Hafiz Həsənova 9 il şərti cəza istənildi
Cəmiyyət 02 Sentyabr 2026, 10:42
386
“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən Hafiz Həsənova 5 il sınaq müddəti təyin olunmaqla, 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən Hafiz Həsənov son söz üçün vaxt istəyib.
Növbəti proses 16 sentyabrda keçiriləcək.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunub.
Həmçinin oxuyun
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yeniseydən Rafiq Əliyevə cavab:"Ağsaqqal və ağbirçəkləri təftiş etmirəm"
Hörmətli professor, fəlsəfə elmleri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev bəyin haqqımda yazdığı yazını oxudum. Yazı, sadəcə, didaktik ağsaqqal mövqeyindən ibarətdir. Ələ gələsi, mübahisələndiriləsi heç bir elmi, fəlsəfi tutacağı yoxdur. CityPost.az xəbər verir ki,bu sözləri yazıçı Aqşin Yenisey bildirib."Sadəcə, hörmətli fəlsəfə elmləri doktorumuzun bilməsini istərdim ki, mən şəxsləri, xüsusilə ağsaqqal və ağbirçəkləri təftiş etmirəm.Mənim davam anlayışlarladır. O anlayışlarla ki, bir ucdan fəlsəfə elmləri doktoru yetişdirir, amma ortada fəlsəfə yoxdur.",-deyə o bildirib.Jalə...
02 Sentyabr 2026, 10:59
Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.Bu barədə Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə Alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə. ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.Həmçinin bildirilib ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək....
02 Sentyabr 2026, 10:44
Sursat anbarında yanğın: kəndlər təxliyə edildi
Sursat anbarında yanğınla bağlı Goranboyun Nizami və Xoylu kəndinin sakinləri təxliyə ediliblərGecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.Citypost.az xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyəti məlumat yayıb.Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.
02 Sentyabr 2026, 10:26
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək.Mədəniyyət Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, sentyabrın 24-də keçiriləcək qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.Qəbul Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçiriləcək.
02 Sentyabr 2026, 10:25
Elvin Basqallı: “Roza Zərgərli Asiyada şöhrət marafonuna çıxdı”
Tanınmış jurnalist Elvin Basqallı müğənni Roza Zərgərlinin son dövrlərdə beynəlxalq səhnədə qazandığı uğurlardan yazıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Roza Zərgərlinin “İstədim” mahnısının uğurundan sonra Asiyada geniş auditoriyaya çıxış əldə etdiyini bildirib.“Allah yüksəldəni heç kim endirə bilməz. Bir mahnının uğuru ilə Roza Zərgərli Asiyada şöhrət marafonuna çıxdı. Qarşıdakı 3 ayda Roza Zərgərli 30 xarici şəhərdə böyük konsert verəcək”, – deyə Elvin Basqallı qeyd edib.O bildirib ki, sənətçinin uğurlarını yalnız bir mahnının təsadüfi populyarlığı ilə izah etmək düzgün olmaz:“Roza Zərgərli ‘İstədim’ mahnısının uğuru altında gizlənsəydi, bu baş verənləri təsadüf və ya bəxt adlandırmaq olardı. Lakin ifaçı özünü...
02 Sentyabr 2026, 10:25
Azərbaycan XİN Vyetnamı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Naziriliyi (XİN) Vyetnamı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında yazıb."Vyetnam Sosialist Respublikasının Milli Günü münasibətilə Vyetnam xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik"Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.
02 Sentyabr 2026, 10:21