Bizə yazın

Baku

-°C

USD

-

Moskva-Kiyev danışıqlarında nə baş verəcək? Qulu Məhərrəmli AÇIQLADI

Siyasət 07 Sentyabr 2026, 10:05

203

İndi az qala bütün dünya mediası D.Trampın təmsilçilərinin sülh missiyasından yazır. Moskvada V.Putinlə görüşdən sonra ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner Kiyevə V.Zelenski ilə görüşə gəliblər.Azadlıq Radiosu Ağ Evə istinadən Moskva müzakirələrini “məhsuldar” adlandırıb.  

Putinin köməçisi Yuri Uşakov da danışıqların əhəmiyyətli və konstruktiv olduğunu deyib. Uşakovun deməyindən məlum olur ki, Moskva əvvəlki mövqeyində qalır, yəni Kreml Ukraynanın NATO üzvlüyü ümidinin sona çatdırılmasını, Ukrayna ordusunun effektiv silahsızlandırılmasını, digər tarixi narazılıqların həllini istəyir.  Kiyev əvvəlki danışıqlarda bunlardan imtina etmişdi.  V.Zelenskinin bu dəfə nə deyəcəyi bilinmir. 

 ABŞ prezidenti isə tezlikə nəticənin olmasına tələsir, özü İranda palçığa batsa da, Ukrayna-Rusiya savaşında ilkin razılığa nail olmağa çalışır. Çünki qarşıdan seçkilər gəlir və D.Tramp yenidən bu seçkidə iştirak edəcəyini bildirib. 

  Bəs Kiyevlə Moskva araslnda sülh olacaqmı? İndiki şəraitdə tərəflərdən biri, yəqin ki, daha çox Ukrayna əsaslı güzəştə getməsə heç bir razılaşma olmayacaq. Kiyev isə (son həftələr Rusiyanın raket yağışı altında olmasına baxmayaraq) bu güzəştə getməyəcək, çünki onun hərbi-siyasi mövqeyi son bir ildə xeyli güclənib. 

 Əlbəttə, danışıqlarda hər cür gözlənilməzliklər də mümkündür… 

Qulu Məhərrəmli

Professor

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Politoloq: “Siyasətçilər video çəkməyi bacarmalıdır”

Politoloq Zaur İbrahimli Almaniyada keçirilən regional seçkilərin nəticələrində sosial medianın siyasi təbliğatda roluna diqqət çəkib.Citypost.az xəbər verir ki, politolo bildirib ki, siyasətçilər artıq yalnız siyasi proqram və çıxışlarla deyil, sosial media platformalarında özlərini qısa və effektiv şəkildə təqdim etmək bacarığı ilə də seçicilərə təsir göstərməlidirlər:“TikTok almanları pərişan elədi. İndi siyasətçilər gərək yaxşı video da çəkə bilsinlər və bir dəqiqəyə özlərini anlatsınlar”.Politoloqun sözlərinə görə, Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyası ilkin nəticələrə əsasən 44 faiz səs toplayaraq böyük üstünlük əldə edib.Zaur İbrahimli bu nəticədə partiyanın 35 yaşlı namizədi Uilrix Ziqmundun rolunu xüsusi vurğulayıb. Onun...

07 Sentyabr 2026, 10:22

Kənan Rövşənoğlu: “Dindarlar yenidən hədəfdədir”

Jurnalist Kənan Rövşənoğlu sosial şəbəkələrdə son dövrlər din və dindarlıq mövzusunda aparılan müzakirələrə münasibət bildirib.Jurnalist qeyd edib ki, xüsusilə Facebook platformasında din və dindarlıqla bağlı mövzular davamlı şəkildə müzakirəyə çıxarılır. Onun sözlərinə görə, artıq namaz qılan insanların alnında yaranan səcdə izi belə lağ obyektinə çevrilir.Kənan Rövşənoğlu bu tendensiyanın ona 2010-cu ili xatırlatdığını bildirib. O qeyd edib ki, həmin dövrdə də İslama qarşı kampaniya aparıldığını düşündüyü proseslər müşahidə olunurdu:“Facebookda əsas mövzu din və dindarlardır. Davamlı olaraq bu mövzular müzakirəyə çıxarılır. Hətta iş o yerə çatıb ki, namaz qılanların alnlarında səcdə izi belə lağ obyektinə çevrilir.Bundan əvvəl bloqqerlərin mövzusu da, indi bu...

07 Sentyabr 2026, 10:13

Zahid Oruc: Trampın sülh siyasətinə ən böyük qiyməti Azərbaycan verib

ABŞ XX əsrin ortalarından etibarən beynəlxalq münasibətlər sistemində strateji güc kimi çıxış edir, müharibələrin, hakimiyyət çevrilişlərinin, təhlükəsizlik böhranlarının və sülh danışıqlarının əsas siyasi mərkəzlərdən biri hesab olunur. Vaşinqton tarixində bir çox konfliktlərin törədicisi, tərəflərdən birinin açıq dəstəkçisi, ideoloji-siyasi rəqiblərini hərbi yollarla məğlub edicisi, iyirmi ilə yaxın antiterror savaşını beynəlxalq koalisiya təşkil edərək aparıcısı da olub, hazırda İranla da gərginlik davam edir. Lakin əsrlərlə qarşı duran dövlətləri danışıqlar masasına gətirən, qlobal təhlükəsizliyin əsas təminatçısı olan dövlət statusunu da qoruması dünyəvi faktdır. Bu sözləri Citypost.az-a millət vəkili Zahid Oruc açıqlamasında bildirib.Zahid Orucun sözlərinə görə, Ağ Evin dörd və ya səkkiz ildən bir dəyişən...

07 Sentyabr 2026, 09:51

Ceyhun Məmmədov: Şəhidin adı daşlara yox, yaddaşlara yazılmalıdır

Şəhid adı bizim üçün adi bir ad deyil. Bu adın arxasında bir ömür, bir ailənin ağrısı, Vətən uğrunda göstərilən böyük fədakarlıq dayanır. Ona görə də şəhidlərimizin adını yaşatmaq, xatirəsini qorumaq hər birimizin borcudur.Bu gün müxtəlif yerlərdə şəhidlərimizin adlarına, şəkillərinə rast gəlirik. İnsanların onları unutmadığını, adlarını yaşatmaq istədiyini görmək təqdirəlayiqdir. Şəhidin xatırlanması, onun haqqında danışılması, adının gələcək nəsillərə çatdırılması çox vacibdir.Amma bunun da bir həddi, bir qaydası olmalıdır.Şəhidə hörmət etmək onun adını qarşıya çıxan hər qayanın, daşın və ya tarixi tikilinin üzərinə yazmaq demək deyil.Bəzən bunu edən insanın niyyətində pislik olmur. Əksinə, o, şəhidə olan sevgisini və hörmətini göstərmək istəyir. Lakin...

07 Sentyabr 2026, 09:45

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, Meloni bu barədə "X" sosial şəbəkəsində yazıb."Təşəkkür edirəm, əziz Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə", - Meloni qeyd edib.O vurğulayıb ki, son illər ərzində İtaliya və Azərbaycan ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar."Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işlə çox fəxr edirəm və əminəm ki, qarşıda bizi xalqlarımızın maraqları naminə yeni mühüm əməkdaşlıq imkanları gözləyir", - İtaliya Baş naziri qeyd edib....

04 Sentyabr 2026, 20:33

Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”

Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”Amerika və Yaponiya, habelə Stalin və Trumen üz-üzəBəlkə də bu başlıq çoxlarına qəribə və gözlənilməz gələ bilər.Amma və lakin...Məsələ burasındadır ki, Türkiyə və SSRİ arasında zaman-zaman gizli və aşkar ziddiyyətlər mövcud olmuşdur. Bu konflikt 1945- ci ildən sonra özünün pik nöqtəsinə çatdı. Bəhanə də bu idi ki, guya türklər Qaradəniz, habelə Dardanel və Bosfor hövzəsində sərt rejim tətbiq etməkdədir. Bundan əlavə, Sovet rəhbərliyi yalana və şantaja əl ataraq Türkiyənin vaxtilə faşit İtaliyası ilə nasist Almaniyasına müəyyən məsələlərdə güzəştə getməsini iddia edirdi. Müharibədə böyük itki versə də, müttəfiqlərinin köməyi sayəsində qalib kimi çıxan SSRİ və onun...

04 Sentyabr 2026, 15:45