalıdır.Gəncədə doğulub, Gəncənin 1 saylı məktəbində oxuyub (rəsmi sıra sayı 1 olmasa da, nüfuzu sıra sayında 1-lə ifadə olunan), gəlib Azərbaycanın 1 saylı (qeyd-şərtsiz Azərbaycan ali məktəblərinin Məkkəsi olan) Universitetini bitirib, hazırda (istəsək də, istəməsək də, belə olmasa da belə, faktiki və rəsmi statusuna görə) ölkənin 1 nömrəli qəzetində qənirsiz 1 nömrəli bölgə müxbiri olan İlqar Musa oğlu Həsənov yeni yaşına qədəm qoyub – bu günün gündəm olayları içində ən sanballı, özü də gələcəkdə qeyd olunacaq keçmişin ən şərəfli bir tarixi olacaq bir statistik təntənədir!“Elə Araz deyə...
28 Avqust 2026, 11:50
Uşaqların internetdəki təhlükəsizliyi: "Parental Control" funksiyası necə qurulur?
İnternet resurslarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi uşaqların müasir texnologiyalarla erkən yaşda tanışlığına zəmin yaradır. Şəbəkə üzərindəki faydalı məlumatlarla yanaşı, uşaqların psixologiyasına, təhlükəsizliyinə mənfi təsir göstərə biləcək zərərli məzmunlar, onlayn dələduzluqlar, kiberbullinq riski də mövcuddur. Valideynlərin azyaşlıları internetin təhlükələrindən qorumasında ən effektiv texniki həll yollarından biri "Parental Control" (Valideyn Nəzarəti) funksiyasının aktiv olunmasıdır.Citypost.az xəbər verir ki, valideyn nəzarəti funksiyasını qurmaq üçün ilk addım uşağın istifadə etdiyi əməliyyat sistemlərində (Android, iOS, Windows) daxili təhlükəsizlik parametrlərini tənzimləməkdir. "Google Family Link" yaxud "Apple Family Sharing" kimi pulsuz tətbiqlər vasitəsilə valideyn öz smartfonunu uşağın cihazına bağlaya bilir. Bu sistemlər uşağın yaş həddinə uyğun olmayan...
28 Avqust 2026, 11:49