Bizə yazın

Baku

-°C

USD

-

3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq əməliyyatla bərpa edildi

Cəmiyyət 03 Sentyabr 2026, 10:18

280

Sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib.

Səhiyyə Nazirliyindən Citypost.az-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.

Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda - Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.

Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının sümük strukturlarının anatomik vəziyyətdə reduksiyası və daxili fiksasiyası təmin olunub. Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.

Təxminən 8 saat davam edən əməliyyat zamanı bütün rekonstruktiv mərhələlər uğurla tamamlanıb.

Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.

Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Rekonstruksiya olunmuş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ uğurla keçilib.

Uşaq uzunmüddətli funksional bərpanın əsas komponentlərindən biri olan mərhələli reabilitasiya proqramına cəlb edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Deputat Pərvanə Vəliyeva COP17-də iştirak edib 

Deputat Pərvanə Vəliyeva BMT-in Səhralaşma üzrə Konvensiyasının 17-ci tərəflər Konfransı – COP17-də iştirak edib.Citypost.az xəbər verir ki, Monqolustanın Ulan-Bator şəhərində keçirilən konfrans Konvensiyaya tərəf olan 196 ölkədən yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələrini, müvafiq sahə üzrə ekspertləri, parlamentariləri və akademik dairələrin nümayəndələrini bir araya gətirib.COP17 çərçivəsində Yüksək Səviyyəli Parlament Forumu təşkil edilib.Forum “Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası” (G-CAP), G20 ölkələrinin Qlobal Torpaq Təşəbbüsü (G20 GLİ), BMT Sistemi Heyəti Kolleci (UNSSC) və BMT-in Səhralaşma üzrə Konvensiyası birgə təşkilatçılığı ilə baş tutub.Forumu Monqolustanın Ali dövlət Xuralı (Parlament) sədri cənab Sandag Byambatsogt və UNCCD-nin İcraçı katibi Yasmin Fuad açıq elan edib.Forum çərçivəsində...

03 Sentyabr 2026, 10:10

Ramin Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zəngilanda vətəndaş qəbulu keçirəcək.Bu barədə Citypost.az-a dövlət qurumundan məlumat verilib.Bildirilib ki, qəbul sentyabrın 7-də saat 11:00-da Zəngilan rayonu Ağalı kəndində (ünvan: Ağalı kəndi, "Ağalı" hotel) keçiriləcək.Qəbulda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.Qeyd olunub ki, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, [email protected], [email protected]) müraciət edə bilərlər....

03 Sentyabr 2026, 10:04

Üçüncü qrup əlilliyi olanlara işləmək qadağandır? – AÇIQLAMA

Əlilliyi olan şəxslərin əmək fəaliyyəti ilə məşğul olub-olmaması ilə bağlı cəmiyyətdə müxtəlif suallar yaranır. Xüsusilə görmə qabiliyyətində məhdudiyyət olan şəxslər arasında “üçüncü qrup əlilliyim var, işləyə bilərəmmi?”, “Mənə hər hansı iş qadağandırmı?”, “İşəgötürən əlilliyimə görə məni işə götürməkdən imtina edə bilərmi?” kimi suallar tez-tez gündəmə gəlir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əlilliyin müəyyən edilməsi şəxsin avtomatik olaraq əmək fəaliyyətindən kənarlaşdırılması anlamına gəlmir. Burada əsas məsələlərdən biri konkret şəxsin sağlamlıq imkanları ilə yerinə yetirəcəyi işin xarakterinin bir-birinə uyğun olub-olmamasıdır. Yəni üçüncü qrup gözdən əlil şəxsin işləyib-işləyə bilməməsi barədə bütün hallara şamil olunan vahid yanaşma mövcud deyil.Bu məsələyə münasibət bildirən mütəxəssis...

03 Sentyabr 2026, 09:42

Tanınmış ailəyə ağır itki üz verib 

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.Citypost.az  xəbər verir ki,Əliqismət Lalayevin bacısı və Ülvi Cəfərovun anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.Mərhum Zəkiyyə Cəfərova ömrünün 45 ilini Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışıb. O, uzun illər ərzində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalaraq onların sevimli tərbiyəçisi və müəllimi olub.Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.Allah rəhmət eləsin, yaxınlarına səbir versin!...

02 Sentyabr 2026, 23:16

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.Bu barədə Citypost.az-a AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.Qeyd edək ki, o, 1979-cu ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub.2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı kimi yadda qalıb....

02 Sentyabr 2026, 21:50

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.Gənclər və İdman Nazirliyindən Citypost.az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Ardınca "Azərbaycan Respublikasının İdman ustası" dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.Daha sonra beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.Nazir Fərid Qayıbov çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib.Bildirib ki, avqust ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 14 ölkədə səsləndirilib.İdmançılarımız ümumilikdə 63 qızıl, 72 gümüş və 72 bürünc medal qazanıblar.Görüş zamanı bir...

02 Sentyabr 2026, 21:28