Bizə yazın

Baku

-°C

USD

-

Türkiyə müdafiə xərclərini 229 faiz artıracaq 

Cəmiyyət 07 Sentyabr 2026, 15:42

295

Türkiyə milli müdafiə və təhlükəsizlik büdcəsini artırmağı planlaşdırır. 

Citypost.az  xəbər verir ki, bu sahədə xərclər 229 faiz artacaq.

Maliyyələşdirmədə əhəmiyyətli artımı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada hökumətin 2027-2029-cu illər üçün üç illik iqtisadi planını əks etdirən Orta Müddətli İqtisadi Proqramın təqdimatı zamanı açıqlayıb.

Yılmazın sözlərinə görə, ölkənin əsas prioriteti hərbi-sənaye kompleksində tam müstəqilliyə nail olmaq və özünün yüksək texnologiyalı silahlarını inkişaf etdirmək olaraq qalır.

Büdcənin əhəmiyyətli dərəcədə artırılması Türkiyəyə qırıcı təyyarələrin, hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və zirehli texnikanın hazırlanması üzrə davam edən layihələri sürətləndirməyə, eləcə də ölkənin hərbi komponentlərin idxalından asılılığını azaltmağa imkan verəcək.

Qeyd edək ki, Türkiyə NATO-nun üzvüdür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şəmkirçay Sutəmizləyici Kompleksi necə fəaliyyət göstərir? – VİDEO

Şəmkirçay su anbarında suyun daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş və ümumi tutumu 164 milyon kubmetr olan Şəmkirçay su anbarı 714 400 hektar kənd təsərrüfatı ərazisinin suvarılması ilə yanaşı, qərb bölgəsində yaşayan əhalinin içməli su təchizatını da təmin edir.ADSEA-dan Citypost.az-a bildirilib ki, su anbarının yaxınlığında məhsuldarlığı saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi fəaliyyət göstərir. Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi 2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası,...

07 Sentyabr 2026, 15:36

"44" bədii filminin premyerasının vaxtı məlum olub 

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin premyerası oktyabrın 1-də baş tutacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.O qeyd edib ki, Heydər Əliyev Mərkəzində olacaq premyeradan sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.Anar Ələkbərov əlavə edib ki, premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində paylaşılacaq.

07 Sentyabr 2026, 15:05

"QHT işi" üzrə təqsirləndirilən Əhməd Məmmədzadə məhkəmə zalında şərti azadlığa buraxılıb 

"QHT işi" üzrə ittiham olunan Əhməd Məmmədzadəyə 2 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti cəza verilib.Citypost.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.Hökmə əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və təqsirləndirilən şəxs məhkəmə zalında şərti azadlığa buraxılıb.Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanılıb.Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılıb.Əhməd Məmmədzadə də bu iş çərçivəsində...

07 Sentyabr 2026, 14:38

Osman Xaliyev İpoteka Fondunun rəhbəri oldu

Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edək ki, Osman Xaliyev Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri idi.

07 Sentyabr 2026, 14:03

Fəxri Kazımov İpoteka Fondunun sədrliyindən azad edildi

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

07 Sentyabr 2026, 14:00

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub.

07 Sentyabr 2026, 13:52