Cəlilabadda aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub
Cəmiyyət 07 Sentyabr 2026, 19:38
288
Cəlilabad rayonunda güclü külək nəticəsində ağacların yola aşması səbəbindən yaranan nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, aidiyyəti qurumlar tərəfindən yola aşan ağacların götürülməsi ilə bağlı işlər həyata keçirilib.
Hazırda həmin ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
Həmçinin oxuyun
Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.Citypost.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin məlumatında bildirilib.“Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, – məlumatda qeyd olunub....
07 Sentyabr 2026, 19:23
Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb
Göyçay şəhərində gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub."Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, küləyin təsiri nəticəsində şəhərin müxtəlif ərazilərində iri və xırda gövdəli ağaclar aşıb.Xəsarət alan olmayıb.Ağacların aşması ilə bağlı daxil olan məlumatlardan sonra Göyçay Şəhər Təsərrüfat Birliyinin yaşıllaşdırma sahəsinin əməkdaşları ərazilərə cəlb olunublar.Aşmış ağacların doğranaraq ərazidən götürülməsi, eləcə də küçə və keçidlərdə yaranmış maneələrin aradan qaldırılması istiqamətində işlər görülüb.Güclü külək şəhərin elektrik təsərrüfatına da təsir edib. Belə ki, müxtəlif ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....
07 Sentyabr 2026, 19:07
Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.Birlikdən Citypost.az-a verilən xəbərə görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.
07 Sentyabr 2026, 18:45
FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, müraciətdə deyklir:"Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi...
07 Sentyabr 2026, 18:00
Avropa Komissiyası Ermənistan üçün vizasız rejimin tarixini açıqlamaqdan imtina edib
Avropa Komissiyası Ermənistan vətəndaşlarının Şengen zonasına vizasız səfər rejiminin tətbiq olunacağı konkret tarixi açıqlamağı hələ tez hesab edir.Citypost.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.P.Pinyonun sözlərinə görə, Ermənistanla danışıqlar hələ ki bir sıra istiqamətlər üzrə müzakirə mərhələsindədir.O qeyd edib ki, Brüssel İrəvanla əməkdaşlığın gücləndirilməsi üzrə müxtəlif istiqamətləri müzakirə edir: "Onlar lazımi hazırlıq səviyyəsinə çatdıqda, Aİ münasibətlərin növbəti mərhələsinə keçə biləcək".Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 2029-cu ildən etibarən Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılacağına ümid etdiyini bildirmişdi. (Report)...
07 Sentyabr 2026, 17:52
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul etdi
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib."Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - deyə o qeyd edib....
07 Sentyabr 2026, 17:43