Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul etdi
Cəmiyyət 07 Sentyabr 2026, 17:43
131
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edib.
Citypost.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Həmçinin oxuyun
"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - deyə o qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Avropa Komissiyası Ermənistan üçün vizasız rejimin tarixini açıqlamaqdan imtina edib
Avropa Komissiyası Ermənistan vətəndaşlarının Şengen zonasına vizasız səfər rejiminin tətbiq olunacağı konkret tarixi açıqlamağı hələ tez hesab edir.Citypost.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.P.Pinyonun sözlərinə görə, Ermənistanla danışıqlar hələ ki bir sıra istiqamətlər üzrə müzakirə mərhələsindədir.O qeyd edib ki, Brüssel İrəvanla əməkdaşlığın gücləndirilməsi üzrə müxtəlif istiqamətləri müzakirə edir: "Onlar lazımi hazırlıq səviyyəsinə çatdıqda, Aİ münasibətlərin növbəti mərhələsinə keçə biləcək".Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 2029-cu ildən etibarən Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılacağına ümid etdiyini bildirmişdi. (Report)...
07 Sentyabr 2026, 17:52
Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı
Azad olunan ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Hesabata əsasən, həmin müddət ərzində 1706,4 ha ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı...
07 Sentyabr 2026, 17:38
Fərid Qayıbov Pakistan səfiri ilə idman əməkdaşlığını müzakirə edib
Gənclər və idman naziri Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuddini qəbul edib.Gənclər və İdman Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin gənclər və idman sahəsində inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.Həmçinin gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Görüşdə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, səfirliyin inzibati məsələlər üzrə rəhbəri Məhəmməd Həsnain Ərşad da iştirak ediblər....
07 Sentyabr 2026, 17:30
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı
Sentyabrın 4-də Şahbuz rayonunda baş verən dəhşətli avtomobil qəzasında həyatını itirən Pərvin Şıxəliyev əsgərlikdən yenicə qayıtmışdı.Citypost.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.O bildirib ki, qarşıda onu həyatının ən gözəl günlərindən biri, nişanı gözləyirdi: "Amma qurduğu bütün xəyallar bir qəza ilə yarımçıq qaldı".E.İslamoğlu qeyd edib ki, Pərvinin bacısı da həmin qəza zamanı avtomobildə olub: "Ağır yaralı vəziyyətdə xəstəxanada müalicə olunur"....
07 Sentyabr 2026, 17:16
“Qala Qəbələ”də nöqsanlar aşkarlandı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus “Qala Qəbələ” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.Citypost.az xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb. Həmçinin müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub.Bundan əlavə,...
07 Sentyabr 2026, 17:08
Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.Bu barədə Citypost.az-a Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı....
07 Sentyabr 2026, 17:03