Bizə yazın

Baku

-°C

USD

-

Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb - O kimdir? 

Cəmiyyət 28 Avqust 2026, 14:39

465

24 yaşında birincilərin bir addımlığında - Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb.

Sovet-alman müharibəsi dövründə İosif Stalin növbəti xarici ölkə nümayəndələrini qəbul etdikdən sonra tərcüməçisi Vladimir Pavlov imzalanan sənədlərin rus dilinə tərcüməsini ona təqdim edəndə aralarında “maraqlı” dialoq yaranıb. Həmin söhbətdə Lavrenti Beriya da iştirak edib. Stalin adətən öz tərcüməçisinə Volodya deyə müraciət edib:

- Volodya, sən mənim fikirlərimi “qonaq”lara dəqiq ifadə edə bilirsənmi? Mən buna şübhə etmirəm, amma hər halda soruşmağı da vacib sayıram.

Sual Pavlovu çaşdırıb. O, Stalinin bu sualının zarafat və ya ciddi olduğunu ayrıd edə bilməyib:

- Əlbəttə, yoldaş Stalin.

Söhbətə Beriya müdaxilə edib:

- İosif Vissarionoviç, sizin ən məxfi görüşlərinizdə iştirak edən bu cavan oğlan çox şeylər bilir. Nədənsə, mən ondan şübhələnirəm. Bəlkə onu Sibirə göndərək?

Beiyanın çox ciddi görkəmdə dediyi bu sözlər Pavlovu daha da çaşdırıb. Amma o, özünü itirməyərək təmkinini pozmayıb və heç bir reaksiya verməyib. Stalin isə Beriyaya təbəssümlə cavab verib:

- Biz hamını həbs etməklə sonda bu binada ikimiz qalacağıq. Pavlov hələ bizə lazımdır.

Sonra Stalin üzünü Pavlova tutub:

- Volodya, de görüm sən yalvarışları da tərcümə edə bilirsənmi?

- Çalışaram, yoldaş Stalin.

- Onda get, işlərinlə məşğul ol. Yaxın vaxtlarda sən Hitlerin yalvarışını mənə tərcümə edəcəksən.

Vladimir Pavlovun tərcüməçilik fəaliyyətində bu cür hadisələr çox olub, o, birincilərin siyasi fəaliyyətində bir çox hadisələrə şahidlik edib.

1915-ci ildə Moskvada sadə mühəndis ailəsində anadan olan Pavlov hələ məktəb illərindən öz gələcək həyatını müəyyənləşdirib. O, məktəbi bitirdikdən sonra Moskva Energetika İnstitutunda ali təhsil alıb və institutdan sonra elmi yaradıcılıqla məşğul olmağı planlaşdırıb. Pavlovun maraq göstərdiyi sahələrdən biri isə xarici dillər olub. İyirmi yaşında olanda o, beş dildə sərbəst danışmağı və yazmağı bacarıb. Elə bu bacarığı da onu tamam fərqli bir sahəyə aparıb.

İnstitutun sonuncu kursunda oxuyanda, diplom işinin müdafiəsi ərəfəsində Pavlov Moskva şəhər Partiya Komitəsinə dəvət olunub. Onu bir neçə kabinetdə sorğu-suala tutublar, mütəxəssislər onun dil bilgiləri ilə maraqlanıblar. 

Səhərisi gün isə Pavlov Mərkəzi Komitənin kadrlar üzrə katibi Georgi Malenkovun qəbuluna aparılıb. 

Yarım saatlıq söhbətdən sonra Pavlova Xarici İşlər Nazirliyinin strukturunda iş təklif edilib.

Beləliklə, 24 yaşlı Pavlov 1939-cu ildə, 24 yaşı olanda Xarici İşlər Nazirliyində işləməyə başlayıb. 

O, bu qurumda ayrı-ayrı vəzifələr tutsa da əsas vəzifəsi Stalinin xarici qonaqlarla görüşlərində tərcüməçi qismində iştirak etməsi olub.

Pavlov ilk işi ilə Stalinin rəğbətini qazanıb. 

1939-cu ildə Almaniyanın xarici işlər naziri Ribbentrop Moskvada səfərdə olanda  Pavlov rəsmi, qeyri-rəsmi, məxfi görüşlərdə Stalinin tərcüməçisi kimi iştirak edib. 

Görüşlə bağlı bütün sənədlərin tərcüməsi də məhz Pavlova həvalə edilib. Görüş sona çatdıqdan sonra Stalin Pavlovu kabinetinə dəvət edərək ona təşəkkürünü bildirib.

Pavlov tərcüməçi kimi Stalini bütün görüşlərdə və səfərlərdə, o cümlədən böyük üçlüyün görüşdüyü Tehran və Yalta konfranslarında da  müşayiət edib, onun bir addımlığında dayanıb. Belə görüşlərdə Pavlov Stalinin jestlərini öyrənməyə başlayıb. Belə ki, Tehran konfransı zamanı Stalin müttəfiqlərindən, Çörçill və Ruzveltdən ikinci cəbhənin konkret hansı tarixdə açılacağını eşitmək istəyib. 

Müttəfiqlər müzakirələr zamanı dəqiq tarix söyləməyəndə Stalin ayağa qalxaraq qapıya tərəf üz tutub və geriyə baxmadan yüksək tonla etirazını bildirib:

- Bizim burada iştirakımız artıq mənasız bir işdir, bizim ölkəmizdə müharibə gedir.

Sözsüz ki, bu etirazı tərcümə etmək Pavlovun birbaşa vəzifəsi olub. Amma bu etirazı Pavlov yerində əyləşərək sakitcə tərcümə etməyib. O da Stalin kimi ayağa qalxıb, qapıya üz tutub, geriyə baxmadan Stalin kimi səsinin tonunu qaldıraraq tərcümə edib. 

Sonralar Çörçill və Ruzvelt bu hadisəni zarafatla Pavlova xatırladıblar.

Maraqlı hadisələrdən biri isə Yalta konfransında Stalin, Çörçil və Ruzveltin şərəfinə verilən ziyafətdə baş verib. 

Sovet lideri qədəhini götürərək Pavlova və onun yanında dayanan həmkarlarına yaxınlaşıb, üzünü Çörçill və Ruzveltə tutub:

- Mən təklif edirəm ki, bu qədəhləri Pavlovun və onun həmkarlarının şərəfinə qaldıraq. 

Onlar biz istirahət edərkən, ziyafətlərdə olarkən belə iş başında olurlar. Bu çox zəhmət tələb edən bir işdir. Şəxsən mən öz tərcüməçimin bu zəhmətini yüksək qiymətləndirirəm.

Çörçill və Ruzvelt Stalinin təklifini məmnunluqla qəbul ediblər. Beləliklə, XX əsrin üç nəhəng siyasətçisi Pavlovun şərəfinə qədəhlərini toqquşdurublar.

Pavlov öz tərcüməçilik fəaliyyətində mövcud dövrdə dünyanın ən tanınmış siyasi simalarının demək olar ki, hamısını görüb. O, özü söylədiyi kimi Adolf +itlerin buz kimi tərli əlini sıxıb, Çörçilin zarafatlarını eşidib, Ruzveltin müdrikliyinin şahidi olub, Stalinin özünəməxsus siyasi manevrləri və jestlərini görüb. 

Sonralar yazdığı xatirələrdə Pavlov bu nəhəngləri əvəzolunmaz şəxsiyyətlər adlandırıb. 

Onun ən narazı qaldığı şəxs isə strukutur baxımdan tabe olduğu SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov olub. 

O, öz açıqlamalarında bildirib ki, Molotov rəhbər kimi tabeliyində olanlara qarşı həmişə kobud rəftar edib, onların problemləri ilə maraqlanmayıb, xoş münasibət yaratmağa çalışmayıb. 

Elə bu münasibətlərə görə də Stalinin vəfatından sonra Molotovla Pavlov anlaşa bilməyiblər. Molotov Pavlovu tutduğu vəzifələrdən azad edib.

Pavlov sonrakı fəaliyyətini “Tərəqqi” nəşriyyatının direktoru kimi xarici ədəbiyyatların tərcüməsi ilə davam etdirib.

Vladimir Pavlov 1993-cü ildə, 78 yaşında vəfat edib.

İlham Cəmiloğlu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

USTADIMA VƏFA BORCUM - NƏRİMAN HƏSƏNZADƏNİN ƏZİZ XATİRƏSİNƏ  

Bəzən insan həyatda elə şəxsiyyətlərlə qarşılaşır ki, illər keçsə də, zaman onları yaddaşdan silə bilmir. Onların səsi, baxışı, danışığı, təbəssümü, bircə kəlməsi belə insanın yaddaşında yaşayır. Bəzi insanlar isə sadəcə xatirəyə çevrilmir, insanın mənəvi dünyasının ayrılmaz parçasına çevrilirlər. Mənim üçün Nəriman Həsənzadə məhz belə böyük və əziz şəxsiyyət idi. Onun haqqında yazmaq mənim üçün həm böyük məsuliyyət, həm də ustadıma olan vəfa borcumdur.Bir də o həzin, duyğulu, insanın qəlbinə məlhəm kimi yayılan o səsi canlı eşitməyəcəyəm... Bu fikri dilə gətirmək belə mənə ağır gəlir. Onun səsi bir başqa idi. Şairlərin xüsusi şeir oxumaq diksiyası var. Bu, çoxlarına aiddir. Lakin Nəriman...

28 Avqust 2026, 15:07

Nigar Fərhad sərbəst buraxıldı

Çoxsaylı şikayətlər əsasında saxlanılan "AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.İstintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Digər yeni məlumat ondan ibarətdir ki, "AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb. ///Qafqazinfo...

28 Avqust 2026, 15:05

Mirşahin Qurban Qurbanovdan yazdı 

Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma Qurban! Ayağa qalx!”, – deyə o bildirib.Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.Niderlandda Azərbaycan...

28 Avqust 2026, 14:33

Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazıb 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir.Bu barədə APA-ya açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib.O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib.Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.“Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə Heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər”, - o əlavə edib.Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirilib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir....

28 Avqust 2026, 14:26

Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK

2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII siniflərdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisinə başlanacaq. Yenilik xüsusilə rus bölməsində oxuyan şagirdlərin fənni mənimsəmə imkanları, dil hazırlığı və müəllimlərin bu keçidə nə dərəcədə hazır olması ilə bağlı müzakirələri aktuallaşdırır.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov 2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII sinif şagirdlərinə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunmasını müsbət və məqsədyönlü addım kimi qiymətləndirib.Onun sözlərinə görə, bu qərar həm Azərbaycan tarixinin daha dərindən mənimsənilməsi, həm də dövlət dilinin təhsil prosesində mövqeyinin gücləndirilməsi baxımından...

28 Avqust 2026, 13:57

Rusiya dövləti məsuliyyət daşıyır  -Fazil Mustafa

Moskvada səfirliyimizin qonaq evi qarşısında törədilən təxribata görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır.Bu sözləri millət vəkili Fazil Mustafa bildirib."Tam başlarını itirmişlər. Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir. İmkanları olsa bütün dünya xalqlarına savaş elan edərlər. Ukrayna dövlətinə və xalqına yaşatdıqları zülmün məsuliyyətini hələ də anlamırlar. Azərbaycanı hədəf olaraq seçmək səbəbsiz sayılmaz. Çünki bölgədə ən müstəqil siyasət yeridən dövlət kimi onları yetərincə narahat edirik. Alışa bilmirlər buna. Bütün hallarda etirazlarımızı ortaya qoymaqla yanaşı Rusiya ilə ehtiyatlı və təmkinli siyasət aparmağa  davam etməliyik",-deyə paylaşımda qeyd edilir....

28 Avqust 2026, 13:48