Elşad Paşasoydan sərt reaksiya: “Hələ qaysaqlanmayan yaralarını qoparmayın!”
Cəmiyyət 07 Sentyabr 2026, 10:06
212
Tanınmış jurnalist Elşad Paşasoy şəhid ailələrinə, xüsusilə şəhid analarına qarşı sosial şəbəkələrdə səsləndirilən təhqir və ittihamlara sərt münasibət bildirib.
Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, illərdir “şəhid analarının qarşısında baş əyirik” deyən bəzi şəxslər indi şəhid analarını təhqir etməyə başlayıblar:
“Deyəsən, axı bəziləri ‘şəhid analarının qarşısında baş əyirik’ deməkdən yoruldular, indi də şəhid analarına həqarət etməyə başlayıblar!”
Elşad Paşasoy Vətən uğrunda övladını itirmiş valideynlərə qarşı hər hansı təhqiramiz münasibətin qəbuledilməz olduğunu vurğulayıb. O, belə halların araşdırılmasının və qanun çərçivəsində hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib:“‘Uf’ demədən göz nuru oğullarını Vətənə qurban edən valideynlərə dil uzadanların hansı ünvanlara bağlılığının araşdırılmasından tutmuş, onlara heç zaman unutmayacaqları hüquqi dərs verilməlidir, məncə. Yoxsa ‘bu xəmir çox su aparacaq’”.
Jurnalist şəhid analarının da insan olduğunu, övlad itkisi ilə bağlı ağır emosiyalar yaşaya biləcəklərini diqqətə çatdırıb:“Şəhid anası da insandır, hansısa məqamda emosiyalarını cilovlamaya bilər. Həm də o boyda dağ gəzdirir köksündə… Övladına görə nəsə təskinlik axtarır hər məqamda…”
Paşasoy şəhid valideynlərinin yaşadığı ağrının kənardan tam dərk edilməsinin mümkün olmadığını bildirib. O, şəhid övladının məzarı üstündə onunla mənəvi bağlılığını davam etdirən valideyn gördüyünü də qeyd edib:“Siz şəhid övladının məzarı üstündə ev tikib, xalça döşəyib, övladı ilə birgə qalan şəhid valideyni görmüsünüzmü? Mən görmüşəm”.
Həmçinin oxuyun
Jurnalist Vətən müharibəsində iştirak etməyən, həmin ağrını yaşamayan insanların şəhid ailələrinə qarşı daha həssas davranmalı olduğunu vurğulayıb:“Vətən savaşında barmağına tikan belə batmayanlar, özünüzə gəlin!”
Elşad Paşasoy sonda şəhid ailələri ilə bağlı fikir ayrılığı yarandıqda belə, problemin sosial şəbəkələrdə linç kampaniyasına çevrilməsinin yolverilməz olduğunu bildirib:“Ziyarətinə gedib, danışmaq, doğru olanı demək olar, məsələ bitər. Yoxsa sosial şəbəkədə linç etmək… Şəhid ana-atalarının hələ qaysaqlanmayan yarasını qoparanlara ar olsun!”
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rövşən Tağıyev: Şəhid ailəsi linç edilməməlidir
Ötən illərdə ayrı-ayrı qazilərin davranışlarının qabardılaraq bütövlükdə “qazi” anlayışına kölgə salındığını gördük. İndi isə eyni yanaşmanın şəhid ailələrinə qarşı tətbiq edildiyi müşahidə olunur.Citypost.az xəbər verir ki, bu sözləri hüquqşünas, ictimai xadim Rövşən Tağıyev bildirib.Hüquqşünasın sözlərinə görə, şəhid ailələri ilə bağlı hər hansı qanun pozuntusu varsa, buna hüquqi qiyməti səlahiyyətli dövlət orqanları və məhkəmələr verməlidir. Sosial şəbəkələrdə aparılan müzakirələr, aqressiv şərhlər və sensasiya xarakterli başlıqlar hüquqi qiymətləndirməni əvəz edə bilməz.Rövşən Tağıyev hesab edir ki, daha təhlükəli məqam bəzi səhifələrin belə həssas mövzuları baxış, şərh və aktivlik toplamaq məqsədilə tirajlamasıdır. Nəticədə konkret bir şəxsin davranışı deyil, bütövlükdə “şəhid anası” anlayışı qınaq obyektinə...
07 Sentyabr 2026, 10:17
Nizami rayonunda bəzi küçələrin qazı kəsiləcək
Bu gün Nizami rayonunun bəzi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az "Azəriqaz"a istinadən xəbər verir.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 07.09.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci köndələn, Pəhlivan Fərzəliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
07 Sentyabr 2026, 09:30
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Bu gün Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elekrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
07 Sentyabr 2026, 08:16
Sabah yağış yağacaq, leysan olacaq
Sentyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-23°, gündüz 28-32°, axşam 26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.Sentyabrın 7-də Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam...
06 Sentyabr 2026, 12:42
Simran Həsənovun 70 yaşı tamam olur
Elə insanlar var ki, peşəsindən asılı olmayaraq daxilindəki kübarlıq, nəciblik ziyalılıq işığı həmişə öndə gəlir. Dəyərli hüquqşünas dostumuz, hüquq elmləri doktoru Simran Həsənov məhz belə şəxsiyyətlərdəndir. Onun kimliyində hüququn dəqiqliyi ilə insanlığın, ədəbiyyatın, mənəviyyatın çox həssas nöqtələri nadir bir harmoniya təşkil edir. Doğulduğu yurdun (İsmayıllı, Buynuz kəndi) təbiətinə uyğun bir saflıq daşıyıcısı olan Simran bəyin yaxşı jurnalistliyi və publisistikası, yüksək bədii zövqü, ədəbiyyat duyumu, ruhoxşayan şeirləri var. Ən yaxşı şeirlərindən biri isə orta məktəb müəllimi və ustadı Musa Yaqubun məşhur şeirinə yazdığı “Bu dünyanın qara daşı göyərsə” poetik incisidir. Bir qara daş göyərməklə yaz olmaz Daş qəlblərə insaf hökmü yazılmaz. ...
06 Sentyabr 2026, 12:32
Dünya şöhrətli alim Lütfi Zadənin anım gündür
Əziz dostlar, sentyabrın 6-da dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım gündür. Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyət idi. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə bütün dünyada qeyri-səlis məntiqin "atası" kimi tanınır və onun inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini aşmışdı.O, sübut etdi ki, insan dünyanı yalnız "ağ" və "qara" rənglərdə duyub qavramır....
06 Sentyabr 2026, 12:28