“Sabah” Futbol Akademiyasına 10 milyon manatlıq yatırım
İdman 05 Sentyabr 2026, 15:20
127
"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq.
Citypost.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.
Klub göstərilən dəstəyi Azərbaycan futbolunun gələcəyinə yönəltmək məqsədilə UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun inkişafına ayırmaq qərarına gəlib.
Beləliklə, "Sabah Football Academy Future Talents" ("Sabah Futbol Akademiyası – Gələcəyin istedadları") proqramının ilkin kapitalı 10 milyon manat təşkil edəcək. Bu məbləğin 5 milyon manatı dövlət dəstəyi, digər 5 milyon manatı isə klubun öz vəsaiti hesabına formalaşdırılacaq.
Proqramın əsas prinsipi ilkin kapitalı xərcləmək deyil, qorumaq və artırmaqdır. Vəsaitin peşəkar şəkildə idarə olunaraq gəlir gətirməsi və uzunmüddətli maliyyə mənbəyinə çevrilməsi nəzərdə tutulur.
Bundan əlavə, klubun bu il UEFA Çempionlar Liqasında keçirdiyi oyunlara bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsi də proqrama yönəldiləcək.
Həmçinin oxuyun
Layihənin əsas məqsədi uşaq futbolunun davamlı inkişafını təmin etmək, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığını gücləndirmək, müasir məşq metodlarını tətbiq etmək, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf istiqamətlərini inkişaf etdirməkdir.
"Sabah" ölkə üzrə istedadların aşkarlanması sistemini genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.
Klub həmçinin təşəbbüsün AFFA uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini bildirib.
Uzunmüddətli perspektivdə "Sabah" Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirməyi, akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi planlaşdırır.
"Sabah" ölkə şirkətlərinə və beynəlxalq tərəfdaşlara təşəbbüsə "Bünövrə Tərəfdaşı" formatında qoşulmaq imkanı yaradacaq.
Klub proqramın fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib
Gürcüstanın Qaraçöp bölgəsindən olan 24 yaşlı idmançı Peyman Hacıyev Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gələrək kəmərə sahib olub.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda 15 ölkədən idmançılar iştirak edib. Türkiyə, Azərbaycan, Fransa, Almaniya, İran, Çin, Tacikistan, Qırğızıstan, Rusiya, Çeçenistan, İraq, Avstraliya, Meksika, Fələstin və Gürcüstanın da təmsil olunduğu turnirdə Peyman Hacıyev 70 kq çəki dərəcəsində mübarizə aparıb. O, tailandlı rəqibi ilə keçirdiyi döyüşün hər üç raundunda yüksək xal toplayaraq qalib gəlib.Qeyd edək ki, Peyman Hacıyev bu il avqustun 12-də Tailandda keçirilən MMA turnirində də rusiyalı rəqibini məğlub edərək kəmər qazanıb. O, ötən il ərzində müxtəlif ölkələrdə təşkil olunan...
05 Sentyabr 2026, 14:01
Azərbaycan İdman Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək
Azərbaycan İdman Akademiyasında (AİA) professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.Bu barədə Citypost.az-a AİA-nın mətbuat xidmətindən məlumat verilib.Təlimlərdə Kembric Universitetinin ekspertləri Ceyms Bidl sentyabrın 7-dən 9-dək "Effektiv qiymətləndirmə", Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək "Kurikulumun xəritələnməsi" mövzusunda mühazirələr aparacaqlar.
04 Sentyabr 2026, 14:30
Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu
Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pri keçirilib.Citypost.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.Finalda isə braziliyalı Gustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.
04 Sentyabr 2026, 13:25
“Qəbələ” “İmişli”ni, “Kəpəz” “Şamaxı”nı qəbul edir
Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək.Citypost.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan “Qəbələ” 6-cı pillədə qərarlaşan “İmişli”ni qəbul edəcək.Digər görüşdə isə 9-cu yerdə qərarlaşan “Şamaxı” Gəncədə 7-ci yerin sahibi “Kəpəz”in qonağı olacaq.Misli Premyer Liqası, 4-cü tur18:00.“Qəbələ” – “İmişli”Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.Qəbələ şəhər stadionu.20:15.“Kəpəz” – “Şamaxı”Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.Gəncə şəhər stadionu....
04 Sentyabr 2026, 09:45
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi transfer edib
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi (Ktatau) transfer edib.Bu barədə Citypost.az klubun mətbuat xidmətindən məlumat verilib.25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. O, son olaraq Portuqaliyanın "Çaveş" klubunda çıxış edib.
03 Sentyabr 2026, 20:29
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.Citypost.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lüsien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq....
03 Sentyabr 2026, 19:20