Bizə yazın

Baku

-°C

USD

-

Yeniseydən Rafiq Əliyevə cavab:"Ağsaqqal və ağbirçəkləri təftiş etmirəm" 

Cəmiyyət 02 Sentyabr 2026, 10:59

294

Hörmətli professor, fəlsəfə elmleri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev bəyin haqqımda yazdığı yazını oxudum. Yazı, sadəcə, didaktik ağsaqqal mövqeyindən ibarətdir. Ələ gələsi, mübahisələndiriləsi heç bir elmi, fəlsəfi tutacağı yoxdur. 

CityPost.az  xəbər verir  ki,bu sözləri yazıçı Aqşin Yenisey bildirib.

"Sadəcə, hörmətli fəlsəfə elmləri doktorumuzun bilməsini istərdim ki, mən şəxsləri, xüsusilə ağsaqqal və ağbirçəkləri təftiş etmirəm.

Mənim davam anlayışlarladır. O anlayışlarla ki, bir ucdan fəlsəfə elmləri doktoru yetişdirir, amma ortada fəlsəfə yoxdur.",-deyə o bildirib.

Jalə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

PAYIZ QADIN  -Balayar Sadiqin şeiri

Astaca üşüyür üzündəki nur,Kirpiyi ucunda bəxti uçunur.Bir azca əl saxla,bir azcana dur,Allah, bu qadının xətrinə dəyməÜzündən utanır bütün güzgülər,Gör necə açılıb üzündə güllər,Bir üzü ağlayar,bir üzü gülər,Onun qiymətinə,qədrinə dəymə.Hələ könül yıxır cilvəsi,nazı,Qımışır alnına yazdığın yazı .Bir misra gecikdir gələn payızı,Bu məhəbbət dolu ətrinə dəymə.Qalıb qar altında bəxtin izləri,Qoşa qafiyədir qara gözləri.Allah ,götür apar bütün sözləri,Bu son gözəlliyin sətrinə dəymə.

02 Sentyabr 2026, 11:05

Ötən ay sərhədi pozmağa cəhd edən 17 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin avqust ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb.Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, onların 6-sı Azərbaycan, 6-sı İran, 2-i Pakistan, 2-si Əlcəzair və 1-i Türkiyə vətəndaşı оlub.Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 317 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 764 nəfərin ölkəni tərk etməsinin,...

02 Sentyabr 2026, 11:05

Sərhəddə axtarışda olan 317 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin avqust ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 317 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, ölkədən çıxışı qadağan edilmiş 764 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

02 Sentyabr 2026, 11:04

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq 

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.Bu barədə Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə Alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə. ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.Həmçinin bildirilib ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək....

02 Sentyabr 2026, 10:44

Hafiz Həsənova 9 il şərti cəza istənildi

“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Citypost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.Dövlət ittihamçısı təqsirləndirilən Hafiz Həsənova 5 il sınaq müddəti təyin olunmaqla, 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.Təqsirləndirilən Hafiz Həsənov son söz üçün vaxt istəyib.Növbəti proses 16 sentyabrda keçiriləcək.Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə...

02 Sentyabr 2026, 10:42

Sursat anbarında yanğın: kəndlər təxliyə edildi

Sursat anbarında yanğınla bağlı Goranboyun Nizami və Xoylu kəndinin sakinləri təxliyə ediliblərGecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.Citypost.az xəbər verir ki, bu barədə  Goranboy Rayon İcra Hakimiyyəti məlumat yayıb.Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.

02 Sentyabr 2026, 10:26