Heydər Oğuz: Çin-Qırğızıstan “əbədi dostluğu” mübahisə doğurur
Siyasət 03 Sentyabr 2026, 10:16
289
Son zamanlar beynəlxalq münasibətlərdə yeni bir ifadə – “əbədi dostluq” termini daha çox işlədilməyə başlanıb.
Citypost.az xəbər verir ki, bu sözləri Jurnalist Heydər Oğuz sosial şəbəkədə paylaşdığı fikirlərdə Azərbaycanla Özbəkistan arasında bağlanan “əbədi dostluq” xarakterli müqavilələrin müəyyən mənada başadüşülən olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan xalqları tarixi, etnik və mədəni baxımdan bir-birinə bağlı olan qardaş xalqlardır və bu münasibətlərin uzunmüddətli olması təbii qarşılanmalıdır.
Lakin jurnalist Çin və Qırğızıstan arasında imzalanan “Əbədi Qonşuluq və Dostluq Müqaviləsi”nə diqqət çəkərək, bu ifadənin tarixi münasibətlər fonunda mübahisəli göründüyünü qeyd edib.
Həmçinin oxuyun
Heydər Oğuz bildirib ki, tarix boyu Çin və Mərkəzi Asiya xalqları arasında müxtəlif qarşıdurmalar və müharibələr yaşanıb. O, xüsusilə Talas döyüşünün tarixi əhəmiyyətinə toxunaraq, həmin dövrdə bölgədə baş verən proseslərin Çinlə Mərkəzi Asiya arasındakı münasibətlərə ciddi təsir göstərdiyini vurğulayıb.
Jurnalist hesab edir ki, dövlətlər arasında dostluq və əməkdaşlıq müqavilələrinin bağlanması normal hal olsa da, “əbədi dostluq” kimi iddialı ifadələrin seçilməsi hər zaman tarixi və siyasi reallıqlarla uyğun gəlmir.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Alqış Musayev: Paşinyanın İlham Əliyev və Putinlə davranışı fərqlidir
Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif dövlət liderləri ilə görüşlər zamanı sərgilədiyi davranış diqqət çəkir.Bu barədə Yeni Azərbaycan qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev sosial şəbəkə hesabında paylaşım edib.Alqış Musayev bildirib ki, bu fərq növbəti dəfə Bişkəkdə keçirilən görüşlər zamanı özünü açıq şəkildə göstərib.Onun sözlərinə görə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərkən daha təmkinli və ehtiyatlı davranır, özünü yığışdırmağa çalışır. Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərində isə Ermənistan baş nazirinin tamamilə fərqli davranış nümayiş etdirdiyini qeyd edən baş redaktor Paşinyanın daha sərt və iddialı mövqe sərgilədiyini vurğulayıb.Alqış Musayev paylaşımında bunun səbəbini də belə izah edib:“Paşinyan bilir ki, İlham Əliyevin dediklərinə...
03 Sentyabr 2026, 10:31
Ceyhun Məmmədov: Azərbaycan yeni reallıq yaradır
Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq təhlükəsizlik mexanizmlərinin ciddi sınaqlardan keçdiyi bir vaxtda Prezident İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini nümayiş etdirir.Səfəri yalnız beynəlxalq tədbirdə iştirak kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan son illərdə müxtəlif siyasi və iqtisadi platformalarda fəallığını artıraraq dəyişən dünya nizamında öz mövqeyini möhkəmləndirir. ŞƏT də bu baxımdan ölkəmiz üçün mühüm əməkdaşlıq imkanları yaradan platformalardan biridir.Sammit çərçivəsində keçirilən görüşlər Azərbaycanın həm regional, həm də daha geniş Avrasiya gündəliyində fəal iştirak etdiyini göstərdi. Ermənistan, Türkiyə, İran, Qırğızıstan və digər ölkələrin rəhbərləri ilə aparılan müzakirələr siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat və...
02 Sentyabr 2026, 10:30
Xəqani Cəfərli: Hindistanla strateji tərəfdaşlıq vacibdir
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Bişkekdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşünü zamanında atılmış addım hesab edirəm. Hindistanla münasibətlərin yenidən dəyərləndirilməsinin zəruriliyi haqqında son bir ildə youtebe çıxışlarımda, facebook yazılarımda və ictimai müzakirələrdə dəfələrlə fikir ifadə etmişəm. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli bildirib.Politoloq əlavə edib ki, Dünyanın böyüyən iqtisadi gücü, yeni texnologiyalar sahəsində öncül dövlətlərdən və “Pax Silka”-nın qurucularından biri olan Hindistanla soyuq münasibətlərin Azərbaycana zərər verdiyinə əmindim. Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilə bilər və qənaətimcə çevrilməlidir. Duyğusal topluma bunu izah etmək çətin olsa da, bir daha cəhd edəcəm. Siyasətlə ədəbiyyatın fərqi...
02 Sentyabr 2026, 10:03
Deputat: Azərbaycan Avrasiyanın əsas bağlantı mərkəzinə çevrilir
Avrasiya məkanında dövlətlərin çəkisi artıq yalnız iqtisadi imkanlar, hərbi potensial və təbii sərvətlərlə ölçülmür. Böyük bazarları, nəqliyyat xətlərini, enerji şəbəkələrini və təhlükəsizlik gündəliklərini birləşdirmək qabiliyyəti müasir gücün ayrıca meyarına çevrilib. 2001-ci ildə regional etimad və təhlükəsizlik platforması kimi yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının təkamülü də bu dəyişimi əks etdirir. Təşkilatın 25 illiyinə həsr olunan Bişkek sammiti təhlükəsizlikdən logistika, enerji, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişafadək uzanan yeni əməkdaşlıq arxitekturasını müəyyənləşdirdi. Azərbaycan üçün sammitin başlıca mənası ölkəmizin formalaşdırdığı siyasi və geoiqtisadi reallıqların geniş Avrasiya məkanına təqdim olunmasıdır.Bunu CityPost.az-a açıqlamasında millət vəkili millət vəkili Rövşən Muradov bildirib.Rövşən Muradovun sözlərinə görə, Azərbaycanın ŞƏT-lə münasibətləri...
02 Sentyabr 2026, 10:01
Tramp İrana qarşı mövqeyini açıqladı - Danışıqlar dayandırılıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası hələlik İranla münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqlar aparmır.Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib."Hazırda danışıqlar aparılmır. Prezident onların danışıqlar masası arxasına əyləşməyə və ciddi müzakirələr aparmağa hazır olduqlarını hiss edənədək vəziyyət belə davam edəcək", - deyə o, "Fox News" telekanalının efirində bildirib.Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab bəhanəsi ilə İran ərazisinə bir neçə seriya zərbə endirib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin ləğv edildiyini...
27 Avqust 2026, 18:17
Geosiyasi təsir dairəsi nədir? – Qlobal güclərin xarici siyasət strategiyaları
Geosiyasi təsir dairəsi bir dövlətin öz sərhədlərindən kənarda yerləşən coğrafi ərazilərdə, regionlarda diplomatik, hərbi, iqtisadi, mədəni rıçaqlar vasitəsilə qərarqəbuletmə proseslərinə hakim olması, üstünlük qazanması konsepsiyasıdır. Qlobal siyasətdə güc mərkəzləri olan böyük dövlətlər öz milli təhlükəsizlik maraqlarını qorumaq, resurslara çıxışı təmin etmək, strateji rəqiblərini neytrallaşdırmaq məqsədilə bu təsir sahələrini formalaşdırırlar. Beynəlxalq münasibətlər sisteminin tarixi inkişafı göstərir ki, təsir dairələri uğrunda mübarizə qlobal güclərin xarici siyasət strategiyasının nüvəsini təşkil edir.Citypost.az xəbər verir ki, qlobal güclərin xarici siyasət strategiyalarında təsir dairəsini genişləndirmək üçün müxtəlif metodlardan istifadə olunur. Ənənəvi hərbi bloklar, xarici ölkələrdə hərbi bazaların yerləşdirilməsi, təhlükəsizlik paktları klassik sərt güc (hard power) alətləri...
24 Avqust 2026, 21:32