Bizə yazın

Baku

-°C

USD

-

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Cəmiyyət 28 Avqust 2026, 15:50

2352

28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.

İclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İclasın yekununda bir sıra qərarlar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.

İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.

İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxıldı və ərizələr İdarə Heyəti tərəfindən qəbul edildi.

İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub. 

Qeyd edək ki, İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Körpələrdə nitq ləngiməsinin 4 əsas səbəbi: Valideynlər nə vaxt loqopedə müraciət etməlidir?

Uşaqların erkən yaş dövründə inkişaf göstəricilərindən biri onların nitq, ünsiyyət bacarıqlarının formalaşmasıdır. Körpələrin ilk sözləri tələffüz etməsi, fikirlərini ifadə etməsi hər bir uşaqda fərdi tempdə baş versə də, müəyyən yaş hədlərində nitqin olmaması, yaxud geriləməsi ciddi narahatlığa zəmin yaradır. Nitq ləngiməsi uşağın yalnız nitq aparatının deyil, onun ümumi psixi, sosial inkişafının da ləngiməsinə yol açan faktordur.Citypost.az xəbər verir ki, bu problemin yaranmasına səbəb olan birinci əsas faktor eşitmə qüsurlarıdır. Uşaq ətrafdakı səsləri, sözləri tam, aydın duymadıqda həmin səsləri təqlid edə bilmir, nəticədə nitq inkişafı ləngiyir. İkinci mühüm səbəb pedaqoji, sosial baxımsızlq, yəni ailədə canlı ünsiyyətin azlığıdır. Uşaqla kifayət qədər danışılmadıqda,...

28 Avqust 2026, 16:28

USTADIMA VƏFA BORCUM - NƏRİMAN HƏSƏNZADƏNİN ƏZİZ XATİRƏSİNƏ  

Bəzən insan həyatda elə şəxsiyyətlərlə qarşılaşır ki, illər keçsə də, zaman onları yaddaşdan silə bilmir. Onların səsi, baxışı, danışığı, təbəssümü, bircə kəlməsi belə insanın yaddaşında yaşayır. Bəzi insanlar isə sadəcə xatirəyə çevrilmir, insanın mənəvi dünyasının ayrılmaz parçasına çevrilirlər. Mənim üçün Nəriman Həsənzadə məhz belə böyük və əziz şəxsiyyət idi. Onun haqqında yazmaq mənim üçün həm böyük məsuliyyət, həm də ustadıma olan vəfa borcumdur.Bir də o həzin, duyğulu, insanın qəlbinə məlhəm kimi yayılan o səsi canlı eşitməyəcəyəm... Bu fikri dilə gətirmək belə mənə ağır gəlir. Onun səsi bir başqa idi. Şairlərin xüsusi şeir oxumaq diksiyası var. Bu, çoxlarına aiddir. Lakin Nəriman...

28 Avqust 2026, 15:07

Nigar Fərhad sərbəst buraxıldı

Çoxsaylı şikayətlər əsasında saxlanılan "AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.İstintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Digər yeni məlumat ondan ibarətdir ki, "AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb. ///Qafqazinfo...

28 Avqust 2026, 15:05

Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb - O kimdir? 

24 yaşında birincilərin bir addımlığında - Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb.Sovet-alman müharibəsi dövründə İosif Stalin növbəti xarici ölkə nümayəndələrini qəbul etdikdən sonra tərcüməçisi Vladimir Pavlov imzalanan sənədlərin rus dilinə tərcüməsini ona təqdim edəndə aralarında “maraqlı” dialoq yaranıb. Həmin söhbətdə Lavrenti Beriya da iştirak edib. Stalin adətən öz tərcüməçisinə Volodya deyə müraciət edib:- Volodya, sən mənim fikirlərimi “qonaq”lara dəqiq ifadə edə bilirsənmi? Mən buna şübhə etmirəm, amma hər halda soruşmağı da vacib sayıram.Sual Pavlovu çaşdırıb. O, Stalinin bu sualının zarafat və ya ciddi olduğunu ayrıd edə bilməyib:- Əlbəttə, yoldaş Stalin.Söhbətə Beriya müdaxilə edib:- İosif Vissarionoviç, sizin ən məxfi...

28 Avqust 2026, 14:39

Mirşahin Qurban Qurbanovdan yazdı 

Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma Qurban! Ayağa qalx!”, – deyə o bildirib.Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.Niderlandda Azərbaycan...

28 Avqust 2026, 14:33

Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazıb 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir.Bu barədə APA-ya açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib.O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib.Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.“Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə Heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər”, - o əlavə edib.Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirilib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir....

28 Avqust 2026, 14:26